Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-576/2025 28.02.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi İddiaçı Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, 1947-ci ildə Erməsintan Respublikası Vedi şəhərində anadan olmuş onun doğumunun qeyd edilmə faktının müəyyən edilməsi və doğum haqqında akt qeydində atasının adının X7, anasının adının X5, valideynlərinin milliyətinin azərbaycanlı yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1947-ci ildə Qərbi Azərbaycanda indiki Ermənistan Respublikasının Vedi kəndində anadan olmuş və doğumu həmin rayon Qeydiyyat Şöbəsində qeydə alınaraq şəhadətnamə verilmişdir. Lakin hazırda doğumu haqqında verilmiş həmin şəhadətnamə itmiş və onu bərpa etdirməsi mümkünsüz hesab olunaraq məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Atasının adı X7, anasının adı X5 olmuş və valideynləri vəfat etmişdir. Ona isə ata babasının adı ilə Rzayev soyadı verilmişdir. Sonuncu dəfə xx.xx.2024-cü ildə Salyan regional “ASAN Xidmət” Mərkəzində DİN-nin PVŞV bölməsi tərəfindən verilmiş AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsi verilmiş və həmin sənəddə atasının adı Məmməd yazılmışdır. Şəxsiyyət vəsiqəsində atasının adı düzgün yazılmaması isə ona qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsində məhdudiyyətlər yaradır. Şəxsiyyət vəsiqəsində olan bu yanlışlığın aradan qaldırılması üçün isə doğumu haqqında məlumatların informasiya sistemində əks olunması, yəni özü və valideynləri ilə bağlı düzgün məlumat göstərilən doğumu haqqında akt qeydinin bərpa edilməsi zəruridir. Hazırki şəxsiyyət vəsiqəsi ilə onun 1947-ci ildə Qərbi Azərbaycanda indiki Ermənistan Respublikası Vedi kəndində anadan olması təsdiq olunur. Eyni zamanda Salyan rayon Qaraçala qəsəbə İcra Nümayəndəliyi tərəfindən verilmiş arayışda və müvafiq ölüm sənədlərində atasının X7, anasının adının X5 olması təsdiq edilmişdir. Bu faktın təsdiq edilməsi miras qalmış torpağın rəsmiləşdirilməsi üçün lazımdır. O şəhid atasıdır. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, oğlu İ Qarabağ müharibəsində şəhid olmuşdur. Hazırda mülkiyyətində olan əmlakların sənədləşdirilməsini həyata keçirtmək istəyir, X1 itirdiyi və Şəxsiyyət Vəsiqəsində atasının adı Məmməd olaraq göstərildiyi üçün bir sıra problemlərlə üzləşir. Əslində atasının adı Məhəmməd olmuşdur. Ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixdə verilmiş, 006117 nömrəli vəsiqədən görünür ki, İddiaçı şəhid ailəsi üzvüdür. İş materiallarında olan 01 sentyabr 2021-cil tarixdə Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, X8 xx.xx.1952-ci ildə Salyan rayon Qaraçala qəsəbəsində anadan olmuşdur. Bu barədə xx.xx.1952-ci il tarixdə Salyan rayon Qaraçala qəsəbəsi İ.Ə.N-də 64 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. X6 xx.xx.2017-ci ildə ölməsi barədə Salyan rayon Qaraçala qəsəbə İ.Ə.N-də xx.xx.2017-ci ildə 33 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən İddiaçı ünvanlanmış 27 dekabr 2024-cü il tarixli məktubdan göstərilmişdir ki, görülmüş tədbirlər üzrə Maraqlı şəxs doğum haqqında 1949-1965-ci illərə aid bərpa akt qeydləri və informasiya sisteminə daxil edilmiş bütün "Vətəndaşlıq vəziyyəti akt” qeydləri üzrə yoxlama aparılmış, lakin --.--.1947-ci ildə Vedi rayonunda anadan olmuş İddiaçı (Məhəmməd) oğlunun doğum haqqında akt qeydi müvafiq arxiv sənədlərində və “Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktlarının itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Ona görə də, ona məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. İş materiallarında olan X4 Şəhadətnamədən görünür ki, xx.xx.1947-ci il təvəllüdlü İddiaçı Məhəmməd oğlu ilə xx.xx.1952-ci il təvəllüdlü X8 arasında nikah xx.xx.1974-cü il tarixdə Qaraçala qəsəbə İnzibati Ərazi Nümayəndəliyində bağlanmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Salyan rayonu, Pambıqkənd kəndində yerləşən 0.755 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarında olan torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Salyan rayonu, Pambıqkənd kəndində yerləşən 0.755 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. MPM-in 307.2.3 və 307.2.11-ci maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-nin tələbinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçi İddiaçı xx.xx.1947-ci ildə Ermənistan Respublikası, Vedi rayonunda anadan olmuşdur. Sonradan o, ailə üzvləri ilə birlikdə Ermənistan Respublikasından Azərbaycan Respublikasının Salyan rayonuna köçürülmüşdür. Hazırda İddiaçı X3 itmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ərizəsi təmin edilməli, xx.xx.1947-ci il tarixdə anadan olmuş İddiaçı Məhəmməd (Məmməd) oğlunun doğumunun qeydə alınması faktı müəyyən edilməlidir. xx.xx.1947-ci il təvəllüdlü İddiaçı Məhəmməd (Məmməd) oğlunun doğum haqqında akt qeydi bərpa olunaraq doğum haqqında akt qeydində-doğulduğu yer “Ermənistan Respublikası, Vedi rayonu”, doğum tarixi xx.xx.1947-ci il, adı “Fərrux”, ata adı “Məhəmməd (Məmməd)”, soyadı “Rzayev” valideynləri haqqında qeyddə atası qrafasında “X7”, anası qrafasında “X5” kimi qeyd edilməlidir. İddiaçı Məhəmməd (Məmməd) oğluna X2 verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1947-ci il tarixdə anadan olmuş İddiaçı Məhəmməd (Məmməd) oğlunun doğumunun qeydə alınması faktı müəyyən edilsin. xx.xx.1947-ci il təvəllüdlü İddiaçı Məhəmməd (Məmməd) oğlunun doğum haqqında akt qeydi bərpa olunaraq doğum haqqında akt qeydində-doğulduğu yer “Ermənistan Respublikası, Vedi rayonu”, doğum tarixi xx.xx.1947-ci il, adı “Fərrux”, ata adı “Məhəmməd (Məmməd)”, soyadı “Rzayev” valideynləri haqqında qeyddə atası qrafasında “X7”, anası qrafasında “X5” kimi qeyd edilsin. İddiaçı Məhəmməd (Məmməd) oğluna X2 verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-576/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-576/2025
28.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver