Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-393/2023 07.04.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X5 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi ilə lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı vermiş olduğu iddia ərizəsində İddiaçı MMC ilə X4 arasında bağlanmış 26 mart 2021-ci il tarixli MAS-3447 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF800834 ban nömrəli, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”-nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 23 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 418.06 manat, ümumilikdə isə 18151 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18151 manatın 13900 manatı əsas məbləğ təşkil edir. 07 iyul 2021-ci il tarixdə X4, X6 və İddiaçı MMC arasında MAS-3447 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlamış və 26 mart 2021-ci il tarixli MAS-3447 saylı “Daxili Lizinq” müqaviləsi üzrə X6 bütün öhdəlikləri öz üzərinə götümüşdir. 23 fevral 2022-ci il tarixdə X6, Cavabdeh və İddiaçı MMC arasında MAS-3447 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlamış və 26 mart 2021-ci il tarixli MAS-3447 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürərək lizinq obyekti olan “Khazar LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh 26 mart 2021-ci il tarixli MAS-3447 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 29 noyabr 2022ci il tarixə ümumilikdə 3426.41 manat gecikmə borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və “Ödəniş cədvəli”-nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 4.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 13.9-cu bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 faiz hesanlanmaqla cərimə ödəyir. “Daxili lizinq” müqaviləsinin 6.4.1-ci bəndinə əsasən lizinq alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. "Daxili lizinq” müqaviləsinin 7.1.1-ci bəndinə əsasən lizinq alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. “Daxili lizinq” müqaviləsinin 15-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Odur ki, İddiaçı MMC ilə bağlanmış 26 mart 2021-ci il tarixli MAS-3447 saylı “ Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF800834 ban nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh 26 mart 2021-ci il tarixli MAS-3447 saylı “ Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 29 noyabr 2022-ci il tarixə 1977, 55 manat gecikdirilmiş əsas, 917,75 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 531,11 manat dəbbə pulu, cəmi 3426,41 manat borc və ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin direktoru R.A.İsmayılov rayon məhkəməsinə göndərdiyi ərizəsində işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir.Ona görə də məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş 26 mart 2021-ci il tarixli, MAS-3447 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC ilə X4 arasında bağlanmış “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF800834 ban nömrəli, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Məhkəmədə elan olunmuş 26 mart 2021-ci il tarixli MAS-3447 saylı “Daxili lizinq müqaviləsi” nə 1 saylı əlavədən görünür ki, 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **- PV-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF800834 ban nömrəli, ağ rəngli avtomobilin dəyəri 13900 manat təşkil edir. Məhkəmədə elan olunmuş öhdəliklərin ötürülməsi barədə 07 iyul 2021-ci il tarixli müqavilənin surətindən görünür ki, 26 mart 2021-ci il tarixli, MAS-3447 saylı “Daxili lizinq” müqaviləsi üzrə öhdəliklər X1 X3 ötürülmüşdür. Məhkəmədə elan olunmuş öhdəliklərin ötürülməsi barədə 23 fevral 2022-ci il tarixli müqavilənin surətindən görünür ki, 26 mart 2021-ci il tarixli, MAS-3447 saylı “Daxili lizinq” müqaviləsi üzrə öhdəliklər X2 Cavabdeh ötürülmüşdür. Məhkəmədə elan olunmuş 26 mart 2021-ci il tarixli, MAS-3447 saylı “Daxili lizinq müqaviləsi”nə 3 saylı Əlavədən görünür ki, X4 illik 23 faiz hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ 418,06 manat olmaqla, ümumilikdə isə 18151 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, Cavabdeh lizinq obyektinə dəymiş ziyanı ödəməsini və ödəməyəcəyi təqdirdə qanunamüvafiq qaydada məsuliyyət daşıdıqları bildirmilmişdir. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh 29 noyabr 2022-ci il tarixə 1977,55 manat gecikdirilmiş əsas, 917,75 manat gecikdirilmiş mükafat və 531,11 manat cərimə borcu var. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, heç bir qüsur yoxdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh iddiaçı təşkilatdan 26 mart 2021-ci il tarixli, MAS-3447 saylı “Daxili lizinq” müqaviləsinə və öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **- PV-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF800834 ban nömrəli, ağ rəngli avtomobil İddiaçı MMC-dən təhvil almış və avtomobilə görə iddiaçı qarşısında olan öhdəlikləri tam icra etməmişdir. Azərbaycan Respublikası MM-nin 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər, bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Aəzrbaycan Respublikası MM-nin 522.2-ci maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Azərbaycan Respublikasının MM-nin 747.1.2-ci maddəsinin tələbinə əsasən Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilıməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikasının MM-nin 747.2-ci maddəsinin tələbinə əsasən Lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsasən vəsaitə aid olan daşınar və daşınmaz əşyalardır. Azərbaycan Respublikasının MM-nin 748.1.12 və 748-1.12.4-cü maddələrinin tələbinə əsasən “lizinq verənin lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.” Azərbaycan Respublikasının MM-nin 748.1.8-ci maddəsinin “tələbinə əsasən Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.” Azərbaycan Respublikasının MM-nin 748.2.1-ci maddələrinin tələbinə əsasən “lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətindədir.” Azərbaycan Respublikasının MM-nin 748-2.3-cü maddəsinin tələbinə əsasən “Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu əvəzində ödənilmiş 100 manat cavabdehdən alınaraq iddiaçının hesabına ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214,216- 220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı MMC ilə bağlanmış 26 mart 2021-ci il tarixli MAS-3447 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilsin. Lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF800834 ban nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə qaytarılsın. Cavabdeh 26 mart 2021-ci il tarixli MAS-3447 saylı “ Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 29 noyabr 2022ci il tarixə 1977, 55 manat gecikdirilmiş əsas, 917,75 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 531,11 manat dəbbə pulu və ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında komputerdə yazılmışdır. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-393/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-393/2023
07.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver