Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-68/2023 06.03.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X6 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı iştirakı ilə özgənin qanunsuz sahibliyindən torpaq sahəsinin geri tələb olunmasına dair mülki işə açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Salyan rayonunun 2 Varlı kəndində yerləşən ona məxsus Cavabdeh1 tərəfindən 0,50 sot, Cavabdeh2 tərəfindən ona məxsus 0,20 sot torpaq sahəsinin onların qanunsuz sahibliyindən geri alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı bildirmişdir ki, Salyan rayon Aqrar İslahat Komissiyasının 2001-ci il 11 avqust tarixli, 03 saylı qərarı ilə Salyan rayonu, 2 Varlı kəndində ona və ailə üzvlərinə məxsus 1,88 ha pay torpaq sahəsi verilmişdir. Həmin vaxtdan da torpaq sahəsini əkib becərmiş,10 il bundan əvvəl torpağı ölçülərkən əksik çıxmışdır. Daha sonra bu məsələni araşdırmaq üçün Salyan rayon Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edərək, torpaq sahəsinin konturlarını ölçməyi xahiş edtmişdir.Kənd bələdiyyəsinin və kənd ərazi nümayəndələrinin iştirakı ilə Salyan rayon Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin əməkdaşları yeri ölçərək sahənin konturlarını çıxarmışlar. Salyan rayon Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin əməkdaşı 0, 50 sot torpağın qonşu sahənin sahibi Cavabdeh1 tərəfindən, 0,20 sot torpağın qonşu sahənin sahibi Cavabdeh2 tərəfindən zəbt olunduğunu bildirmişdi. Dəfələrlə cavabdehlərə torpaq sahəsinin geri qaytarılması barədə xəbərdarlıq etsə də, onlar torpaq sahəsindən çıxmamışlar. Özünə məxsus Cavabdeh1 tərəfindən 0,50 sot, Cavabdeh2 tərəfindən 0,20 sot zəbt olunmuş torpaq sahəsini geri qytarılması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatandırılmış cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehn iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş JN-0031 KOD 80904027 torpağın mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Salyan rayonu 2 Varlı kənd sakini İddiaçı və X2 adına Salyan rayonu Aqrar islahatı komissiyasının 11 avqust 2001-ci il tarixli, 03 saylı qərarı ilə 1,88 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə əkin sahəsi verilmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX «Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri» publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, X3 Uçotu Sisteminə (TEKUS) əsasən İddiaçı məxsus Salyan rayonu 2 Varlı kəndində yerləşən 0.977798 ha torpaq sahəsinin miqdarı hal-hazırda 0.75423 ha təşkil edir. İddiaçı məxsus 0.75423 ha torpaq sahəsi ilə qonşusu olan Cavabdeh1 torpaq sahələri toqquşmur və aralarından suvarma arxı keçir. Lakin İddiaçı iddiasına görə ona məxsus torpaq sahəsindən qonşusu Cavabdeh1 tərəfindən bütövlüklə istifadə edilir. Mübahisə predmeti olan 0.75423 ha torpaq sahəsi hal-hazırda üzümlük bağı salınaraq istifadə edilir. Məhkəmədə elan olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2022-ci il tarixli, 10/7999 nömrəli ekspert rəyindən görünür ki, X3 Uçotu sisteminə (Tekus) əsasən İddiaçı məxsus Salyan rayonu 2 Varlı kəndində yerləşən 0,977798 ha torpaq sahəsinin miqdarı hal-hazırda 0.75423 ha təşkil edir. İddiaçı məxsus 0.75423 ha torpaq sahəsi il qonşusu olan Cavabdeh1 torpaq sahələri toqquşmur və aralarından suvarma arxı keçir. Lakin İddiaçı iddiasına görə ona məxsus torpaq sahəsindən qonşusu Cavabdeh1 tərəfindən bütövlüklə istifadə edilir. Mübahisə predmeti olan 0.75423 ha torpaq sahəsi halhazırda üzümlük bağı salınaraq istifadə edilir. Məhkəmə iddiaçı tərəfi dinləyib işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, hər iki cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt edərək qanunsuz istifadə edir və nəticədə iddiaçının mülkiyyət hüququnu pozur. Qeyd edilənələrə əsasən məhkəmə belə hesab edir ki, cavabdehlərin hərəkətləri qanunsuz olduğundan onlar iddiaçıya məxsus olan torpaq sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinəəsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinəəsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və Əsas X1 Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinəəsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuşşərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının vəƏsas X1» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və«əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının vəƏsas X1 Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və«əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddəüzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunmasıüçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratınıöz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinəəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinəəəsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinəəsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticəçıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticəçıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinəəsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasibə olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mütəxəssi rəyinin verilməsinə dair çəkilən xərclər 95 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı Əliheydə oğluna verilməlidir. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq X4 Xəzinədarlığı Agentliyinin 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Salyan rayonu, İkinci Varlı kəndində yerləşən İddiaçı torpağa mülkiyyət hüququna dar dövlət aktına əsasən mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmuş 0,50 ha hissəsi Cavabdeh1 və 0,20 ha hissəsi Cavabdeh2 qanunsuz sahiliyindən geri alınaraq İddiaçı sahibliyinə qaytarılsın. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı verilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq X4 Xəzinədarlığı Agentliyinin 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-68/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-68/2023
06.03.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver