Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-449/2025 10.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 03 fevral 1952-ci ildə Salyan rayonunda anadan olmuş X4 doğum haqqında şəhadətnamənin ata qrafasında Məmmədəli, soyadının Əmənov, atasının İbrahim, ana qrafasında adının Sudabə, soyadının Əmənov, atasının Nuralı kimi göstərilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1957-ci ildə Salyan rayonunda anadan olmuşdur. 05 sentyabr 1979-cu il də Salyan rayonu Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuşdur. X11 adlı şəxslə ər-arvad münasibətlərində olmuşdur. X11 xx.xx.2005-ci ildə vəfat etmişdir. Doğum haqqında şəhadətnamənin alınması üçün Salyan rayonu Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etməli olmuş, maraqlı tərəf olan Salyan şəhər Qeydiyyat Şöbəsinin imtina məktubu ilə Məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Doğum haqqında şəhadətnamənin alınmasında məqsəd şəxsiyətini təsdiq edən sənədlər əldə etməkdir. X15 mərhum ərinin qardaşıdır. Odur ki, 1952-ci ildə Salyan rayonunda anadan olmuş X4 doğum haqqında şəhadətnamənin ata qrafasında Məmmədəli, soyadının Əmənov, atasının İbrahim, ana qrafasında adının Sudabə, soyadının Əmənov, atasının Nuralı kimi göstərilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi oğlu ərizəni müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.6cı maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X5 bildirmişdir ki, o, Ərizəçi qaynanasının xalası qızıdır. X11 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Əli, Nəzakət və Xəyalə adlı 3 övladı olmuşdur. Məhkəmə ərizəçini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; “X2 dövlət qeydiyyatı şöbəsi tərəfindən verilmiş 21 sentyabr 2005-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2005-ci il tarixdə ölmüş bu barədə ölüm haqqında akt qeydləri kitabında 21 sentyabr 2005-ci il tarixli 200 №-li akt qeydi tərtib olunmuşdur. “Elektron notariat” X1 vasitəsilə “X6” AQİS-dən çıxarışdan görünür ki, X11 03 fevral 1952-ci il tarixdə anadan olmuş və xx.xx.2005-ci il tarixdə ölmüşdür. Maraqlı şəxs tərəfindən verilmiş 07 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, X12 ilə X19 05 sentyabr 1979-cu il də rəsmi nikaha daxil olmuş, bu barədə 183 №-li akt qeydi tərtib olunmuşdur. Ərizəçinin qızı X7 məxsus olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamənin “atası qrafasında” atası kimi X12, “anası qrafasında” anası kimi X19 qeyd edilmişdir. Ərizəçinin qızı X13 məxsus olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamənin “atası qrafasında” atası kimi X12, “anası qrafasında” anası kimi X19 qeyd edilmişdir. Ərizəçinin oğlu X22 məxsus olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamənin “atası qrafasında” atası kimi X11, “anası qrafasında” anası kimi Ərizəçi qeyd edilmişdir. Ərizəçinin qardaşı X8 məxsus olan doğum haqqında akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, şəhadətnamənin “atası qrafasında” atası kimi X9, “anası qrafasında” anası kimi X17 qeyd edilmişdir. Salyan rayon Arbatan Bələdiyyəsi tərəfindən Ərizəçi verilmiş 30 may 2024-cü il tarixli arayışdan görünür ki, həyat yoldaşı X11 xx.xx.2005-ci il tarixdə vəfat etmiş, mərhum vəfat etdiyi günə kimi həyat yoldaşı Ərizəçi ilə birgə yaşamışdır. Salyan rayon İcra Hakimiyyəti Başçısının Arbatan kənd İƏN-yi tərəfindən X32 Xidmət NK-na verilmiş arayışdan görünür ki, X11 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Salyan rayon Arbatan kəndi olmuş, ölənədək onunla birlikdə yaşamış və hazırda arvadı Ərizəçi, oğlu X28, qızı X10 və X18 adlı vərəsələri qalmışdır. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X4 doğumu haqqında akt qeydi həmin arxiv sənədləri və “X6” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilməmişdir. Bununla əlaqədar aidiyyəti məhkəməyə müraciət edə biləcəyi qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X32 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X14 tərəfindən Ərizəçi verilmiş 03 iyul 2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2005-ci ildə vəfat etmiş mərhum əri X3 miras qalan əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsi ilə bağlı olunmuş müraciətdə, mirasın qəbulu üçün mərhum X4 doğum haqqında şəhadətnaməsinin tapılmaması səbəbdən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Mülki işin materiallarından da görünür ki, ərizəçi doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin bu müvafiq sənədlərlə təsdiq olunmadığına görə onun doğum akt qeydinin bərpasından imtina olunmuşdur. Buna görə də, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “X2 dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci maddəsində doğumun qeydə alınması üçün təqdim edilməli olan sənədlərin siyahısı əksini tapmışdır. Həmin Qaydanın 2.6-cı bəndində isə təsbit edilmişdir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X2, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X2 dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X2 qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.1-ci bəndində göstərilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: X2 dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Sadalanan xüsusatlara əsasən, məhkəmə hesab edir ki, ərizəçinin ərinin şəhadətnaməsinin olmaması ona sənədləşmə işlərində çətinliklər törətdiyindən, qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçinin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Eyni zamanda, X6 qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi ərizəçinin doğum akt qeydinin bərpa etməkdən və ona yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin ərinin doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin X4 doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən X4 03 fevral 1952-ci il tarixində Salyan rayonunda doğulması, soyadının “Əmənov”, adının “Mətləb”, ata adının “Məmmədəli”, atasının X9, anasının X17 olmasına dair doğumunun qeyd edilmə faktının müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X4 03 fevral 1952-ci ildə Salyan rayonunda doğulması, soyadının “Əmənov”, adının “Mətləb”, ata adının “Məmmədəli”, atasının X9, anasının X17 olmasına dair doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Doğum akt qeydinin bərpa edilməsi doğum haqqında şəhadətnamənin təkrar verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-449/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-449/2025
10.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver