Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-499/2023 05.04.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X25 qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “atalıq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi "atalıq faktının müəyyən olunması" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X9 ilə faktiki nikahlarından doğulmuş 09 dekabr 2010-cu il təvəllüdlü X14 X4nun olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi iddia tələbini müdafiə edərək göstərmişdir ki, hazırda Salyan rayonu, Bəşirbəyli kəndində yaşayır. X5 ilə 1999-cu ildə nikahlarını rəsmi qaydada qeyd etdirmədən ailə həyatı qurmuşlar. Onların faktiki nikahlarından 05 yanvar 2000-ci il təvəllüdlü X19 və 09 dekabr 2010-cu il təvəllüdlü X24 adlı iki uşaqları doğulmuşdur. X24 ilə aralarında rəsmi nikah olmadığı üçün uşaqlara onun soyadı verilmişdir. X9 28 noyabr 2020-ci il tarixdə Salyan rayonu, Bəşirli kəndində vəfat etmişdir. Oğlu Yaqub atasının soyadını daşımaq istəyir. Belə ki, uşağın məhz atasının soyadını daşıması olduqca vacib və qanuna uyğundur. Ana kimi onun soyadının yazılması uşağı da narahat edir. Hazırda ata adı yalnız onun göstərişi əsasında Mənsim kimi qeyd edilsə də, rəsmi sənədləşdirmə əsasında ata soyadı verilməmiş Mənsim Hüseynovun rəsmi qaydada uşağın atası olması müəyyən edilməmişdir. Məhkəmədən ərizənin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Salyan rayonunun, Qaraçala qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı № 603068 saylı X13 surətindən görünür ki, X24 xx.xx.2010-cu il tarixdə Salyan rayonu, Qaraçala qəsəbəsində doğulmuşdur. X3, anası Ərizəçidır. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs (VVAQŞ) tərəfindən xx.xx.2001-ci il tarixdə verilmiş AZ-İ seriyalı № 106589 saylı Doğum Haqqında X1 xx.xx.2000-ci il tarixdə Salyan rayonunda doğulmuşdur. X4, anası Ərizəçidır. İş materiallarına əlavə olunmuş Salyan rayonunun Qaraçala qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı № 122 559 saylı X16 surətindən görünür ki, X9 xx.xx.2020-ci il tarixdə Salyan rayonu, Bəşirbəyli kəndində ölmüşdür. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs tərəfindən 07 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, X24 09 dekabr 2010-cu il tarixdə Salyan rayonunun Qaraçala qəsəbəsində anadan olmuşdur. Doğum haqqında akt qeydində uşağın atası haqqında məlumatlar ananın göstərişinə əsasən yazılmışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 05 aprel 2023-cü il tarixli məktubdan görünür ki, 15 yanvar 1978-ci il təvəllüdlü X2nun xx.xx.2010-cu il tarixdə doğulmuş X24 adlı övladının atası olması faktının tanınması barədə müraciətinə baxılmış və göstərilən hal üzrə atalığın tanınması faktının müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olduğu göstərilmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X8 bildirmişdir ki, Bəşirbəyli kəndində yaşayır, ərizəçinin bacısıdır. X34 faktiki nikah münasibətlərinə olmuşlar, onların iki uşağı 05 yanvar 2000-ci il təvəllüdlü X21 və 09 dekabr 2010-cu il təvəllüdlü X24 doğulmuşdur. Mənsim 2020-ci ildə vəfat etmişdir. 09 dekabr 2010-cu il təvəllüdlü X14 bacısı Ərizəçi ilə X6 faktiki nikahlarından doğulmasını təsdiq edir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X7 bildirmişdir ki, Bəşirbəyli kəndində yaşayır. X2 onun qardaşı olmuşdur. 2020-ci ildə vəfat etmiş və kənd qəbristanlığında dəfn edilmişdir. X30 Məmmədovanın iki uşağı Nuranə və Yaqub doğulmuşdur. Nuranənin soyadı Hüseynova olmuşdur, ərə getdikdən sonra ərinin soyadını götürmüşdür. 09 dekabr 2010-cu il təvəllüdlü X14 Ərizəçi ilə qardaşı X6 faktiki nikahlarından doğulmasını təsdiq edir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2010-cu il tarixli, AZ-İİ seriyalı № 603068 saylı X13 surətindən görünür ki, X24 xx.xx.2010-cu il tarixdə Salyan rayonu, Qaraçala qəsəbəsində doğulmuşdur. X3, anası Ərizəçidır. İş materiallarına olan X18 görünür ki, X9 xx.xx.2020-ci il tarixdə Salyan rayonunun Bəşirbəyli kəndində ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 05 aprel 2023-cü il tarixli məktubdan qeyd edilmişdir ki, xx.xx.1978-ci il təvəllüdlü X2nun xx.xx.2010-cu il tarixdə doğulmuş X24 adlı övladının atası olması faktının tanınması barədə müraciətinə baxılmış və göstərilən hal üzrə atalığın tanınması faktının müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olduğu göstərilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, Ərizəçi X9 ilə 1999-cu ildə qeyri-rəsmi nikah münasibətlərinə daxil olaraq ailə qurmuş, onların qeyri-rəsmi nikahlarından 05 yanvar 2000-ci il təvəllüdlü X21 və 09 dekabr 2010-cu il təvəllüdlü X24 doğulmuşdur. 05 yanvar 2000-ci il təvəllüdlü X12 atasının soyadı atasının ərizəsi əsasında verilsə də, X35 Şəhadətnamə verilərkən atası ərizə yazmadığı üçün anası Ərizəçi ata soyadı (Məmmədov) verilmişdir. X9 xx.xx.2020-ci il tarixdə Salyan rayonunun Bəşirbəyli kəndində vəfat etmişdir. Uşağın atasının X6 olmasını məhkəmə iclasında şahidlər öz ifadələri ilə təsdiq etmişlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Həmin Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və validiyinlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, uşağın valideyinlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə görə uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideyinlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Göründüyü kimi, qanunvericilik uşağın mənşəyinin müəyyən edilməsi kimi, uşağa görə atalığının müəyyən edilməsini və atalığın tanınması faktının müəyyən edilməsini nəzərdə tutmuşdur. Qanunun məzmunundan görünür ki, atalığın müəyyən edilməsi şəxsin sağlığında uşağı qəbul etməməsi hallarında müəyyən edilir. Atalığın tanınması isə özünü uşağın atası hesab edən şəxs öldüyü hallarda müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə uşağın doğulmasına qədər Ərizəçi ilə X6 birgə yaşamasını, birgə qeyri-rəsmi nikahlarından doğulmuş 05 yanvar 2000-ci il təvəllüdlü qızları X11 da X4nun olması və 09 dekabr 2010-cu il təvəllüdlü X14 da atası olması barədə təqdim etdiyi sübutları, uşağın doğum tarixini, şahidlərin ifadələrini nəzərə alaraq hesab edir ki, X9 09 dekabr 2010-cu təvəllüdlü X14 atası kimi tanınması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1978-ci il təvəllüdlü X9 09 dekabr 2010-cu il təvəllüdlü X14 atası kimi tanınması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-499/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-499/2023
05.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver