Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-670/2024 06.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxx 1951-ci il tarixdə Salyan rayonu, Noxudlu kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1951-ci il tarixdə Salyan rayonun, Noxudlu kəndində ev şəraitində doğulmuşdur. Valideynlərinin səhlənkarlıqları nəticəsində doğumunu müvafiq icra hakimiyyəti orqanında qeydə alınmamışdır. Ailə həyatı quranadək Salyan rayonu, Noxudlu kəndində yaşamışdır. O doğumun qeydə alınması üçün Maraqlı şəxsnə müraciət etmişdir. X19 18 yanvar 2024-cü il tarixli məktubu ilə müraciətinə cavab olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarına əsasən yetkinlik yaşına çatmış şəxsin doğumu, məhkəmə qətnaməsi əsasında dövlət qeydiyyatına alınır. Ona doğum faktının müəyyən edilməsindən ötrü məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Onun doğumunun qeydə alınması, doğum haqqında şəhadətnamənin və valideynlərindən miras qalmış torpağın rəsmiləşdirilməsi lazımdır. Ona görə də, onun xx xxxxxx 1951-ci il tarixdə Salyan rayonu, Noxudlu kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 09 aprel 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xüsusi icraat qaydasında ərizəsinin yekun hissəsinin dəyişdirilərək xx.xx.1951-ci il tarixində Salyan rayonu, Noxudlu kəndində doğulması, atasının X13 - milliyəti azərbaycanlı, anasının isə X16 - milliyəti azərbaycanlı kimi qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək bildirmişdir ki, evlidir, beş övladı var. Ailədə iki qardaş bir bacı olmuşlar, lakin qardaşı X17 vəfat etdiyindən hazırda bir bacı, bir qardaş qalmışlar. X17 1948-ci ildə anad olmuş, 2020-ci ildə vəfat etmişdir. X16 anasıdır. X2 onun anası olması faktı heç bir sənəddə görünmür. Eyni zamanda göstərmişdir ki, savadı yoxdur, orta məktəbdə oxumamışdır. SSRİ dövründə pasport almışdır. Pasportunda doğum tarixi qeyd olunduğu üçün, pasportu təhvil verib yeni şəxsiyyət vəsiqəsi alanda doğum tarixi göstərilmişdir. Ərizənin müdafiə edərək, təmin olunmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, xx.xx.1939cu il tarixdə Salyan rayonu, Noxudlu kəndində anadan olmuşdur. Noxudlu kəndində yaşayır. Ərizəçinin atası Kazım ilə birlikdə işləmiş və qonşu olmuşlar. Kazımın ailə üzvləri ilə yaxın münasibətləri olmuşdur. Ərizəçinin doğulduğu tarixi xx.xx.1951-ci il olaraq bilir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirmişdir ki, xx.xx.1037ci ildə Salyan rayonu, Noxudlu kəndində anadan olmuşdur. Fatma kəndçisidir. Kazım kişinin qızıdır. Ərizəçinin 1951-ci ilin yanvar ayında doğulduğunu bilir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-463, Kod 80903005 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, X13, X22, X11, X24, X23 və X14 Salyan rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyul tarixli, 09 saylı qərarı ilə 2.01 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə torpaq sahəsi verilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 18 yanvar 2024cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X3 dövlət qeydiyyatı Qaydası”nın 9.13. bəndinə uyğun olaraq şöbənin arxivində saxlanılan vətəndaşlıq vəziyyətinin 1948- 1954-cü illərə aid Maraqlı şəxs və Arbatan kənd İnzibati Ərazi Nümayəndəliyi üzrə ilkin, 1959-1969-cu illərə aid Maraqlı şəxs üzrə bərpa akt qeydləri yoxlanılmış, lakin Ağaşova (Novruzova) Fatma Kazım qızına münasibətdə tərtib edilmiş doğum haqqında akt qeydi aşkar olunmamışdır. Bununla əlaqədar həmin təlimatın 9.5-ci bəndinə əsasən ərizəsi icra olunmasından ötrü X3 Reyestri xidmətinə göndərilmiş və həmin qurumun cavab məktubunda, Ağaşova (Novruzova) Fatma Kazım qızının doğumu haqqında akt qeydinin 1948-1954-cü illər Maraqlı şəxs və Arbatan kənd İƏN-i üzrə ilkin, 1959-1969-cu illər bərpa akt qeydləri üzrə xidmətin arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” X1 Sistemində aşkar olunmadığı bildirilmişdir. Doğum barədə müvafiq qeydin olmasını təsdiq edən sənədlər olmadığından bu halda həmin fakt məhkəmə qaydasında müəyyən edildikdən sonra bərpa oluna bilər. İş materiallarında olan Salyan rayon Arbatan kənd soveti tərəfindən verilmiş xx.xx.1968-ci il tarixli X4 ksero surətindən görünür ki, X7 ilə X15 14 avqust 1968-ci il tarixdə nikaha daxil olmuşlar, nikah bağlandıqdan sonra arvada Ağaşova soyadı verilmişdir. İş materiallarında olan Salyan rayon Arbatan kənd soveti tərəfindən verilmiş xx.xx.1960-cı il tarixli X4 ksero surətindən görünür ki, X13 ilə X16 16 iyun 1960-cı il tarixdə nikaha daxil olmuşlar, nikah bağlandıqdan sonra arvada Novruzova soyadı verilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 09 dekabr 2022-ci il tarixli, 927 nömrəli arayışın ksero surətindən görünür ki, X13 15 aprel 2004-cü ildə ölmüşdür. Ölüm haqqında 18 aprel 2004-cü ildə 21 №-li akt qeydi tərtib olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi xx xxxxxx 1951-ci il tarixdə Salyan rayonu, Noxudlu kəndində X13 ilə X9 birgə nikahından doğulmuşdur. X13 15 aprel 2004-cü ildə ölmüşdür. X15 ilə X7 14 avqust 1968-ci il tarixdə birgə nikaha daxil olmuşlar, nikah bağlandıqdan sonra arvada Ağaşova soyadı verilmişdir. X6madığından Maraqlı şəxsnə müraciət etmiş, oradan da imtina məktubu verilmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.3-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Belə ki, MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ərizəçi doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, xx xxxxxx 1951-ci il tarixdə Salyan rayonu, Noxudlu kəndində doğulması faktının müəyyən edilməsi digər materiallar ilə sübuta yetirildiyindən təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, xx xxxxxx 1951-ci il tarixdə anadan olmuş Ərizəçi doğumunun Salyan rayonu, Noxudlu kəndində qeydə alınması faktı müəyyən edilməlidir. xx xxxxxx 1951-ci il təvəllüdlü Ərizəçi doğum haqqında akt qeydində - doğulduğu yer “Salyan rayonu, Noxudlu kəndi”, doğum tarixi xx.xx.1951-ci il, adı “Fatma”, ata adı “Kazım”, soyadı “Novruzova” - miliyyəti azərbaycanlı, valideynləri haqqında qeyddə atası qrafasında “X13” - milliyyəti azərbaycanlı, anası qrafasında “X16” kimi qeyd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1951-ci il tarixdə Salyan rayonu, Noxudlu kəndində anadan olması, miliyyəti azərbaycanlı, atasının X13 - milliyyəti azərbaycanlı, anasının X16 - milliyyəti azərbaycanlı olması faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-670/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-670/2024
06.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver