Məhkəmə qərarları › İş №2(057)-72/2023

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-72/2023

03.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-72/2023 03.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi İddiaçılar X2, İddiaçı2 Safdar qızı və İddiaçı4 oğlunun, Cavabdeh oğlunun iştirakları ilə İddiaçılar X1, İddiaçı2 Safdar qızının, İddiaçı3 oğlunun və İddiaçı4 oğlunun Cavabdeh oğluna qarşı miras əmlakın qəbul edilməsi faktının, miras əmlakda payların naturada müəyyən edilməsi və ayrılması tələbinə dair iddia ərizəsinə Salyan Rayon Məhkəməsi binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar X1, İddiaçı2 Safdar qızının, İddiaçı3 oğlunun və İddiaçı4 oğlunun Cavabdeh oğluna qarşı miras əmlakın qəbul edilməsi faktının, miras əmlakda payların naturada müəyyən edilməsi və ayrılması tələbinə faktının, miras əmlakda payların naturada müəyyən edilməsi və ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etimişlər. Salyan Rayon Məhkəməsinin qərardadı ilə məhkəmə-texniki ekspertizası təyin edilərək iş materialları rəy verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Ərazi İdarəsinə həvalə edilmişdir. Məhkəmənin həmin tarixli qərardadı ilə müvafiq rəy verilənə kimi mülki işin icraatı dayandırılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə mütəxəssis rəyi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli,2(057)-72/2023 saylı qərardadı ilə mülki işin icraatı təzələnərək, işə məhkəmə iclasında baxılması xx.xx.2023-cü il tarixə, saat 15:00 Salyan Rayon Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Məhkəmə baxışı iclasında iş üzrə iddiaçılar X2, İddiaçı2 Safdar qızı və İddiaçı4 oğlu məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclasında iş üzrə Cavabdeh oğlu mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən ərizə baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 114, 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçılar X2, İddiaçı2 Safdar qızı, İddiaçı3 oğlu və İddiaçı4 oğlunun Cavabdeh oğluna qarşı miras əmlakın qəbul edilməsi faktının, miras əmlakda payların naturada müəyyən edilməsi və ayrılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və sənədlər qaytarılsın. İddiaçı X2 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Dövlət büdcəsi (Maliyyə Nazirliyinin Salyan Rayonu üzrə Maliyyə Şöbəsi) tərəfindən qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. SƏDRLİK EDƏN HAKİM Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar