Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-79/2023 06.03.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X16 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı, cavabdeh X9 və Cavabdeh2 iştirakları ilə özgənin qanunsuz sahibliyindən torpaq sahəsinin geri tələb olunmasına dair mülki işə açıq məhkəmə baxış iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Salyan rayonu, Çuxanlı kəndində yerləşən ona məxsus cavabdehlər X9 və Cavabdeh2 tərəfindən zəbt olunmuş 0,40 ha torpaq sahəsinin sonuncuların qanunsuz sahibliyindən geri alınaraq qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı bildirmişdir ki, Salyan rayonu, Çuxanlı kəndində yaşayır. Salyan rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli, 09 saylı qərarı ilə Salyan rayonu, Çuxanlı kəndində ona və ailə üzvlərinə 2,36 ha pay torpaq sahəsi verilmişdir. 8-9 il əvvəl torpaq sahəsini Mirzəcan adlı şəxsə 5 il müddətinə, Tahir adlı şəxsə isə 1 il müddətinə illik 1000 manat ödəmək şərtilə icarəyə vermişdir. Daha sonra həmin torpaq sahəsini 5 il müddətinə Tural adlı şəxsə icarəyə vermişdir. Torpağı icarəyə verdiyi Mirzəcan adlı şəxs Ədaləddinin həmin torpaq sahəsinə girdiyini ona bildirmişdir. Sahəyə baxış keçirilən zaman torpağın zəbt edildiyi müəyyən olunmuşdur.Torpaq sahəsini zəbt edən cavabdehlər X9 və Cavabdeh2dur. Ona görə də cavabdehlərin onun mülkiyyətində olan torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş edir. Cavabdeh qismində məhkəmədə izahat verən X9 bildirmişdir ki, heç bir torpaq sahəsini zəbt etməmiş, ona görə verilmiş iddianın rədd olunmasını xahiş etdi. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh2 digər iddiaçı X3 dediklərini bir daha təsdiqləmişdir. Məhkəmədə elan olunmuş JN-490 KOD 80912018 torpağın mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, İddiaçı, X10, X5, X11 və X4 ümumi mülkiyyətlərində Salyan Rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli, 09 saylı qərarı əsasında Salyan rayonu, Çuxanlı kəndində yerləşən 2,36 ha torpaq sahəsi vardır. Məhkəmədə elan olunmuş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X7 nikahlarını 05 noyabr 1985-ci il tarixdə Salyan rayonu, Çuxanlı kənd Sovetliyində 54 nömrəli akt qeydi ilə rəsmiləşdirmişlər. Məhkəmədə elan olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X1 birgə nikahlarından xx.xx.1991-ci il təvəllüdlü X12 doğulmuşdur. Məhkəmədə elan olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X12 nikahlarını 26 sentyabr 2014-cü il tarixdə Salyan rayonu Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 27 nömrəli akt qeydi ilə rəsmiləşdirmişlər. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021ci ildə ********** nömrə ilə qeydə alınmış çıxarışdan görünür ki, Salyan rayonu, Çuxanlı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 2,9207 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsusdur. Məhkəmədə elan olunmuş torpaq sahəsi planı və ölçüsündən görünür ki, Salyan rayonu, Çuxanlı kəndində Cavabdeh2 məxsus sənəd üzrə 2,9207 ha olmaqla faktiki 2,6002 ha torpaq sahəsi vardır. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, İddiaçı 1-ci konturda sənəd üzrə 2.05 ha torpaq sahəsi olmalı olduğu halda faktiki istifadəsində 2.15 ha torpaq sahəsi, 2-ci konturda sənəd üzrə 0.31 ha torpaq sahəsi olmalı olduğu halda faktiki istifadəsində 0.41 ha torpaq sahəsi mövcuddur. İddiaçının faktiki istifadəsindən əlavə iddia etdiyi torpaq sahələri digər mülkiyyətçilərə aid torpaq sahəsidir. İddiaçı mülkiyyətində olan olan 2.36 ha torpaq sahəsi digər kənar şəxslər tərəfindən istifadə olunmur. Məhkəmədə elan olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2022-ci il tarixli, 10/5947 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX «Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri» publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Mübariz Vəliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən İddiaçı 1-ci konturda sənəd üzrə 2.05 ha torpaq sahəsi olmalı olduğu halda faktiki istifadəsində 2.15 ha torpaq sahəsi, 2-ci konturda sənəd üzrə 0.31 ha torpaq sahəsi olmalı olduğu halda faktiki istifadəsində 0.41 ha torpaq sahəsi mövcuddur. İddiaçının faktiki istifadəsindən əlavə iddia etdiyi torpaq sahələri digər mülkiyyətçilərə aid torpaq sahəsidir. İddiaçı mülkiyyətində olan olan 2.36 ha torpaq sahəsi digər kənar şəxslər tərəfindən istifadə olunmadığı müəyyən olunmuşdur. Məhkəmə hər iki tərəfi dinləyib işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdehlər iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə etmirlər. Bu məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla tam təsdiq olunmuşdur. Ona görə də məhkəmə iddanın rədd olunmasını daha əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinəəsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinəəsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və Əsas X2 Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinəəsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuşşərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının vəƏsas X2» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və«əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının vəƏsas X2 Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və«əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddəüzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunmasıüçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratınıöz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinəəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinəəəsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinəəsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticəçıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticəçıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinəəsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasibə olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul İddiaçı alınaraq X8 Xəzinədarlığı Agentliyinin 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Salyan rayonu, Çuxanlı kəndində yerləşən ona məxsus cavabdehlər X9 və Cavabdeh2 tərəfindən zəbt olunmuş 0,40 ha torpaq sahəsinin sonuncuların qanunsuz sahibliyindən geri alınaraq sahibliyinə qaytarılması barədə iddia tələbi əsassız olduğundan rədd edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul İddiaçı alınaraq X8 Xəzinədarlığı Agentliyinin 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-79/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-79/2023
06.03.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver