Məhkəmə qərarları › İş №2(057)-82/2024

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-82/2024

03.09.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-82/2024 03.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi Cavabdeh X1 iştirakı ilə İddiaçı cavabdeh X2 qarşı Salyan rayonu, Sarvan kəndində yerləşən 6.47 ha torpaq sahəsində olan payın naturada ayrılması tələbinə dair iddia ərizəsinə Salyan Rayon Məhkəməsi binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan rayonu, Sarvan kəndində yerləşən birgə mülkiyyətdə olan J№ 0098, KOD 80910018 nömrəli xx.xx.1998-ci ildə verilmiş Dövlət Aktı əsasında 6.47 ha pay torpağında naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının keçirilməsi 03 sentyabr 2024-cü il tarixə, saat 10:35-ə Salyan Rayon Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, mülki iş üzrə iddiaçı məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iş üzrə cavabdeh X3 iddiaçının gəlməməsi səbəbindən mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədi. Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddiaçı məhkəmə baxış iclasına gəlmədiyi, işə onun iştirakı olmadan baxılmasını xahiş etmədiyi və cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyi üçün iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259,263,264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh X2 qarşı Salyan rayonu, Sarvan kəndində yerləşən 6.47 ha torpaq sahəsində olan payın naturada ayrılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı ödədiyi 100 manat dövlət rüsumu Dövlət büdcəsi (Maliyyə Nazirliyinin Salyan Rayonu üzrə Maliyyə Şöbəsi) tərəfindən ona qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar