Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-3548/2025 02.02.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrlərin ləğv edilməsi və işə bərpa edilməsi” tələbi barədə iddiasına dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “əmrlərin ləğv edilməsi və işə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2025-ci il tarixli 18-1- 93/3-1-2664/2025 saylı əmrinin ləğv edilməsi öz vəzifəsinə bərpa olunmağı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun illər Salyan Rayon Mərkəzi Xəstəxanasının vərəm şöbəsində əvvəlcə tibb bacısı, daha sonra böyük tibb bacısı vəzifəsində çalışmışdır. 2021-ci ildən etibarən bu vəzifədə işləmiş, həmin qurumun struktur dəyişikliyinə qədər fasiləsiz fəaliyyət göstərmişdir. Sonradan eyni binada, eyni xəstələrlə, eyni iş şəraitində fəaliyyətini davam etdirən yeni qurum - "X3" X7 yaradılmışdır. Bu qurumda ona baş tibb bacısı vəzifəsi verilmiş, xx.xx.2025-ci il tarixində 6 aylıq müddətli əmək müqaviləsi bağlanmışdır. Lakin xx.xx.2025-ci il tarixində müqavilə müddətinin bitməsi əsas göstərilərək, Əmək Məcəlləsinin 68.2(b) bəndinə istinadla əmək münasibətlərimə xitam verilmişdir. Bu barədə ona əvvəlcədən məlumat verilməmişdir. O, beş oğlan övladının anasıdır. Onlardan ikisi ali məktəbdə təhsil alır, üçü isə ümumtəhsil məktəbində oxuyur. Ailənin yeganə gəlir mənbəyi onun əmək fəaliyyəti olmuşdur. Əmək münasibətlərinə əsassız xitam verilməsi ailəsinin sosial vəziyyətinə ciddi mənfi təsir göstərmişdir. Bu barədə dəfələrlə müvafiq dövlət qurumlara müraciət etməsinə baxmayaraq heç bir nəticə əldə etməmişdir. Odur ki, əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli, №18-1-93/3-1- 2664/2025 saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi və onun Cavabdehndə baş tibb bacısı vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə oğlu iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə əmək müqaviləsi bağlanılaraq o, həmin müəssisənin “X1” baş tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqavilə 6 ay müddətinə bağlanmış, xx.xx.2025-ci il tarixdə isə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən (əmək müqaviləsinin müddətinin başa çatması ilə) xitam verilmişdir. O, öz işinə məsuliyyətsiz yanaşaraq vəzifə borclarını layiqincə yerinə yetirməmişdir. Buna görə də, vəzifə borclarına məsuliyyətsiz yanaşdığı üçün xx.xx.2025-ci il tarixdə ona töhmət verilmişdir. Əmək müqaviləsinin müddəti başa çatdığı üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Odur ki, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2010-cı il tarixdə Salyan RMX Rayonlararası ağciyər xəstəlikləri xəstəxanasına tibb bacısı vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2020-ci il tarixdə həmin idarəyə rayonlararası vərəm əleyhinə xəstəxanasının stasionarın böyük tibb bacısı vəzifəsinə, xx.xx.2021-ci il tarixdə həmin idarəyə tibb bacıları şöbəsinə böyük tibbi bacısı vəzifəsinə keçirilmiş, xx.xx.2025-ci il tarixində isə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndində əsasən işçinin təsəbüsü ilə xitam verilmişdir. İddiaçı Cavabdeh RHŞ-in direktoru Nəhmət Rəhmanova ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Cavabdeh RHŞ-də ona təklif edilən X1 İdarəetmə aparatının baş tibb bacısı (qardaşı) vəzifəsinə işə qəbul olunması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İşəgötürən Cavabdeh RHŞ-in direktoru X2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh RHŞ-in “X1” baş tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli, 18-1-93/3-1-2664/2025 №-li əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin təsdiq edilmiş surətindən görünür ki, Cavabdehn Salyan regional xəstəxanası İdarəetmə aparatının baş tibb bacısı vəzifəsində işləyən İddiaçı Azərbaycan Respublikası Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən (əmək müqaviləsinin müddətinin başa çatması ilə) 22 oktyabr 2025-ci il tarixindən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış xx.xx.2025-ci il tarixli xxxxxxx000200 nömrəli əmək müqaviləsinə xitam verilmişdir. Salyan 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh RHŞ xx.xx.2025-ci il tarixdə keçirilmiş mediasiya prosesində iştirak etmiş, lakin onlar mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. Beləliklə, işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2010-cı il tarixdə Salyan RMX Rayonlararası ağciyər xəstəlikləri xəstəxanasına tibb bacısı vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2020-ci il tarixdə həmin idarəyə rayonlararası vərəm əleyhinə xəstəxanasının stasionarın böyük tibb bacısı vəzifəsinə, xx.xx.2021-ci il tarixdə həmin idarəyə tibb bacıları şöbəsinə böyük tibbi bacısı vəzifəsinə keçirilmişdir. Sonradan müəssisədə aparılmış struktur dəyişiklikləri ilə əlaqədar olaraq xx.xx.2025-ci il tarixdə iddiaçıdan ərizə alınmış və elə həmin tarixdə onunla yeni əmək müqaviləsi bağlanılaraq Cavabdeh RHŞ-in “X1” baş tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqavilə 6 ay müddətinə bağlanmış, xx.xx.2025-ci il tarixdə isə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən (əmək müqaviləsinin müddətinin başa çatması ilə) xitam verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən, İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. ... İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən, məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və onun tələblərinə görə tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Həmin Məcəllənin 40-cı maddəsinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; Həmin Məcəllənin 45-ci maddəsinə əsasən, 1) Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 4) Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 5) Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 46.6-cı maddəsinə əsasən, əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Həmin Məcəllənin 47-ci maddəsinə əsasən, aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Həmin Məcəllənin 57.3-cü maddəsinə əsasən, əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. Həmin Məcəllənin 59-cu maddəsinə əsasən, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 300.1-ci maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən 2(102)-4262/2023 saylı, xx.xx.2023-cü il tarixli “üç ulduzlu” Qərarında qeyd olunmuşdur ki, işçinin uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması və dərhal qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi ağlabatan hesab edilmir. İşçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə müqavilələrin (razılaşmaların) işəgötürənin təzyiqi altında bağlandığı qənaətinə gəlinir. İddiaçı ilə işəgötürən arasında müddət göstərilmədən əmək müqaviləsi mövcud olduğu halda, onunla yeni müddət göstərilməklə bağlanmış əmək müqaviləsi iddiaçının razılığı ilə bağlanmış müqavilə kimi qəbul oluna bilməz. Qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Hazırki işdə də məhkəmə müəyyən etmişdir ki, iddiaçı sonuncu müqavilə bağlanandan əvvəl müəssisədə müddətsiz əmək müqaviləsi əsasında işləmiş, onun işi daimi xarakterli olmuş, lakin sonradan onunla müddətli əmək müqaviləsi bağlanmışdır. Onunla müddətli əmək müqaviləsi bağlanması üçün 47-ci maddənin a)-ə) bəndlərində göstərilən əsaslar olmamışdır. Cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsinə keçirməsi işdən görünmür. Həmçinin əmək müqaviləsinin başqa əsaslar üzrə dəyişdirilməsini zəruri edən sübutlar da təqdim olunmamışdır. Cavabdeh müddətli müqavilənin bağlanmasına əsas kimi həmin normanın f) bəndində müəyyən olunmuş “qarşılıqlı razılığın” olduğunu bildirir. Lakin iddiaçı müddətli müqavilə bağlanarkən təsirə məruz qaldığını bildirmişdir və «qarşılıqlı razılıq» qanunun tələbinə görə, tərəflərin həqiqi hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıq-aydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli, yəni 3 ay müddətinə əmək müqaviləsi bağlamışdır. Məlum olduğu kimi, işçinin uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması və dərhal qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. İşçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür. Hazırki işin həqiqi hallarından açıq-aydın görünür ki, iddiaçı 2010-cu ildən etibarən eyni müəssisədə fasiləsiz olaraq tibb bacısı vəzifəsində çalışmış, gördüyü iş daimi xarakter daşımışdır. İş materiallarında həmin dövrə aid müddətli əmək müqaviləsinin mövcudluğunu təsdiq edən hər hansı sübut təqdim olunmamışdır. Sonradan müəssisədə struktur dəyişikliyi olmuş, əvvəlki əmək münasibətlərinə xitam verilmiş və eyni xarakterli əmək funksiyasının icrası üçün yeni müqavilə bağlanılmışdır. Ərizənin verilməsi işçinin sərbəst və müstəqil təşəbbüsünün nəticəsi deyil, struktur dəyişiklikləri ilə bağlı işəgötürənin təşəbbüsü əsasında həyata keçirilmişdir. Belə olan halda, formal olaraq işçinin ərizəsinin mövcudluğu müddətli əmək müqaviləsinin bağlanmasını qanunauyğun hesab etməyə əsas vermir. Əmək müqaviləsində müddət təyin edilməsi isə iddiaçının istənilən vaxt işəgötürən tərəfindən rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir. Əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Əmək münasibətləri mənafelərinin haqq ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması Əmək Məcəlləsinin əsas prinsiplərindən biridir. İşçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmə iddiaçı ilə işəgötürən arasında müddət göstərilmədən əmək müqaviləsi mövcud olduğu halda, onunla yeni müddət göstərilməklə bağlanmış əmək müqaviləsini iddiaçının razılığı ilə bağlanmış müqavilə kimi qəbul olunmasını ağlabatan saymır. Beləliklə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli əmək müqaviləsi işəgötürənin mənafeyinə xidmət etmiş, yuxarıda istinad olunan əmək qanunvericiliyinin prinsiplərinə əsaslanmadığı, eləcə də hazırki halda əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin daimi xarakterə malik olması mülki iş materialları ilə istisna edilmədiyindən və bu hal əvvəldən işəgötürənə bəlli olduğundan, onun əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti, mövsümi deyil, daimi xarakterə malik olmaqla qabaqcadan işəgötürənə bəlli olduğundan iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Odur ki, məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X7 Cavabdeh X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 18-1- 93/3-1-2664/2025 №-li “əmək müqaviləsinə xitam verilməsi barədə” əmr ləğv edilməli, İddiaçı Cavabdehn Salyan regional xəstəxanası İdarəetmə aparatının baş tibb bacısı vəzifəsinə bərpa edilməli, İddiaçı xx.xx.2025-ci il tarixdən işə çıxdığı günə qədər məcburi işburaxma müddəti üçün hesablanmış əmək haqqı ödənilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X7 Cavabdeh X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 18-1-93/3-1-2664/2025 №-li “əmək müqaviləsinə xitam verilməsi barədə” əmr ləğv edilsin. İddiaçı Cavabdehn Salyan regional xəstəxanası İdarəetmə aparatının baş tibb bacısı vəzifəsinə bərpa edilsin. İddiaçı xx.xx.2025-ci il tarixdən işə çıxdığı günə qədər məcburi işburaxma müddəti üçün hesablanmış əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-3548/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-3548/2025
02.02.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver