Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-82/2023 06.04.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X5 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı iştirakı ilə özgənin qanunsuz sahibliyindən torpaq sahəsinin geri tələb olunmasına dair mülki işə açıq məhkəmə baxış iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində mülkiyyətində olan Salyan rayonu, Yenikənd kəndində 0.3080 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilmiş hissəsinin onların qanunsuz sahibliyindən geri alınaraq onun sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı bildirmişdir ki, Salyan rayon Yenikənd kəndi ərazisində yerləşən 0,3080 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətindədir. Torpaq sahəsinin onun mülkiyyətində olması ******* saylı reyestr çıxarışı ilə təsdiq edilmişdir. Lakin hal-hazırda həmin faktiki torpaq sahəsinin 0,07 ha hissəsindən Cavabdeh istifadə edir. Digər cavabdeh B.Nəcəfov torpaq sahəsini zəbt etməmiş, onun adı vəkil tərəfindən iddia ərizəsində səhvən qeyd edilmişdir. Odur ki, cavabdeh tərəfindən 0,07 ha zəbt olunmuş torpaq sahəsinin geri alınaraq onun sahibliyinə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə sonuncuların iştirakı olmadan işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2010-cu ildə ********** nömrə ilə qeydə alınmış çıxarışdan görünür ki, Salyan rayonu, Yenikənd kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,3080 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Məhkəmədə elan olunmuş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Salyan rayonu, Yenikənd kəndində İddiaçı məxsus sənəd üzrə 0,3080 ha torpaq sahəsi vardır. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, Salyan rayonu, Yenikənd kəndindəki, İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0.30 ha pay torpaq sahəsinin 0.07 hektarı Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən olunmuşdur. Məhkəmədə elan olunmuş İddiaçı məhkəməyə təqdim etdiyi iddia həcminin azaldılması barədə ərizədən görünür ki, onun torpaq sahəsi X7 tərəfindən yox, Cavabdeh tərəfindən tutulmuşdur. Odur ki, X4 adının cavabdehlər sırasından çıxarılmaqla, tutulmuş torpağının Cavabdeh geri alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə elan olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin 27 yanvar 2023-cü il tarixli, 10/6724 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX «Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri» publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Mübariz Vəliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən Salyan rayonu, Yenikənd kəndindəki, İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0.30 ha pay torpaq sahəsinin 0.07 hektarı Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən olunmuşdur. Məhkəmə iddiaçı tərəfi dinləyib işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh iddiaçının mülkiyyətində olan 0,07 ha torpaq sahəsini zəbt edərək qanunsuz istifadə edir və nəticədə iddiaçının mülkiyyət hüququnu pozur. Qeyd edilənələrə əsasən məhkəmə belə hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz olduğundan o, iddiaçıya məxsus olan torpaq sahəsindən çıxarılmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçı cavabdeh X4 onun torpaq sahəsini tutmadığını və ərizənin səhvən yazıldığını qeyd etdiyi üçün sonuncuya qarşı iddia rədd olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinəəsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinəəsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və Əsas X1 Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinəəsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuşşərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının vəƏsas X1» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və«əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının vəƏsas X1 Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və«əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddəüzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunmasıüçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratınıöz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinəəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinəəəsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinəəsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticəçıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticəçıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinəəsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasibə olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mütəxəssi rəyinin verilməsinə dair çəkilən xərclər 620 manat pul Cavabdeh alınıb İddiaçı verilməlidir. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Cavabdeh alınaraq X2 Xəzinədarlığı Agentliyinin 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Salyan rayonu, Yenikənd kəndində yerləşən 0,3080 ha torpaq sahəsinin 0,07 ha hissəsi Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq mülkiyyətçiyə qaytarılsın. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 620 manat Cavabdeh alınıb İddiaçı verilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Cavabdeh alınaraq X2 Xəzinədarlığı Agentliyinin 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. İddia tələbi X6 aid hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-82/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-82/2023
06.04.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver