Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-689/2025 14.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs Salyan Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisi cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən ediməsi” barədə ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi (bundan sonra - ərizəçi) Maraqlı şəxs Salyan Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisi cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən ediməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1954-cü il tarixdə doğulmuş əri X16, xx.xx.1954-cü il tarixli, ИЖ № 244229 serialı X11 ata qrafasında göstərilmiş - X17 və AZ-İ № 517428 serialı xx.xx.2012-ci il tarixli Ölüm Haqqında X3 kimi göstərilən şəxsin həqiqətən X16 atası olması qohumluq faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2-da qeydiyyatda olmaqla yaşayır. xx.xx.1954-cü il tarixdə doğulmuş X26 ilə nikahlarını xx.xx.1982-ci il tarixdə Salyan rayon VVAQ şöbəsində 142 nömrəli nikah akt qeydi ilə rəsmi qeydə aldıraraq ailə qurmuşlar. Onların birgə nikahlarından üç nəfər övladları doğulmuşdur. X26 xx.xx.1954-cü il tarixdə atası - X34 (X10) ilə anası Babayeva (Ağalarova) Səriyyə İslam qızının xx.xx.1942-ci il tarixdə 90 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş birə nikahlarından doğulmuşdur. Ərinin atası, onun qaynatası - X34 (X10) xx.xx.1988-ci il tarixdə Salyan şəhərində vəfat etmişdir. Qaynanası - X23 xx.xx.2011-ci ildə Salyan şəhərində vəfat etmişdir. X14 isə xx.xx.2024-cü il tarixdə Salyan şəhərində vəfat etmişdir. Hər üçü də Salyan şəhər qəbristanlığında (ailə üzvləri ilə yanaşı dəfn edilmişlər). Əlavə olaraq bildirir ki, onun ərinin atası Salyan rayonunda seyid nəsili kimi tanındığı üçün atası “Kamil” el arasında “Mirkamil” kimi tanınmışdır. xx.xx.2024-cü il tarixdə Salyan şəhərində vəfat etmiş mərhum əri X12 onun xx.xx.1982-ci il tarixdə gəlin köçərək yaşadığı Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2012-ci il tarix olan, Seria MA №0347489 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında ərinin xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda, 0,025 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, yaşayış sahəsi 47.4 kv.m, yardımçı sahəsi 125. km və ümumi sahəsi 172.2 km fərdi yaşayış evi miras qalmışdır. Onun mərhum əri X12 miras qalmış Seria MA № ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda, 0,025 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, yaşayış sahəsi 47.4 kv.m, yardımçı sahəsi 125. Kv.m və ümumi sahəsi 172.2 kv.m fərdi yaşayış evinə miras qalmış əmlaka dair X33 şəhadətnaməsi verilməsi üçün xx.xx.2024-cü il tarixdə Salyan Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinin xüsusi notariusu X36 müraciət etmişdir. Salyan Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinin xüsusi notariusu X45 1598 g nömrəli, xx.xx.2024-cü il tarixli məktubla cavab verərək bildirmişdir ki, - “Sizin xx.xx.2024-cü il tarixdə Salyan Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinə daxil olmuş ərizənizə cavab olaraq bildirilir ki, xx.xx.2024-cü ildə vəfat etmş əriniz X12 miras qalan əmlaka dair X33 şəhadətnamənin verilməsi ilə bağlı etdiyiniz müraciətinizə cavab olaraq bildirilir ki, sənədlərə baxış keçirilərkən mərhum X16 X11 ata qrafasında soyadı - Ağalarov, ata - Kamil, ata adı - Məmmədbala kimi göstərilmiş, lakin onun ölüm haqqında şəhadətnaməsində - soyadı - Ağalarov, adı-Mirkamil, ata adı - Mirməmməd kimi göstərilmişdir və sənədlərdə uyğunsuzluq aşkar edilmişdir. (Qohumluq münasibətlərini təsdiq edən sənədlərdə). Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəməyə müraciət etməyiniz xahiş olunur”. Müraciəti əsasında Salyan Regional “ASAN xidmət” Mərkəzi vasitəsi ilə X38 filialının xx.xx.2024-cü il tarixli, №3-48 DA/9F-2-686/2024 nömrəli arayışına əsasən məlum olmuşdur ki, X38 filialında mühafizə olunan Salyan rayon Qeydiyyat şöbəsinin arxiv sənədlərində, o cümlədən 1942-1943-cü illərə aid evlənmə aktının xx.xx.1942-ci il tarixdə 90 nömrəli akt qeydində əri X16 atası - X34 ilə anası Babayeva (Ağalarova) Səriyyə İslam qızının nikahlarının bağlanması qeyd olunmuşdur. Göstərilənlərə əsasən xx.xx.1954-cü il tarixdə doğulmuş əri X16, xx.xx.1954-cü il tarixli, ИЖ № 244229 serialı X11 ata qrafasında göstərilmiş - X17 və AZ-İ № 517428 serialı xx.xx.2012-ci il tarixli ölüm haqqında X3 kimi göstərilən şəxsin həqiqətən X16 atası olması - qohumluq faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Salyan Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinin xüsusi notariusu X18 məlumat verilmiş, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin, məhkəməyə məktub ünvanlayaraq məhkəmə prosesinin onların iştirakı olmadan keçirilməsini və işə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.6-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Ərizəçinin rəyini nəzərə alaraq, məhkəmə mülki işə maraqlı şəxs Salyan Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinin xüsusi notariusu və ya səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Ərizəçi əri X26 xx.xx.2024-cü il tarixdə vəfat etdiyindən və Ərizəçi mərhum əri X16 arvadı kimi birinci növbəli qanun üzrə vərəsəsi olduğundan, onun hazırkı ərizə ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ vardır. İş materiallarına ərizəçinin müvafiq faktı təsdiq edən sənədləri əldə etməsinin mümkünsüzlüyün təsdiq edən materiallar (sorğuya cavab məktubu, arxiv çıxarışı və s.) əlavə edilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, qüvvədə olan mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Salyan rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1982-ci il tarixli, İİ-ЖГ № 494888 saylı nikahın bağlanması haqqında şəhadətnamənin ksero surətindən görünür ki, X26 ilə X19 xx.xx.1982-ci il tarixdə nikaha daxil olmuş, qadın nikaha daxil olarkən “Ağalarova” soyadını qəbul etmişdir. İş materiallarında olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə Salyan şəhərində anadan olmuşdur. İş materiallarında olan ИЖ № 244229 saylı X21 ksero surətlərindən görünür ki, X17 ilə X13 birgə nikahlarından xx.xx.1954-cü il tarixdə X27 doğulmuşdur. İş materiallarında olan X7 ksero surətlərindən görünür ki, X26 ilə X8 birgə nikahlarından xx.xx.1984-cü il tarixdə X28, xx.xx.1987-ci il tarixdə X29 və xx.xx.1988-ci il tarixdə X30 doğulmuşdur. İş materiallarında olan Ölüm Haqqında AZ-İİ № 434974 seriyalı, xx.xx.2024-cü il tarixli Şəhadətnamənin ksero surətindən görünür ki, X26 xx.xx.2024-cü ildə Salyan şəhərində ölmüşdür. İş materiallarında olan Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2012-ci il tarix olan, Seria MA № ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda, 0,025 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, yaşayış sahəsi 47.4 kv.m, yardımçı sahəsi 125 kv.m və ümumi sahəsi 172.2 kv.m fərdi yaşayış evi X16 xüsusi mülkiyyətində. İş materiallarında olan Salyan Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinin xüsusi notariusu X35 1598g nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi ərindən miras qalmış əmlaka dair X33 Şəhadətnamə verilməsi üçün xx.xx.2024-cü il tarixdə Salyan Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinin xüsusi notariusu X36 müraciət etmişdir. Cavab olaraq bildirmişdir: “xx.xx.2024-cü ildə vəfat etmş əriniz X12 miras qalan əmlaka dair X33 şəhadətnamənin verilməsi ilə bağlı etdiyiniz müraciətinizə cavab olaraq bildirilir ki, sənədlərə baxış keçirilərkən mərhum X16 X11 ata qrafasında soyadı - Ağalarov, ata - Kamil, ata adı - Məmmədbala kimi göstərilmiş, lakin onun ölüm haqqında şəhadətnaməsində - soyadı - Ağalarov, adı-Mirkamil, ata adı- Mirməmməd kimi göstərilmişdir və sənədlərdə uyğunsuzluq aşkar edilmişdir. (Qohumluq münasibətlərini təsdiq edən sənədlərdə). Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəməyə müraciət etməyiniz xahiş olunur”. İş materiallarında olan Ölüm Haqqında AZ-İ № 517428 seriyalı, xx.xx.2012-ci il tarixli Şəhadətnamənin ksero surətindən görünür ki, X10 xx.xx.1988-ci ildə Salyan şəhərində ölmüşdür. İş materiallarında olan Ölüm Haqqında AZ-İ № 480030 seriyalı, xx.xx.2011-ci il tarixli Şəhadətnamənin ksero surətindən görünür ki, X23 xx.xx.2011-ci ildə Salyan şəhərində ölmüşdür. İş materiallarında olan Salyan Regional “ASAN xidmət” Mərkəzi vasitəsi ilə X38 filialının xx.xx.2024-cü il tarixli, №3-48 DA/9F-2-686/2024 nömrəli arayışının surətindən görünür ki, X38 filialında mühafizə olunan Salyan rayon Qeydiyyat şöbəsinin arxiv sənədlərində, o cümlədən 1942-1943-cü illərə aid evlənmə aktının xx.xx.1942-ci il tarixdə 90 nömrəli akt qeydində əri X16 atası - X34 ilə anası Babayeva (Ağalarova) Səriyyə İslam qızının nikahlarının bağlanması qeyd olunmuşdur. MPM-in 106.1-ci maddəsinin tələbinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 307.2.1-ci maddəsinin tələbinə əsasən, şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsinə dair işlərə məhkəmə qaydasında baxılır. MPM-in 308-ci maddəsinin tələbinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 309.1-ci maddəsinin tələbinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçilərin yaşadığı yerin məhkəməsinə verilir. MPM-in 310-cu maddəsinin tələbinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi vəfat etmiş X16 arvadı olmuşdur. Ərizəçinin mərhum əri ünvan 2 ünvanda, 0,025 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, yaşayış sahəsi 47.4 kv.m, yardımçı sahəsi 125 kv.m və ümumi sahəsi 172.2 kv.m olan fərdi yaşayış evini miras qoymuşdur. Ərizəçi əmlaka dair X33 şəhadətnamə verilməsi ilə bağlı maraqlı şəxsə müraciət etmiş, müraciətə cavab olaraq bildirilmişdir ki, sənədlərə baxış keçirilərkən mərhum X16 X11 ata qrafasında soyadı - Ağalarov, ata - Kamil, ata adı - Məmmədbala kimi göstərilmiş, lakin onun ölüm haqqında şəhadətnaməsində - soyadı - Ağalarov, adı-Mirkamil, ata adı - Mirməmməd kimi göstərilmişdir və sənədlərdə uyğunsuzluq aşkar edilmişdir. Ərizəçi, ИЖ № 244229 saylı X15 ata qrafasındakı X17 və AZ-İ № 517428 saylı Ölüm Haqqında X2 X16 atası olmuşdur. Bu hal iş materialları ilə öz təsdiqini tapmışdır. MPM-in 311-ci maddəsinin tələbinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. 2.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. 2.2. Əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. 2.3. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını araşdırıb, tətbiq edilməli olan hüquq normalarına əsasən, onlara qiymət verib belə hesab edir ki, ИЖ № 244229 saylı X21 ata qrafasındakı X17 və AZ-İ № 517428 saylı Ölüm Haqqında X2 X16 atası olmuşdur. Şərh olunanlara əsasən, MPM-in 216-220, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. ИЖ seriyalı № 244229 saylı X21 ata qrafasındakı X17 və AZ-İ № 517428 saylı Ölüm Haqqında X1 X16 qohumu - atası olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-689/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-689/2025
14.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver