Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-520/2025 03.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan rayonu, Sarvan kənd sakini Cavabdeh dövlətə dəymiş zərərin əvəzi xx.xx.2022-ci il tarixdə 55424 saylı akt üzrə cəmi 21.75 manat, xx.xx.2022-ci il tarixdə 66905 saylı akt üzrə cəmi 33 manat, ümumilikdə cəmi aktlar üzrə 54.75 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Sabirabad rayon filialında olan AZ23CTRE********************, VÖEN **********, səviyyə kodu Fond 3, təsnifat 142571 saylı hesabına ödənilməsi barədə qətnamə çxıarılmasını xahiş etmişdir. İddiaçı hüquqşünası X2 məhkəmənin elektron poçt ünvanına ərizə ünvanlayaraq, səhhəti ilə əlaqədar hazırlıq iclasında iştirak edə bilməyəcəyini qeyd edərək, hazırlıq iclasının iştirakı olmadan keçirilməsini və onun 2(057)-520/2025 saylı iş üzrə İddiaçı nümayəndəsi kimi elektron məhkəmə sisteminə əlavə edilməsini xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə, həmçinin “AZEMİS” sistemi vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq, onlar məhkəmənin xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli hazırlıq iclaslarına təkrar gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Həmçinin İddiaçı hüquqşünası X2 2(057)-520/2025 saylı mülki iş üzrə iddiaçının nümayəndəsi kimi elektron sistemə adının əlavə edilməsini xahiş etsə də, iş materialları araşdırılarkən məlum olmuşdur ki, İddiaçı direktor əvəzi Yusif Məmmədov tərəfindən hüquqşünası X1 mənafelərini məhkəmədə təmsil və müdafiə etmək səlahiyyəti ilə verilmiş etibarnamə 1 il müddətinə verilmiş və həmin etibarnamənin müddəti xx.xx.2025-ci il tarixdə bitmişdir. Eyni zamanda İddiaçı hüquqşünası X2 ərizəsində səhhəti ilə bağlı işdə iştirak edə bilməyəcəyini qeyd etsə də, bu barədə hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyi nəzərə alınmaqla, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. MPM-in 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. MPM-in 260.6-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, tərəflər məhkəmə hazırlıq iclaslarına təkrar gəlmədikləri üçün işin araşdırılması və mahiyyəti üzrə düzgün həll edilməsi mümkün deyildir. Ona görə də, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 259.0.6, 263, 264 və 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-520/2025
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-520/2025
03.03.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver