Məhkəmə qərarları › İş №2(057)-3441/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-3441/2025

16.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-3441/2025 16.12.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxs qarşı «qohumluq münasibətlərinin müəyyən olunması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxs qarşı «qohumluq münasibətlərinin müəyyən olunması» tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X13 xx.xx.1993-cü ildə, anası X14, xx.xx.2013-cü ildə, qardaşı xx.xx.1951-ci il təvəllüdlü X22 (Sabil) oğlu xx.xx.2023-cü ildə, qardaşı xx.xx.1959-cu il təvəllüdlü X23 (Sabil) oğlu xx.xx.2004-cü ildə, xx.xx.1961-ci il təvəllüdlü Quliyeva ( Səmədova ) Şərəbanı Səbil qızı xx.xx.2025-ci ildə vəfat etmişdir. Qardaşı Maraqlı şəxs xx.xx.1957-ci ildə anadan olmuşdur. Bacısı Quliyeva (Səmədova) Şərəbanı Səbil (Sabil) qızı xx.xx.1961-ci ildə anadan olmuşdur. Bacısı Şahbazova (Səmədova Xatimə) Sabit (Sabil) qızı xx.xx.1963-cü ildə anadan olmuşdur. O, Ərizəçi2 xx.xx.1967-ci ildə anadan olmuşdur. Ölüm haqqında şəhadətnamədə atasının adı X13 olaraq qeyd olunmuşdur.ünvan 1 ünvanda anası X7 məxsus Seriya RX ******* nömrəli ********** qeydiyyat nömrəli **********239-10301 reystr nömrəli Çıxarışa əsasən 0.06995 ha torpaq sahəsində 139.6 kvm fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evini Salyan Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisində miras əmlak kimi qəbul edərkən vərəsəlik işinin görülməsi üçün qohumluq münasibətlərini sübut edən sənədlərə və mərhum X4 övladlarının ata adlarında uyğunsuzluq olduğu müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə 363g nömrəli məktubla Salyan Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisi tərəfindən imtina mıktubu verilmişdir, Salyan Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisində ona rəsmi qaydada imtina məktubu verərək bildirmişlər ki, bu uyğunsuzluq səbəbindən vərəsəlik şəhadətnaməsinin verilməsindəm imtina edilmişdir. Göründüyü kimi X1r. Onun və qardaşı Maraqlı şəxs ata adları eyndir. Mərhum qardaşlarının xx.xx.1951-ci il təvəllüdlü X22 (Sabil) oğlu və xx.xx.1959-cu il təvəllüdlü X23 (Sabil) oğlunun ata adları fərqlidir, bacılarının xx.xx.1961-ci il təvəllüdlü Quliyeva (Səmədova) Şərəbanı Səbil (Sabil) qızı X3 ilə nikaha girib və xx.xx.1963-cü il təvəllüdlü Şahbazova (Səmədova) Xatimə Sabit (Sabil) qızı X11 ilə nikaha girmişdir. Bacılarının ata adları fəqlidir. Faktiki olaraq onlar altı nəfər vərəsə mərhum ataları X13 və mərhum anaları X4 övladlarıdır və bacı qardaşdırlar. Təqdim olunmuş doğum haqqında şəhadətnamələrdən də göründüyü kimi anası X9r və sadəcə ata adlarında aşağıdakı kimi uyğunsuzluq vardır. Eyni zamanda bildirmişdir ki, Salyan RİHB Salyan şəhəri üzrə nümayəndəliyinin verdiyi arayışda adları qeyd olunanları vərəsə kimi göstərmişdir.xx.xx.1951-ci il təvəllüdlü X15 uyğunsuzluq var. xx.xx.1959-cu il təvəllüdlü X17 uyğunsuzluq var. xx.xx.1957-ci il təvəllüdlü Maraqlı şəxs uyğunsuzluq yoxdur. xx.xx.1961-ci il təvəllüdlü X10 uyğunsuzluq var. xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi1 uyğunsuzluq var. xx.xx.1967-ci təvəllüdlü Ərizəçi2 uyğunsuzluq yoxdur. Ata adlarında uyğunsuzluq olan xx.xx.1951-ci il təvəllüdlü X15, xx.xx.1959-cu il təvəllüdlü X17, xx.xx.1961-ci il təvəllüdlü X10, xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi1, xx.xx.1967-ci təvəllüdlü Ərizəçi2dur.Qeyd olunanlara əsasən xx.xx.1993-cü ildə vəfat etmiş X5 xx.xx.1951-ci il təvəllüdlü X6, xx.xx.1957-ci il təvəllüdlü Maraqlı şəxs xx.xx.1959-cu il təvəllüdlü X12, xx.xx.1961-ci il təvəllüdlü X2, xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi1 atası olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizədə qeyd olunanları bir daha təsdiq edərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPMnin 185.6-cı maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçiləri dinləyib, ərizə və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 2.2-ci maddəsində qeyd olunmuşdur ki, əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının kitablarında qeydlərin düzgün olmamasına dair işlərə Azərbaycan Respublikası MPM 37-ci fəslində nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında baxa bilər. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Qərarının 9.1-ci maddəsində qeyd olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Təqdim edilmiş iddia ərizəsindən görünür ki, ərizəçinin məhkəməyə müraciət etdiyi “qohumluq faktının müəyyən olunması barədə” ərizə vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardır. Belə olan halda, məhkəmə hesab edir ki, həmin məsələ inzibati məhkəmə icraatı qaydasında həll edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinin tələbinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Həmçinin ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə inzibati məhkəmə icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 153, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxs qarşı “qohumluq münasibətlərinin müəyyən olunması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ərizəçi1 və Ərizəçi2 ərizə ilə inzibati məhkəmə icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar