Məhkəmə qərarları › İş №2(057)-338/2023

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-338/2023

24.02.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-338/2023 24.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı, Cavabdeh direktoru X4, maraqlı şəxs Şirvan-Salyan Regional Təhsil İdarəsinin nümayəndəsi X1 iştirakı ilə Salyan rayonu, Şorsulu kənd V.İsmayılov adına tam orta məktəbində dərs yükü 23 saata qədər artırılması və 2022-ci ilin oktyabr ayı daxil olmaqla dərs saatlarının bərpa olunanadək olan müddət ərzində ödənilməli olan dərs saatlarının məvacibi hesablanaraq ödənilməsi barədə mülki işə Salyan şəhərində açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində onun dərs saatlarının artırılaraq 23 saat olması və oktyabır ayı da daxil olmaqla dərs saatları bərpa olunanadək olan müddət ərzində ona ödənilməli olan dərs saatlarının məvacibi hesablanaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı bildirmişdir ki, xx.xx.2022-ci ildə səhəti ilə əlaqədapr işdən çıxması ilə bağlı ərizə vermişdir. xx.xx.2022-ci ildə məktəbə getmiş və dərsini keçməyə başlamışdır. Birinci saatdan sonra direktor onu çağıraraq ona 23 saat dərs saatının 16 saatının vakansiyaya çıxarıldığını bildirmişdir. O da etiraz etmiş və işə qayıtmaq istədiyini demişdir. Direktor isə doqquz dərs saatı qaldığını, 16-19 sentyabr ayında bir müəllimin həmin yeri seçərək ora düşdüyünü, xx.xx.2022-ci il, saat 18-ə qədər sənədlər təqdim edilməli idi. Təhsil şöbğəsindən ona həmin müəllimin imtina ərizəsini gətirdiyi halda onun dərs saatlarının bərpa ediləcəyini bildirmişlər. Həmin müəllimin imtina ərizəsini alaraq direktora aparmışdır. Səhərisi gün bir müəlliməni həmin yerə təyin etmişlər. Direktorla bir elli olduğu üçün ona görə vaxtında müraciət etməmişdir. Heç bir gəliri yoxdur ona görə də məcbur qalıb məhkəməyə ərizə ilə müraciət etmişdir. Mediasiyaya müraciət etməli olduğunu bilməmişdir. Aidiyyəti qrumlara müraciətlər etmiş, lakin nəticəsi olmamışdır. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh X5 bildirmişdir ki, İddiaçı xx.xx.2022-ci ildə işdən çıxması ilə bağlı ərizə vermişdir. Ondan sonra işə gəlməmişdir. Müəllimlər xx.xx.2022-ci ildən işə gələrək tabelə imza edirlər. Müəllimlərə xx.xx.2022-ci ildən əmək haqqı verilmişdir. İddiaçı xx.xx.2022-ci ilədək məktəbə gəlməmişdir. Birinci dərs günü iddiaçı məktəbə gəlmişdir. Onunla söhbət zamanı işdən çıxması ilə ərizə verdiyini və nə üçün geri qayıtdığını soruşduqda, fikrini dəyişdiyini bildirmişdir. Ona dərs saatlarının 16 saatını müəllim olmadığı üçün vakansiyaya çıxardığını və 9 saatının qaldığını demişdir. Sentyabrın 15-dən 30-a kimi 23 saat dərsini demişdir və dərs saatına görə əmək haqqını almışdır . Sonra xx.xx.2022-ci ildə başqa müəllim gəlmiş və 16 saat həmin müəllimə verilmişdir. Hazırda həmin müəllim dərs deyir. Göstərdiklərini nəzərə alaraq, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X3 bildirmişdir ki, iddianı qəbul etmir. Məktəbin direktoru Əli müəllim dəfələrlə iddiaçı Səbuhi müəllimi işə gəlməsindən ötrü çağırmış, lakin Səbuhi müəllim gəlməmişdir. Yeni dərs ilə başladığından və dərs demək üçün müəllim olmadığından Əli müəllim haqlı olaraq dərs saatlarını vakansiyaya çıxarmışdır. Göstərdiklərini nəzərə alaraq, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə hər iki tərəfi dinləyərək işdə olan sənədləri nəzərdən keçirərək belə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır.Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçı iddia verməzdən əvvəl mediasiya prosessində iştirak etmək üçün müraciət etməmiş və bu barədə ərizəyə sənəd əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsini baxılmamış saxlayır. Həmin Məcəllənin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat iddia ərizəsinə əlavə edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının iddiası Məcəllənin 149-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədiyi və məhkəmə iclasında işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmaq mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 259.0-cı maddəsində qeyd olunmuşdur ki, məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə; 259.0.2. ərizə fəaliyyət qabiliyyəti olmayan şəxs tərəfindən verilmişsə; 259.0.3. ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda; 259.0.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa; 259.0.5. qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin münsiflər məhkəməsində baxılması üçün müqavilə bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa; 259.0.6. işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə; 259.0.7. işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə; 259.0.8. qanuna, digər normativ hüquqi akta və müqaviləyə əsasən bank və kredit müəssisəsi vasitəsi ilə almalı olduğu halda iddiaçı cavabdehdən borcun alınması barədə banka, yaxud digər kredit müəssisəsinə müraciət etməmişsə; 259.0.10. hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə; 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə; 259.0.12. ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda. 259.0.13. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda. Məhkəmə hesab edir ki, İddiaçı izah olunmalıdır ki, ərizənin baxılmamış saxlanılmasına əsas olmuş nöqsanları aradan qaldırıldıqdan sonra ümumi qaydada iddia qaldırmaqla yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 149, 152, 259-260-cı, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Salyan rayonu, Şorsulu kənd V.İsmayılov adına tam orta məktəbində dərs yükü 23 saata qədər artırılması və 2022-ci ilin oktyabr ayı daxil olmaqla dərs saatlarının bərpa olunanadək olan müddət ərzində ona ödənilməli olan dərs saatlarının məvacibi hesablanaraq ona ödənilməsi barədə iddia tələbi baxılamış saxlanılsın. Ona izah olunsun ki, ərizənin baxılmamış saxlanılmasına əsas olmuş nöqsanları aradan qaldırıldıqdan sonra ümumi qaydada iddia iddia qaldırmaqla yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Hakim: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar