Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-3322/2025 05.11.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi ilə,
1. İddiaçı cavabdeh X1rşı “işə bərpa” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, aşağıdakı qərardadı qəbul etdi.
İddia tələbi
2. İddiaçı cavabdeh X1rşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən azad edilməsinin qanunsuz hesab edilməsi, əvvəlki vəzifəsinə X2 (və ya Salyan Rayon Mərkəzi Xəstəxanasına) bərpa edilməsini və işdən azad edilmə dövrü üçün orta əmək haqqının ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
3. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
4.6-cı maddəsinə əsasən, Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2-ci maddəsinə əsasən, ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları);[188] 149.2.3-ci maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb;[189] 149.2.4-cü maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.4-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 149.2.5-ci maddəsinə əsasən, ərizəyə əlavə edilən sənədlərin siyahısı. 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1-ci maddəsinə əsasən, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə. 152.2-ci maddəsinə əsasən, İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci maddəsinə əsasən, mülki məhkəmə icraatında dövlət rüsumu aşağıdakı hallarda ödənilir: 108.1.1-ci maddəsinə əsasən,.iddia ərizəsi verildikdə; 114.1-ci maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: - 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa;
5. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya"nın 6cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir.
Məhkəmənin mövqeyi
6. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.
7. Hazırkı iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149 və 150-ci maddələrinin tələblərinə uyğun olmayaraq xx.xx.2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinə təqdim edilmişdir.
8. İş materiallarına əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı özünə məxsus şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, şəxsiyyət vəsiqəsinin X3 iddia ərizəsində qeyd etməmişdir.
9. İddia ərizəsinin geri qaytarılmasına əsas olan digər hal isə ondan ibarətdir ki, iddiaçı tərəfindən məhkəməyə ünvanlanan iddia ərizəsindən görünür ki, iddia tələbinin əsasını “əmək mübahisəsi” təşkil edir. Mülki Prosessual qanunverciliyin tələbləri baxımından imperativ şəkildə müəyyən edilmşdir ki, Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak edilməlidir. Məhkəmə tərəfindən iddiaçının prosessual qanunvericiliyin bu imperativ tələbinə əməl olunmasını müəyyən etmək mümkün olmamışdır.
10. İddiaçı iddia ərizəsində cavabdeh kimi X4 qeyd etsə də, xahiş etdi hissəsində Salyan Rayon Mərkəzi Xəstəxanasına bərpa edilməsini və ya X4 qeyd etmişdir.
11. Həmçinin məhkəmə onun hazırda işdən azad edilməsinin qanunsuz hesab edilməsi tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı işdən azad olunduğunu bildirsə də, bunun hansı hüquqi nəticə doğuran müvafiq akt əsasında həyata keçirildiyi müvafiq əmri və digər müəyyən edici sənədləri iddia ərizəsinə əlavə etməmişdir. (İddia ərizəsinin əlavələr bölməsində əmək müqaviləsinin, işdən azad edilmə barədə əmrin, şəxsiyyət vəsiqəsinin surətinin və digər təsdiedici sənədlərin surətinin əlavə edildiyini qeyd etmişdir).
12. Odur ki, İddiaçı cavabdeh X1rşı “işə bərpa” tələbinə dair iddia ərizəsi mülki prosessual qanunvericiliklə müəyyən edilmiş ərazi aidiyyət qaydalarına uyğun verilmədiyindən iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.
13. Məhkəmə həmçinin iddia tələbinin geri qaytarılması zamanı dövlət rüsumunun qaytarılması ilə bağlı qeyd edir ki, “Dövlət Rüsumu” haqqında Azərbaycan Respublikası Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qanunvericiliyin bu tələbindən çıxış edən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsində azad olunmuş şəxslər dairəsindəndir.
14. Göstərilənləri və MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı:
İddiaçı cavabdeh X1rşı “işə bərpa” tələbinə barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Rüstəm Alıyev