Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-428/2024 27.03.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X4 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı X5 Mərkəzinin nümayəndəsi X1 iştirakı ilə zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbi barədə mülki işə açıq məhkəmə baxış iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı X5 Mərkəzinin Salyan Rayon Məhkəməsinə verdiyi iddia ərizəsində Salyan rayonu Pambıqkənd kənd sakini Cavabdeh Şirvan meşəbəyliyinin 8-ci dolayın 24-cü kvartalında özbaşına tutduğu (zəbt etdiyi) 5 ha torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkdiyi ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq Sabirabad X5ı Mərkəzinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı X5 Mərkəzinin nümayəndəsi X2 iddianı müdafiə edərək bildirmişdir ki, cavabdeh Şirvan meşəbəyliyinin 8-ci dolayın 24-ci kvartalında özbaşına tutduğu(zəbt etdiyi) 5 ha torpaq sahəsini istifadə edir. Cavabdehin atası 1998-2000-ci illərdə təşkilatla icarə müqaviləsi olmuş, hal-hazırda tərəflər arasında heç bir müqavilə yoxdur. Cavabdehin Şirvan meşəbəyliyinin 8-ci dolayın 24-ci kvartalında özbaşına tutduğu (zəbt etdiyi) 5 ha torpaq sahəsinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş,gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X5 Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-14-27-03/2-H-074-3/2023 saylı xəbərdarlıq məktubdan görünür ki, cavabdehə məktub göndərilməsinə baxmayaraq dövlət meşə fonduna aid torpaq sahəsi boşaldılmamışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X5 Mərkəzinin xx.xx.2023-cü il tarixli 002786 saylı aktından görünür ki, Şirvan meşəbəyliyinin 8 saylı dolayına baxış zamanı müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçı təşkilata məxsus 5 ha torpaq sahəsində yonca əkini əkilmişdir. Məhkəmədə elan olunmuş cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanladığı ərizədə iddianı qəbul etmədiyini, iddiaya qarşı etiraz etdiyini, həmin torpaq sahəsini aidiyyatı orqandan onların öz razılığı ilə aldığını, şoran torpağı təmizlədiyini bildirmiş lakin istifadə etdiyi torpaq sahəsini geri qaytarmağa razı olduğunu, torpaq sahəsinin təmizlənməsi üçün çəkdiyi xərcləri tələb etdiyini bildirmişdir. Məhkəmə təşkilatın nümayəndəsini dinləyib və işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Cavabdeh Şirvan meşəbəyliyinin 8-ci dolayın 24-ci kvartalında özbaşına tutduğu 5 ha torpaq sahəsini zəbt edərək qanunsuz olaraq kənd təsərrüfatı məhsulları əkmişdir. İddiaçı təşkilat cavabdehdən həmin hissəni boşaldılmasını tələb etmiş, lakin cavabdeh qeyd olunan tələbə əməl etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinəəsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinəəsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüquqisubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimisahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər,ondan istifadə edəm bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtləm ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz” sahibliyindən öz əmlakını geri tələb edə bilər. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı X5 Mərkəzinin Şirvan meşəbəyliyinin 8-ci dolayın 24-ci kvartalında özbaşına tutduğu (zəbt etdiyi) 5 ha torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkdiyi ərazi boşaldılıb əvvəlki vəziyyətinə qaytarılmaqla Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı X5 Mərkəzinə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-428/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-428/2024
27.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver