Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-814/2023 30.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı Ərizəçi cavabdeh Salyan rayon Salyan Bələdiyyəsinə qarşı “torpaq sahəsinin alqısatqı edilmiş hesab edilməsi haqqında” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi cavabdeh Salyan rayon Salyan Bələdiyyəsinə qarşı “torpaq sahəsinin alqı-satqı edilmiş hesab edilməsi haqqında” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs xx.xx.2007-ci il tarixli 16 saylı Sərəncamı ilə onun adına rəsmiləşdirilmiş Salyan şəhər, Nizami küçəsinin başlanğıcında küçənin cənubunda, bələdiyyə mülkiyyəti torpağında özünə məxsus mağazanın altındakı 20 kv.m ölçüdə torpaq sahəsi Sayan rayonu, Salyan Bələdiyyəsi ilə alqı-satqı edilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ərizəçi məhkəmənin dəftərxanasına xx.xx.2023-cü il tarixdə ərizə ünvanlayaraq, iddia ərizəsinin baxılmamış saxlanılmasını və ərizəyə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış iş üzrə cavabdeh Salyan rayon Salyan Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alıb və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1, 260.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Ərizəçi cavabdeh Salyan rayon Salyan Bələdiyyəsinə qarşı “torpaq sahəsinin alqı-satqı edilmiş hesab edilməsi haqqında” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-814/2023
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-814/2023
30.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver