Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-77/2023 21.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X7 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, iddiaçı Azəbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissənin nümayəndəsi X6, Cavabdeh, vəkili X2 iştirakları ilə torpaq sahəsində çıxarma və boşaldılması, özgənin qanunsuz sahibliyindən torpaq sahəsinin geri tələb olunması və icarə müqaviləsinin ləğv olunması tələbi barədə mülki işə açıq məhkəmə baxış iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azəbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissənin Salyan Rayon Məhkəməsinə verdiyi iddia ərizəsində Salyan rayonu Çuxanlı kənd sakini vətəndaş Cavabdeh qanunsuz olaraq yerləşdiyi və zəbt etdiyi Salyan rayonu Çuxanlı 2-ci hərbi şəhərciyinin 35,74 hektar ərazisindən çıxarılması, mal-qarasının həmin ərazidən götürülməsi və torpaq sahəsinin hərbi hissəyə geri qaytarılması, Salyan rayon İcra Hakimiyyəti Baçşısının xx.xx.2006-cı il tarixli 99 saylı sərəncamına və xx.xx.20006-cı il tarixli 278 saylı icra müqaviləsinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən Azəbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissənin nümayəndəsi X6 bildirmişdir ki, Salyan rayonu Çuxanlı kəndi ərazisində yerləşən hərbi hissənin torpaq sahəsinin N ha hissəsini Cavabdeh zəbt etmiş və həmin ərazidə mal qara salxayır. Hərbi hissə 20N4-cü ildə yaradılmışdır. Əgər müqavilədə qeyd olunan torpaq sahəsi hərbi hissənin ərazisinə düşürsə müqavilənin ləğv olunmasını və mal qaranın həmin ərazidən çıxarılaraq, torpaq sahəsinin hərbi hissəyə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Faktiki olaraq cavabdeh hərbi hissənin N ha torpaq sahəsindən istifadə edir, onun qeyd olunan torpaqdan çıxarılmasını tələb edir, cavabdehə qarşı başqa bir tələbi yoxdur. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh bildirmişdir ki, N997-ci ildə 30 ha torpaq sahəsi icra hakimiyyəti tərəfindən atasına icarəyə verilmiş, atası 2000-ci ildə vəfat etmiş, sonradan torpaq sahəsi öz adına sərəncamla sənədləşdirilmişdir.Həmin torpaq sahəsinin hərbi hissəyə aid olub olmadığını bilmir. Hərbi hissənin ərazisinə düşən torpaq sahəsindən çıxmağa heç bir etirazı yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili X4 bildirmişdir ki, iddia əsassızdır, hərbi hissənin tələb etdiyi torpaq sahəsi cavabdehdə deyil, Elburus Orucovun istifadəsindədir. Hərbi hissənin iddianı qaldırmağa sübyektiv hüququ yoxdur. Mütəxəssis rəyi ilə razılaşmır, həmin sənədin sübut kimi qəbul olunması doğru deyildir.Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə elan olunmuş xx.xx.202N-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Salyan rayonu X8 İcraiyyə Komitəsinin xx.xx.N982-ci il tarixli N7 nömrəli qərarına əsasən Salyan rayonu Çuxanlı kənd ərazisində yerləşən torpaq sahəsinə hərbi məqsədlər üçün ayrılmış 742 ha torpaq sahəsinin yerində baxış keçirilmiş və baxış zamanı naturada əldə edilmiş koordinatlar elektron kadastr baza məlumatları ilə üzləşdirilərək torpaq sahəsinin 735.46 ha-dan ibarət olması müəyyənləşdirilmişdir. Salyan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 99 saylı sərəncamına və xx.xx.2006-cı il tarixli 278 saylı icarə müqaviləsinə əsasən Cavabdeh N5 il müddətinə icarəyə verilmiş 30 ha torpaq sahəsi hərbi məqsədlər üçün ayrılmış 735.46 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. xx.xx.202N-ci il tarixli N saylı N nömrəli hərbi hissənin komandiri vəzifəsini icra edən Yasin Səmədov tərəfindən Cavabdeh ünvanlanmış məktubdan görünür ki, cavabdehdən torpaq sahəsinin boşaldılması və hərbi hissəyə təhvil verilməsi xahiş olunmuşdur. xx.xx.2006-cı il tarixli 99 saylı Salyan rayon icra hakimiyyəti başçısının sərəncamından çıxarışdan görünür ki, Çuxanlı kənd sakini Cavabdeh rayonun Çuxanlı Dövlət fondu torpağından qoyunçuluğu inkişaf etdirmək məqsədi ilə 30 ha torpaq sahəsi icarəyə ayrılmışdır. xx.xx.2002-ci il tarixli JN-2N48 KOD 809N2005 saylı şəhadətnamədəm görünür ki, 2N oktyabr N997-ci il tarixli 352-c saylı sərəncama və 30 yanvar 200N-ci il tarixli 44 saylı icarə müqaviləsinə əsasən 30 ha torpaq sahəsi N2 il müddətinə X5 verilmişdir. xx.xx.2006-cı il tarixli 278 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Cavabdeh 30 hektar torpaq sahəsi N5 il müddətinə icarəyə verilmişdir. xx.xx.2022-ci il tarixli **********77 saylı "xxxx" MMC-nin məktubundan görünür ki, ********** saylı xidməti tapşırığa əsasən, Salyan Rayon Məhkəməsinin icraatında olan xx.xx.2022-ci il tarixli, 2(057)-N9N5/202N saylı iş üzrə mübahisəli torpaq sahəsinə Torpaq- Kadastr baza nəlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında mütəxəssis rəyinin verilməsi və yerquruluşu planının tərtib edilməsinə dair smetası üçün 40N manat ödənilmişdir. xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Çuxanlı-2 Hərbi Şəhərciyinin istifadəsində olduğu iddia olunan Salyan rayonu Çuxanlı kənd sakini Cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən Dövlət Fondu torpağı olmaqla, hərbi hissəyə aid xüsusi torpaq sahəsidir. İddia olunan ərazidə Cavabdeh tərəfindən istifadə olunan torpaq sahəsi N hektardır. Məhkəmə hər iki tərəfi dinləyib işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh hərbi hissənin istifadə etdiyi torpaq sahəsinin N hektar hissəsindən istifadə edir, bunu iddiaçının nümayəndəsi, cavabdeh özü də təsdiq etmiş və mütəxəssis rəyi ilə də bir daha sübut olunmuşdur. İddiaçı cavabdehdən həmin hissəni boşaldılmasını, başqa bir tələbi olmadığını bildirmişdir. Cavabdeh də öz növbəsində hərbi hisəyə aid olan N hektar torpaq sahəsindən çıxmasına etiraz etməmişdir. İddiaçının Salyan rayon İcra Hakimiyyəti Baçşısının xx.xx.2006-cı il tarixli 99 saylı sərəncamı və xx.xx.20006-cı il tarixli 278 saylı icra müqaviləsinin ləğv olunması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin tələb üzrə tərəf olmamış, müqavilənin onun hüquqlarına heç bir təsiri olmamışdır. Ona görə də hərbi hissənin qeyd olunan sənədlərin ləğv olunması barədə iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının N3-cü maddəsinəəsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin N7-ci maddəsinəəsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və Əsas XN Konvesiyanın N saylı Protokolunun N-ci maddəsinəəsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuşşərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin N52.N.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının və Əsas XN» Avropa Konvensiyasının N saylı protokolunun N-ci maddəsinin mənası baxımından «mülkiyyət» və«əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının vəƏsas XN Konvensiyanın (Avropa Konvensiyası) N saylı protokolunun N-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. N saylı protokolun N-ci maddəsinin mənası baxımından «mülkiyyət» və«əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddəüzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunmasıüçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratınıöz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının MPM-nin N4.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.N-ci maddəsinəəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 2N7.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.N.-ci maddəsinəəəsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin N06.N-ci maddəsinəəsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticəçıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticəçıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: N) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İş üzrə məhkəmə xərci olan, mütəxəssis rəyinin verilməsi üçün ödənilən 40N manat məbləğində pul Cavabdeh alınaraq N saylı hərbi hissənin hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 2N6-220,227,233 və 357ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh zəbt etdiyi Salyan rayonu Çuxanlı kəndi ərazisində yerləşən dövlət fondu torpağı olan N saylı hərbi hissəyə aid torpaq sahəsinin N hektar hissəsindən çıxarılsın, mal qarası həmin ərazidən çıxarılsın, torpaq sahəsi hərbi hissəyə geri qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə xərci olan, mütəxəssis rəyinin verilməsi üçün ödənilən 40N manat məbləğində pul Cavabdeh alınaraq N saylı hərbi hissənin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən N (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-77/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-77/2023
21.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver