Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-532/2023 14.06.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı2 iştirakı ilə İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X1, üçüncü şəxslər DƏDRX-nin 13 saylı Ərazi İdarəsi, Salyan rayon 2 saylı Xüsusi Notariat Kontoru, Cavabdeh4, X3, Cavabdeh6, Cavabdeh5 qarşı “mirasın qəbul, payların müəyyən edilməsi və naturada bölünməsi” tələbinə dair mülki iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 vermiş olduğu ərizəyə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və X2 qarşı (üçüncü şəxslər DƏDRXnin 13 saylı Ərazi İdarəsi, Salyan rayon 2 saylı Xüsusi Notariat Konmtoru, Cavabdeh4, X3, Cavabdeh6, Cavabdeh5) mirasın qəbul, payların müəyyən edilməsi və naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışı əsasında ünvan 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə mirasın qəbul və paylarımızın müəyyən edilməklə naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-532/2023 saylı iş üzrə 11 may 2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmənin dəftərxanasına xx.xx.2023-cü il tarixdə ərizə ünvanlamışdır. Ərizə onunla əsaslandırmışdı ki, iddia ərizəsinin dəqiqləşmə aparılması və subutlar təqdim ediməsi zərurəti yarandığından iddia ərizəsinin baxılmamış saxlanılması və ərizəyə əlavə edilmiş sənədlərin geri qaytarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə iclasın onların iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçıların ərizəsini nəzərə alıb və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 260.1, 260.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X2, üçüncü şəxslər DƏDRX-nin 13 saylı Ərazi İdarəsi, Salyan rayon 2 saylı Xüsusi Notariat Kontoru, Cavabdeh4, X3, Cavabdeh6, Cavabdeh5 qarşı “mirasın qəbul, payların müəyyən edilməsi və naturada bölünməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-532/2023
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-532/2023
14.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver