Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-786/2025 16.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, İddiaçı Salyan rayon İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh Mehtı̇ yev Şərı̇ fağa Lətı̇ f oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Mehtı̇ yev Şərı̇ fağa Lətı̇ f oğluna qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin dövlət fonduna geri qaytarılması və icarə müqaviləsinə xitam verilməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Mehtı̇ yev Şərı̇ fağa Lətı̇ f oğluna qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin dövlət fonduna geri qaytarılması və icarə müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh icarəyə götürdüyü 27,0 hektar torpaq sahəsindən çıxarılması, torpaq sahəsi həmin şəxsdən alınaraq dövlət torpaq fonduna qaytarılması, Salyan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 177-s saylı sərəncamı qüvvədən düşdüyü üçün həmin sərəncama əsasən bağlanmış xx.xx.2013-cü il tarixli, 16 saylı icarə müqaviləsinə xitam verilməklə ləğv edilməsi, həmin torpaq sahəsində əkinçilik fəaliyyəti ilə əlaqədar mövcud olan ləvazimatlar, qurğular və sair əşyalar Cavabdeh tərəfindən götürülməsi və cavabdehin icarəsinə verilmiş 27,0 hektar hektar torpaq sahəsi Cavabdeh hesabına icarəyə götürüldüyü anda mövcud olan vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Salyan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 177-s saylı sərəncamı ilə rayonun Sarvan kənd sakini Cavabdeh dövlət mülkiyyətinə məxsus 10 saylı qış-otlaq sahəsindən 27,0 hektar torpaq sahəsi qoyunçuluğun inkişafı məqsədilə icarəsinə ayrılmış, bu barədə müvafiq icarə müqaviləsi bağlanmışdır. Lakin, sonradan məlum olmuşdur ki, Cavabdeh həmin torpaq sahəsində məqsədli təyinatına uyğun olmayaraq əkin sahəsi kimi istifadə olunmaqla müxtəlif kənd təsərrüfatı məhsulları əkir. Bu səbəbdən Salyan Rayon İcra Hakimiyyəti tərəfindən icarəçiyə təyinatdan kənar istifadə hallarının dayandırılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilmiş, icarəçi yazılı izahat verərək bu halların bir daha təkrarlanmayacağı öhdəliyini götürmüşdür. Lakin aparılmış monitorinqlər nəticəsində icarəçi tərəfindən eyni halların təkrarlandığı aşkarlanmış və aidiyyəti şəxslərin iştirakı ilə bu barədə akt tərtib edilmişdir. Salyan Rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh yazılı bildiriş göndərməklə İcra hakimiyyətinə dəvət edilmiş və icarə müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyi üçün xx.xx.2013-cü il tarixli, 177-s saylı sərəncamın birtərəfli qaydada ləğv ediləcəyi barədə məlumat verilmişdir. Daha sonra isə Salyan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2025-ci il tarixli, 9-71/3-2-17/2025 saylı sərəncamı ilə Cavabdeh dövlət mülkiyyətində olan Sarvan dövlət fondu qış otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədilə icarəyə ayrılmış 27.0 hektar torpaq sahəsindən müqavilə şərtlərinə əməl olunmadan məqsədli təyinatına uyğun istifadə edilmədiyinə görə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahəsinin bütövlükdə dövlət fonduna geri qaytarılması, bununla əlaqədar Salyan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 177-s saylı sərəncamının qüvvədən düşməsi və həmin sərəncama əsasən bağlanmış xx.xx.2013-cü il tarixli, 16 saylı icarə müqaviləsinə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edilmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 bildirmişdir ki, Salyan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 177-s saylı sərəncamı ilə rayonun Sarvan kənd sakini Cavabdeh dövlət mülkiyyətinə məxsus 10 saylı qış-otlaq sahəsindən 27,0 hektar torpaq sahəsi qoyunçuluğun inkişafı məqsədilə icarəsinə ayrılmış, bu barədə müvafiq icarə müqaviləsi bağlanmışdır. Lakin sonradan məlum olmuşdur ki, Cavabdeh həmin torpaq sahəsində məqsədli təyinatına uyğun olmayaraq əkin sahəsi kimi istifadə olunmaqla müxtəlif kənd təsərrüfatı məhsulları əkir. Cavabdeh icarəyə götürdüyü 27,0 hektar torpaq sahəsindən məqsədli təyinatına uyğun istifadə etmədiyindən və bununla da, icarə müqaviləsinin şərtlərinə əməl etmədiyindən, eyni zamanda ona edilmiş xəbərdarlıqlara məhəl qoymadan həmin hərəkətlərini uzun müddət davam etdirdiyindən, bununla da, müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan Salyan Rayon İcra Hakimiyyətinin həmin icarə müqaviləsini birtərəfli qaydada ləğv etmək hüququ yaranmış və həmin hüququndan istifadə etməklə həmin şəxsin torpaq sahəsi üzərində icarə hüquqlarına xitam verilmişdir. Odur ki, Cavabdeh verilmiş torpaq sahəsini təyinatı üzrə istifadə etmədiyindən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Mehtı̇ yev Şərı̇ fağa Lətı̇ f oğlu bildirmişdir ki, Salyan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 177-s saylı sərəncamı ilə dövlət mülkiyyətinə məxsus 10 saylı qış-otlaq sahəsindən 27,0 hektar torpaq sahəsi qoyunçuluğun inkişafı məqsədilə icarəsinə ayrılmış torpaq sahəsini təyinatı üzrə istifadə etməmiş, pambıq əkmişdir. Hazırda iddianı qəbul edir və təmin olunmasına etiraz etmir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Salyan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 177-s saylı sərəncamından görünür ki, rayonun Sarvan kənd sakini Cavabdeh dövlət mülkiyyətinə məxsus 10 saylı qış-otlaq sahəsindən 27,0 hektar torpaq sahəsi qoyunçuluğun inkişafı məqsədilə icarəsinə ayrılmış, bu barədə müvafiq icarə müqaviləsi bağlanmışdır. Salyan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2025-ci il tarixli, 9-71/3-2-17/2025 saylı sərəncamından çıxarışdan görünür ki, Cavabdeh dövlət mülkiyyətində olan Sarvan dövlət fondu qış otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədilə icarəyə ayrılmış 27.0 hektar torpaq sahəsindən müqavilə şərtlərinə əməl olunmadan məqsədli təyinatına uyğun istifadə edilmədiyi üçün Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahəsinin bütövlükdə dövlət fonduna geri qaytarılması və bununla əlaqədar Salyan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 177-s saylı sərəncamının qüvvədən düşmüş hesab edilmişdir. Salyan Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən tərtib olunmuş 14 oktyabr 2024-cü il tarixli aktdan görünür ki, Salyan Rayon İcra Hakimiyyəti başçısının Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadə edilməsi vəziyyətinin öyrənilməsi məqsədi ilə komissiyanın yaradılması” ilə əlaqədar xx.xx.2024-cü il tarixli 5-71/3-2- 144/2024 saylı sərəncamın icrası ilə bağlı Sarnav dövlət fondu qış otlaq sahələrinin istifadə vəziyyətinə komissiya tərəfindən yerində nəzarəti qaydada baxış keçirilmiş və baxış zamanı Salyan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 177-s saylı sərəncamı ilə Sarvan kənd sakini Cavabdeh qoyunçuluğun inkişafı məqsədilə icarəyə ayrılan 27,0 hektar torpaq sahəsində pambıq və taxıl əkini (27,0 ha) aparıldığı və torpaq sahəsində xırda buynuzlu heyvanların saxlanılmadığı aşkar olunmuşdur. Salyan Rayon İcra Hakimiyyəti tərəfindən tərtib olunmuş 14 oktyabr 2024-cü il tarixli imtina aktından görünür ki, Cavabdeh icarəsində olan torpaq sahəsində aşkar edilmiş təyinatdankənar istifadə halları ilə bağlı tərtib edilmiş aktla icarədar tanış olmuş və aktda göstərilən nöqsanlar təsdiq olunsa da, aktı imzalamaqdan imtina etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Salyan Rayon İcra Hakimiyyətinə ünvanlanmış 15 sentyabr 2023-cü il tarixli 3-21-3/2-13530/2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında” Əsasnamənin tələblərinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan ərazi şöbəsinin mütəxəssisləri tərəfindən monitorinq aparılan zaman Salyan rayonunun 10 və 29-30-31 saylı qış otlaqlarından ayrı-ayrı şəxslərin icarələrinə ayrılan örüş təyinatlı torpaq sahələrində təyinatına uyğun olmayan başqa məsqsədlər üçün istifadə (əkin) faktları aşkar edilmişdir. Odur ki, Torpaq Məcəlləsinin 65-ci və 73-cü maddələrinin tələblərinə müvafiq olaraq Sözügedən sərəncama, eləcə də icarə müqaviləsinə səlahiyyətləriniz daxilində yenidən baxılmasını və nəticəsi barədə Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat verilməsini xahiş edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan ərazi şöbəsinin əməkdaşlar tərəfindən tərtib edilmiş 23 iyun 2023-cü il tarixli aktdan görünür ki, monitorinq zamanı Salyan rayonu 10 №-li dövlət fondu qış otlaq sahəsində yerləşən ərazidə Cavabdeh tərəfindən Salyan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 177-s saylı sərəncamı ilə heyvandarlığın inkişafı məqsədilə icarəyə ayrılan 27,0 hektar qış otlaq sahəsində pambıq və taxıl əkini aparıldığı faktı aşkar edilmişdir. Bununla da, İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnən qayda pozuntularına görə müvafiq qaydada cərimə edilməsinə, torpaq sahəsindən məqsədli təyinatına görə istifadə edilməsi ilə əlaqədar edilmiş xəbərdarlıq olunmuş və hüquq və vəzifələr izah olunmuşdur. Salyan Rayon İcra Hakimiyyətinin Salyan rayonu Sarvan kənd sakini Cavabdeh ünvanladığı 29 dekabr 2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh torpaq sahəsindən təyinatı üzrə istifadə olunmaması ilə bağlı dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq torpaq sahəsindən təyinatı üzrə istifadə edilməməsi halları davam etdirilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Salyan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 177-s saylı sərəncamı ilə rayonun Sarvan kənd sakini Cavabdeh dövlət mülkiyyətinə məxsus 10 saylı qış-otlaq sahəsindən 27,0 hektar torpaq sahəsi qoyunçuluğun inkişafı məqsədilə icarəsinə ayrılmış, bu barədə müvafiq icarə müqaviləsi bağlanmışdır. Lakin sonradan məlum olmuşdur ki, Cavabdeh həmin torpaq sahəsində məqsədli təyinatına uyğun olmayaraq əkin sahəsi kimi istifadə olunmaqla müxtəlif kənd təsərrüfatı məhsulları əkir. Bu səbəbdən Salyan Rayon İcra Hakimiyyəti tərəfindən icarəçiyə təyinatdan kənar istifadə hallarının dayandırılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilmiş, icarəçi yazılı izahat verərək bu halların bir daha təkrarlanmayacağı öhdəliyini götürmüşdür. Lakin aparılmış monitorinqlər nəticəsində icarəçi tərəfindən eyni halların təkrarlandığı aşkarlanmış və aidiyyəti şəxslərin iştirakı ilə bu barədə akt tərtib edilmişdir. Salyan Rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh yazılı bildiriş göndərməklə İcra hakimiyyətinə dəvət edilmiş və icarə müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyi üçün xx.xx.2013-cü il tarixli, 177-s saylı sərəncamın birtərəfli qaydada ləğv ediləcəyi barədə məlumat verilmişdir. İstinad edilən mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1ci hissəsinin 4-cü və 6-cı abzaslarına əsasən, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə, istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə xitam verilir. Torpaq Məcəlləsinin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Həmin Maddənin 2-ci hissəsinə əsasən, qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verilir. Həmin Maddənin 6-cı hissəsinə əsasən, torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir. Göründüyü kimi Torpaq Məcəlləsinin tələblərinə əsasən torpaq sahəsi məqsədli təyinatına uyğun istifadə edilməməsi və icarə müqaviləsinin şərtlərinə əməl edilməməsi icarə hüquqlarına xitam verilməsi üçün əsas hesab olunur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin torpaq icarəsi sahəsində yaranan münasibətləri tənzimləyən normalarının tələblərinə əsasən də, icarəçinin öz öhdəliklərini pozması icarəyəverənin icarə müqaviləsinin ləğv etmək hüququnu yaradır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 677.1.4-cü maddəsinə əsasən əgər kirayəçi kirayəyə götürdüyü əşyanı tamamilə və ya qismən müqavilə üzrə istifadəyə müəyyənləşdirilmiş müddətdə almırsa və ya əşya ondan götürülürsə və ya əhəmiyyətli dərəcədə pisləşirsə, Kirayəyə verən isə gecikdirməyə yol verirsə, kirayəçi xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. İstifadəyə əhəmiyyətsiz maneə və ya istifadədən məhrumetmə nəticəsində müqavilənin ləğvinə yalnız o halda yol verilir ki, kirayəçinin Xüsusi mənafeləri buna haqq qazandırsın. Əgər kirayəyə verən əşyanı vaxtında istifadəyə verdiyinə və ya qüsuru müəyyənləşdirilmiş müddət bitənədək aradan qaldırdığına əsaslanaraq müqavilənin ləğvinə yol verilə bilməsi barədə mübahisə edirsə, o bunları sübut etməlidir. Yaşayış otağının kirayəsi üzrə hüquq münasibətlərində müqaviləni ləğv etmək hüququnu istisna edən və ya məhdudlaşdıran razılaşmanınqüvvəsi yoxdur. Həmin Məcəllənin 685.1-ci maddəsinə əsasən əgər kirayəçi və ya onun kirayəyə ötürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyrinüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. Həmin Məcəllənin 686-cı maddəsinə əsasən əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur. Həmin Məcəllənin 719.7-ci maddəsinə əsasən, bu Məcəllənin 677.1.4, 685.1 və 686-cı maddələrində nəzərdə tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən müqavilənin ləğv edilməsinə yol verilir. İcarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər. Əgər icarə haqqı bir ildən az müddət üçün tutulursa, müqavilənin ləğvinə yalnız icarəçinin iki ardıcıl müddət üçün icarə haqqını və ya onun mühüm hissəsini ödəmədiyi halda yol verilir. Əgər həmin müddət çatanadək icarəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna olunur. Əgər icarəçi borcu qarşılıqlı əvəzləşdirmə çərçivəsində ödəyərək ondan azad olursa və ləğvetməyə dair bildirişdən dərhal sonra bu barədə məlumat verirsə, ləğvetmənin qüvvəsi yoxdur. Həmin Məcəllənin 722.1-ci maddəsinə əsasən, müqavilə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü torpağı təyinatı üzrə lazımi istifadədən sonra qaytarılma məqamında uyğun gəlməli olduğu vəziyyətdə qaytarmağa borcludur. İcarəçinin icarəyə verənə qarşı tələbləri əsasında torpaq sahəsini saxlamaq hüququ yoxdur. Əgər icarəçi icarəyə götürdüyü torpağı hər hansı üçüncü şəxsin istifadəsinə vermişsə, torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəyə verən torpağın qaytarılmasını həmin üçüncü şəxsdən də tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2025-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Mülki Məcəllənin 421.2 və 423.2-ci maddələrinin məntiqi nəticəsi olaraq həmin Məcəllənin 424.3-cü maddəsində müəyyən edilmişdir ki, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında İəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Burada vurğulanmalıdır ki, normada “ləğv edilmə” ifadəsi birtərəfli qaydada sonlandırmaqla müqavilə münasibətlərinə xitam verilməsi mənasında deyil, tərəflərin qarşılıqlı razılaşması ilə bağlamış olduqları müqaviləyə xitam vermələri mənasında istifadə olunmuşdur. Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə nuzduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən, məhkəmə hesab edir ki, Cavabdeh icarəyə götürdüyü 27,0 hektar torpaq sahəsindən məqsədli təyinatına uyğun istifadə etmədiyindən və bununla da, icarə müqaviləsinin şərtlərinə əməl etmədiyindən, eyni zamanda, ona edilmiş xəbərdarlıqlara məhəl qoymadan həmin hərəkətlərini uzun müddət davam etdirdiyindən, bununla da, müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan Salyan Rayon İcra Hakimiyyətinin həmin icarə müqaviləsini birtərəfli qaydada ləğv etmək hüququ yaranmış və həmin hüququndan istifadə etməklə həmin şəxsin torpaq sahəsi üzərində icarə hüquqlarına xitam verilmişdir. Hal-hazırda həmin şəxsin torpaq sahəsi üzərində hər hansı hüququ mövcud deyil və belə olan halda Saylan rayon İcra Hakimiyyətinin həmin torpaq sahəsinin geri qaytarılmasını tələb etməyə subyektiv hüququ vardır. Mülki Məcəllənin 722.1-ci maddəsinə əsasən, müqavilə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü torpağı təyinatı üzrə lazımi istifadədən sonra qaytarılma məqamında uyğun gəlməli olduğu vəziyyətdə qaytarmağa borcludur. İcarəçinin icarəyə verənə qarşı tələbləri əsasında torpaq sahəsini saxlamaq hüququ yoxdur. Əgər icarəçi icarəyə götürdüyü torpağı hər hansı üçüncü şəxsin istifadəsinə vermişsə, torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəyə verən torpağın qaytarılmasını həmin üçüncü şəxsdən də tələb edə bilər. Göründüyü kimi, Cavabdeh həmin torpaq sahəsindən istifadəni davam etdirməsi və orada hələdə əkinçilik fəaliyyəti ilə məşğul olması Mülki və Torpaq Məcəlləsinin tələblərinə ziddir və ona görə də, həmin şəxs 27,0 ha torpaq sahəsindən çıxarılmalı, həmin torpaq sahəsi həmin şəxsdən alınaraq dövlət torpaq fonduna qaytarılmalıdır. Eyni zamanda Cavabdeh tərəfindən torpaq sahəsi icarəyə götürdüyü anda mövcud olan vəziyyətə gətirilməli, əkinçilik fəaliyyəti ilə əlaqədar mövcud olan ləvazimatlar, qurğular və s. həmin şəxs tərəfindən götürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh icarəyə götürdüyü 27,0 hektar torpaq sahəsindən çıxarılmalı, torpaq sahəsi həmin şəxsdən alınaraq dövlət torpaq fonduna geri qaytarılmalı, Salyan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 177-s saylı sərəncamı qüvvədən düşdüyü üçün həmin sərəncama əsasən bağlanmış xx.xx.2013-cü il tarixli, 16 saylı icarə müqaviləsinə xitam verilməklə ləğv edilməli, həmin torpaq sahəsində əkinçilik fəaliyyəti ilə əlaqədar mövcud olan ləvazimatlar, qurğular və sair əşyalar Cavabdeh tərəfindən götürülməli və Cavabdeh icarəsinə verilmiş 27,0 hektar hektar torpaq sahəsi onun hesabına icarəyə götürüldüyü anda mövcud olan vəziyyətə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Salyan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 177-s saylı sərəncamı qüvvədən düşdüyü üçün həmin sərəncama əsasən Cavabdeh ilə bağlanmış xx.xx.2013-cü il tarixli, 16 saylı icarə müqaviləsinə xitam verilməklə ləğv edilsin. Cavabdeh icarəyə götürdüyü 27,0 hektar torpaq sahəsindən çıxarılsın, torpaq sahəsi həmin şəxsdən alınaraq dövlət torpaq fonduna geri qaytarılsın. Həmin torpaq sahəsində əkinçilik fəaliyyəti ilə əlaqədar mövcud olan ləvazimatlar, qurğular və sair əşyalar Cavabdeh tərəfindən götürülsün və torpaq sahəsi cavabdehin hesabına icarəyə götürüldüyü anda mövcud olan vəziyyətə geri qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-786/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-786/2025
16.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver