Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-73/2023 13.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X8 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə özgənin qanunsuz sahibliyindən torpaq sahəsinin geri tələb olunmasına dair mülki işə açıq məhkəmə baxış iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Salyan rayonunun Qızılağac kənd sakini Cavabdeh qanunsuz olaraq zəbt etdiyi ona məxsus 0,49 ha torpaq sahəsinin geri alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı bildirmişdir ki, Mərhum anası X7 hələ sağlığında 27 noyabr 1996-cı il tarixli Aqrar İslahat komissiyasının qərarına əsasən 0,49 ha pay torpaq sahəsi verilmişdir. Anası vəfat etdikdən sonra vərəsə kimi həmin torpaq sahəsini öz adına rəsmiləşdirmiş və xx.xx.2019-cu ildə DƏDRX-dən çıxarış almışdır. Həmin torpaq sahəsi onun rəsmi mülkiyyətindədir. Qonşu torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh torpaq sahəsindən dəqiq istifadə edib-etməməsi barədə məlumatı yoxdur. Dəfələrlə cavabdehə torpaq sahəsinin geri qaytarılması barədə xəbərdarlıq etsə də, o torpaq sahəsinin olmadığını bildirmişdir. Torpağı tələb edir. Ona görə də cavabdehin onun mülkiyyətində olan torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh bildirmişdir ki, heç bir torpaq sahəsini zəbt etməmişdir. Mülkiyyətində 3,71 hektar torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsi sənədlə ona verilmişdir. Torpağı sürüşdürdükləri üçün iddiaçı Paşanın torpağı yerinə düşmüş, özünün torpaq sahəsi də qonşunun torpağına düşmüşdür. İddianı qəbul etmir. Məhkəmədə elan olunmuş JN-248 KOD 80907018 torpağın mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Salyan rayonu Qızılağac kənd sakini X5 adına Salyan rayonu Aqrar islahatı komissiyasının 27 noyabr 1996-cı il tarixli, 11 saylı qərarı ilə 0.49 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə suvarılan əkin sahəsi verilmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu ildə ********** nömrə ilə qeydə alınmış çıxarışdan görünür ki, Salyan rayonu, Qızılağac kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,4947 ha torpaq sahəsi sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Məhkəmədə elan olunmuş JN-461 KOD 80907018 torpağın mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Cavabdeh, X11, X9, X10 və X2 ümumi mülkiyyətlərində olan Salyan Rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1996-cı il tarixli, 11 saylı qərarı əsasında Salyan rayonu, Qızılağac kəndində yerləşən 3.36 ha torpaq sahəsi olmuşdur. Məhkəmədə elan olunmuş JN-460 KOD 80907018 torpağın mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Salyan rayonu Qızılağac kənd sakini X3 adına Salyan rayonu Aqrar islahatı komissiyasının 27 noyabr 1996-cı il tarixli, 11 saylı qərarı ilə 0.35 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə suvarılan əkin sahəsi verilmişdir. Məhkəmədə elan olunmuş Salyan Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(057)-335/2022 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı özgənin qanunsuz sahibliyindən torpaq sahəsinin qaytarılması tələbinə dair mülki iş üzrə torpaqşünaslıq ekspertizasının təyin olunması qərara alınmışdır. Məhkəmədə elan olunmuş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 13 saylı Şirvan Ərazi idarəsinin hesabına 120 manat pul köçürmüşdür. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX «Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri» publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı JN-248 nömrəli Dövlət Aktı ilə reyestr nömrəsi **********53 olan çıxarışa əsasən mülkiyyətində olan və iddia etdiyi 0.49 ha torpaq sahəsi, Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsinin hüdudları daxilində yerləşir. Torpaqların elektron kadastr uçotu məlumat bazasına əsasən, JN-461, KOD 80907018 saylı Dövlət aktı ilə Cavabdeh və ailə üzvlərinə verilmiş 3.36 ha pay torpaq sahəsi ilə İddiaçı JN-248 nömrəli Dövlət aktı ilə reyestr nömrəsi **********53 olan çıxarışa əsasən mülkiyyətində olan 0.49 ha pay torpaq sahələri qonşu torpaq sahələridir və üst-üstə düşmürlər. Məhkəmədə elan olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2022-ci il tarixli, 10/5948 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı JN-248 nömrəli Dövlət Aktı ilə reyestr nömrəsi **********53 olan çıxarışa əsasən mülkiyyətində olan və iddia etdiyi 0.49 ha torpaq sahəsi, Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsinin hüdudları daxilində yerləşir. Torpaqların elektron kadastr uçotu məlumat bazasına əsasən, JN-461, KOD 80907018 saylı Dövlət aktı ilə Cavabdeh və ailə üzvlərinə verilmiş 3.36 ha pay torpaq sahəsi ilə İddiaçı JN-248 nömrəli Dövlət aktı ilə reyestr nömrəsi **********53 olan çıxarışa əsasən mülkiyyətində olan 0.49 ha pay torpaq sahələri qonşu torpaq sahələridir və üst-üstə düşmürlər Məhkəmə hər iki tərəfi dinləyib işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh iddiaçının mülkiyyətində olan 0,49 ha torpaq sahəsini zəbt edərək qanunsuz istifadə edir və nəticədə iddiaçının mülkiyyət hüququnu pozur. Qeyd edilənələrə əsasən məhkəmə belə hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz olduğundan o, iddiaçıya məxsus olan torpaq sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinəəsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinəəsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və Əsas X1 Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinəəsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuşşərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının vəƏsas X1» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və«əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının vəƏsas X1 Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və«əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddəüzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunmasıüçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratınıöz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinəəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinəəəsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinəəsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticəçıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticəçıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinəəsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasibə olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mütəxəssi rəyinin verilməsinə dair çəkilən xərclər 120 manat pul Cavabdeh alınıb İddiaçı verilməlidir. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Cavabdeh alınaraq X4 Xəzinədarlığı Agentliyinin 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Salyan rayonu, Qızılağac kəndində yerləşən 0,4947 ha torpaq sahəsi Cavabdeh alınıb İddiaçı oğluna verilsin. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 120 manat Cavabdeh alınıb İddiaçı verilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Cavabdeh alınaraq X4 Xəzinədarlığı Agentliyinin 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-73/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-73/2023
13.02.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver