Məhkəmə qərarları › İş №2(057)-66/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-66/2023

23.02.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-66/2023 23.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X16 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X17, Cavabdeh iştirakları ilə torpaq sahəsindən çıxarma,tikilinin sökülməsi və sair tələb barədə dair mülki işə açıq məhkəmə baxış iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı nümayəndəsi və vəkili X11 rayon məhkəməsinə verdiyi iddia ərizəsində cavabdehlər Salyan rayonu, Kürqaraqaşlı kənd sakini X8 və Cavabdeh tərəfindən Salyan rayonu, Kürqaraqaşlı kənd sakini İddiaçı xüsusi mülkiyyətində olan Kürqaraqaşlı kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinə maneəçilik hərəkətlərinə son qoyulması, Salyan rayonu, Kürqaraqaşlı kənd sakini İddiaçı xüsusi mülkiyyətində olan Kürqaraqaşlı kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsində Salyan rayonu, Kürqaraqaşlı kənd sakini Cavabdeh tərəfindən xırda buynuzlu heyvanların saxlanılması məqsədilə 12 kvm sahədə dəmir və taxtadan quraşdırılmış tövlə, təndir cavabdehin şəxsi vəsaiti hesabına sökülərək zəbt etdiyi ərazidən çıxarılması, Salyan rayonu, Kürqaraqaşlı kənd sakini İddiaçı xüsusi mülkiyyətində olan Kürqaraqaşlı kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsində cavabdeh Salyan rayonu, Kürqaraqaşlı kənd sakini X8 tərəfindən tikilmiş 2x2 metr ölçüdə 4 kvm şambu cavabdehin öz vəsaiti hesabına doldurulmaqla zəbt etdiyi ərazidən çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Salyan rayonu, Kürqaraqaşlı kənd sakini X8 və Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X17 məhkəmə iclasında iddianı müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh bildirmişdir ki, iddiaçının evi ilə aralarında 500 metr məsafə vardır. İddiaçının torpağı yoxdur. 2011-ci ildə öz qapısının ağzında qəhəl və təndir tikmişdir. 2 il əvvəl sambo doldurulmuşdur. Torpaq həyət qapısının qarşısında olduğu üçün həmin torpaq ona məxsusdur. İddiaçı torpaq sahəsinin onun olduğunu iddia edir, lakin sənədi yoxdur.İddianı qəbul etmir və rədd olunmasını xahiş etdi. Cavabdeh X5 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə sonuncunun iştirakı olmadan işə Azəbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxmağı mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci ildə ********** nömrə ilə qeydə alınmış çıxarışdan görünür ki, Salyan rayonu, Kürqaraqaşlı kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Məhkəmədə elan olunmuş Salyan rayon, Kürqaraqaşlı bələdiyyəsinin sədri T.Ə.Ağabəyov tərəfindən Salyan rayon Vəkil Bürosunun sədri E.Hənifəliyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 151 nömrəli məktubdan görünür ki, İddiaçı məxsus 0,12 ha həyətyanı torpaq sahəsində, qonşuluğunda yaşayan Cavabdeh tərəfindən xırda buynuzlu heyvanların saxlanılması məqsədi ilə 12 kv.m sahədə taxta dirəklər basdıraraq tövlə tikmişdir. 16 kvm sahədə çirkab suların axıdılması ücün şambo və birdə təndir quraşdırmışdır. Cavabdeh İddiaçı qonşuluğunda yaşayan X5 məxsus fərdi yaşayış evində birlikdə yaşayırlar. İddiaçı məxsus 0,12 ha həyətyanı torpaq sahəsini onun qonşuluğunda yaşayan X2 əri Tahir tərəfindən çirkab suların axıdılması məqsədilə 2x2 4 kvm sahədə şambo tikmişdir.X8 ilə İddiaçı hal-hazırda qonşuluqda yaşayırlar. İddiaçı tərəfində Salyan rayon Kürqaraqaşlı kənd ərazi dairəsi üzrə nümayəndəliyinə etdiyi müraciətlə əlaqədar bir neçə dəfə həmin ərazidə olmuş, ünvanladıları sorğuda hər hansı bir fotoşəkillər təqdim olunmamışdır. Adları göstərilən vətəndaşların həyətyanı torpaq sahəsinə aid sənədləri Kürqaraqaşlı bələdiyyəsində yoxdur. Məhkəmədə elan olunmuş torpaq sahəsi planı və ölçüsündən görünür ki, Salyan rayonu, Kürqaraqaşlı kəndində İddiaçı məxsus 0.12 ha torpaq sahəsi vardır. Məhkəmədə elan olunmuş Kürqaraqaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi A.Məmmədov tərəfindən vəkil X15 ünvanlanmış 25 oktyabr 2021-ci il tarixli, 55 nömrəli məktubdan görünür ki, Salyan rayon Kürqaraqaşlı kənd sakini İddiaçı məxsus 0.12 ha həyətyanı sahəsində X3 tərəfindən xırda buynuzlu heyvan saxlamaq məqsədi ilə zəbt edilərək ölçüləri 12 kvm sahədə dəmir və taxdadan quraşdırılmış tövlə, təndir, 4 kvm sahədə X5 məxsus evin çirkab sularının axıdılması üçün şambo tikmişdir. X3, X5 məxsus fərdi yaşayış evində birlikdə İddiaçı qonşuluğunda yaşayırlar. Məhkəmədə elan olunmuş Kürqaraqaşlı kənd inzibati dairəsi üzrə nümayəndə A.Məmmədov tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 934 nömrəli arayışdan görünür ki, X1 rayonu, Kürqaraqaşlı kəndində yaşayır. Məhkəmədə elan olunmuş Kürqaraqaşlı kənd inzibati dairəsi üzrə nümayəndə A.Məmmədov tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 933 nömrəli arayışdan görünür ki, Cavabdeh Salyan rayonu, Kürqaraqaşlı kəndində yaşayır. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX «Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri» publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisi X20 tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, Salyan rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli №2(057)-1990/2021 saylı məktubu ilə əlaqədar Salyan rayonu,Kürqaraqaşlı kəndində yerləşən İddiaçı məxsus **********92 reyestr №-li 0.12 ha torpaq sahəsinə xx.xx.2022-ci il tarixdə yerində baxış keçirilmişdir. GPS Trimble R-8 aparatı vasitəsi ilə sözügedən tövlə, təndir və şanbonun döngə nöqtələrinin koordinatları naturada təyin olunmuş və koordinatlar elektron kadastr baza məlumatları asasında yoxlanılmışdır. Sözü gedən tövlə, təndir və şanbonun Salyan rayonu Kürqaraqaşlı kəndində yerləşən, İddiaçı mülkiyyətində olan 0.12 ha torpaq sahəsi üzərində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmədə elan olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin 12 yanvar 2023-cü il tarixli, 10/8588 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, təyin olunmuş koordinatlar elektron kadastr baza məlumatları əsasında yoxlanılmış və sözü gedən tövlə, təndir və şanbonun Salyan rayonu Kürqaraqaşlı kəndində yerləşən, İddiaçı mülkiyyətində olan 0.12 ha torpaq sahəsi üzərində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə hər iki tərəfi dinləyib işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozmuş və qanunsuz olaraq həmin sahədən istifadə etmişdir. Ona görə də iddiaçının mülkiyyət hüququ bərpa olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinəəsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinəəsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və Əsas X4 Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinəəsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuşşərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının vəƏsas X4» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və«əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının vəƏsas X4 Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və«əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddəüzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunmasıüçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratınıöz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinəəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinəəəsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinəəsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticəçıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticəçıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinəəsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasibə olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mütəxəssi rəyinin verilməsinə dair çəkilən xərclər 95 manat pul cavabdehlər X8 və Cavabdeh müştərək qaydada alınıb İddiaçı verilməlidir. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul X8 və Cavabdeh müştərək qaydada alınaraq X10 Xəzinədarlığı Agentliyinin 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Cavabdehlər Salyan rayonu, Kürqaraqaşlı kənd sakini X8 və Cavabdeh tərəfindən Salyan rayonu, Kürqaraqaşlı kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0,12 ha torpaq sahəsindən istifadə etməsinə maneçilik törədən hərəkətlərinə son qoyulsun. İddiaçı xüsusi mülkiyyətində olan Kürqaraqaşlı kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsində Cavabdeh tərəfindən xırda buynuzlu heyvanların saxlanılması məqsədi ilə 12 kvm sahədə dəmir və taxtadan quraşdırılmış tövlə, təndir cavabdehin şəxsi vəsaiti hesabına sökülərək onlar zəbt etdikləri ərazidən çıxarılsınlar. İddiaçı xüsusi mülkiyyətində olan Kürqaraqaşlı kənd ərazisində yerləşən 0,12 ha torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş 2x2 metr ölçüdə 4 kvm şanbu onun vəsaiti hesabına doldurulsun. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat cavabdeh X8 və Cavabdeh müştərək qaydada alınıb İddiaçı verilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul cavabdeh X8 və Cavabdeh müştərək qaydada alınaraq X10 Xəzinədarlığı Agentliyinin 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar