Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-830/2024 04.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, Ərizəçi “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1944-cü il tarixdə Salyan rayonu, Xıdırlı kəndində anadan olması, atasının X9, anasının X1 olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1944-cü ildə Salyan rayonu, Xıdırlı kəndində doğulmuş və doğumu icra nümayəndəliyində qeydə alınaraq şəhadətnamə verilmişdir. Lakin hazırda doğum haqqında şəhadətnaməni itirmişdir. Doğumu haqqında təkrar şəhadətnamə alınması və doğumu barədə akt qeydi mövcud olmadıqda isə itmiş akt qeydinin bərpa edilməsinə dair Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin qurumdan aldığı rəsmi cavabda, müvafiq kitablarda doğumu barədə məlumatın aşkar edilmədiyi və bərpanın mümkünsüz olduğu bildiririlərək, məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Salyan RPŞ, PvŞV bölməsi tərəfindən ona xx.xx.2004-cü ildə verilmiş AZE 01******* nömrəli şəxsiyyət vəsiqəsində onun xx.xx.1944-cü ildə Salyan rayonu, Xıdırlı kəndində doğulduğu öz təsdiqini tapmışdır. Bundan başqa nikaha daxil olmağı barədə Xıdırlı kənd İƏN-i tərəfindən tərtib edilmiş xx.xx.1970-ci il tarixli aktda da doğum yeri və doğum tarixi barədə məlumatlar əks olunmuşdur. Lakin hazırda doğumu haqqında sənədin olmaması ona qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsində məhdudiyyətlər yaradır. Valideynlərinin nikahı və ölümü haqqında mövcud sənədlər mərhum atası X9 1905-ci ildə Salyan rayonu, Xıdırlı kəndində doğulması, 1960-cı ildə 1920-ci il təvəllüdlü anası X3 ilə olan faktiki nikahının rəsmiləşdirilməsi və anası X1 2005ci ildə ölməsi faktını təsdiqləyir. Beləliklə hazırda doğumu haqqında sənədin olmaması ona qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsində məhdudiyyətlər yaradır. Odur ki, onun xx.xx.1944-cü ildə Salyan rayonu, Xıdırlı kəndində doğulmağının qeyd edilmə faktının müəyyən edilməsi və doğum haqqında akt qeydində atasının adının - X13, anasının adının - X3, valideynlərinin milliyətinin azərbaycanlı yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.6cı maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1944-cü ildə Salyan rayonu, Xıdırlı kəndində doğulmuşdur. Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, dövlət arxivinin Salyan filialında Ərizəçi doğum tarixi aşkar olunmamışdır. Azərbaycan Respublikasının Dövlət Arxivi idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Ərizəçi təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, dövlət arxivinin Şirvan filialında Ərizəçi xx.xx.1944-cü il tarixdə anadan olma aktına rast gəlinməmişdir. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi doğumu haqqında akt qeydi həmin arxiv sənədləri və “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilməmişdir. Bununla əlaqədar aidiyyəti məhkəməyə müraciət edə biləcəyi qeyd edilmişdir. Hacıqabul rayon Dövlət Arxivi idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Hacıqabul rayon Dövlət Arxivində Ərizəçi doğum haqqında aktı aşkar edilməmişdir. Ərizəçinin bacısı X5 məxsus olan A3 ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamənin “atası qrafasında” atası kimi X14, “anası qrafasında” anası kimi X3 qeyd edilmişdir. Ərizəçinin bacısı X8 məxsus məxsus olan İJ 219391 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamənin “atası qrafasında” atası kimi X14, “anası qrafasında” anası kimi X3 qeyd edilmişdir. Ərizəçinin qardaşı X4 məxsus olan İE 478583 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamənin “atası qrafasında” atası kimi X14, “anası qrafasında” anası kimi X3 qeyd edilmişdir. Ərizəçinin oğlu X6 məxsus olan A3 ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamənin “atası qrafasında” atası kimi Ərizəçi, “anası qrafasında” anası kimi X11 qeyd edilmişdir. İE 227405 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Qızlarşahı Şahsuvar qızı ilə xx.xx.1960-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. Beləliklə, ərizəçi tərəfin izahatı və işin materialları ilə Ərizəçi xx.xx.1944-cü il tarixində Salyan rayonu, Xıdırlı kəndində anadan olması, atasının X14, anasının X3 olması tam sübuta yetirildi. Mülki işin materiallarından da görünür ki, ərizəçi doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin bu müvafiq sənədlərlə təsdiq olunmadığına görə onun doğum akt qeydinin bərpasından imtina olunmuşdur. Buna görə də, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci maddəsində doğumun qeydə alınması üçün təqdim edilməli olan sənədlərin siyahısı əksini tapmışdır. Həmin Qaydanın 2.6-cı bəndində isə təsbit edilmişdir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.1-ci bəndində göstərilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Sadalanan xüsusatlara əsasən, məhkəmə hesab edir ki, ərizəçinin şəhadətnaməsinin olmaması ona sənədləşmə işlərində çətinliklər törətdiyindən, qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçinin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Eyni zamanda, vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi ərizəçinin doğum akt qeydinin bərpa etməkdən və ona yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Ərizəçi doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində o, öz adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən Ərizəçi xx.xx.1944-cü il tarixində Salyan rayonu, Xıdırlı kəndində doğulması, soyadının “Paşayev”, adının “Ağadayı”, ata adının “Mahmud”, atasının X14, anasının X3 olmasına dair doğumunun qeyd edilmə faktının müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1944-cü il tarixində Salyan rayonu, Xıdırlı kəndində doğulması, soyadının “Paşayev”, adının “Ağadayı”, ata adının “Mahmud”, atasının X14, anasının X3 olmasına dair doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Doğum akt qeydinin bərpa edilməsi doğum haqqında şəhadətnamənin təkrar verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-830/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-830/2024
04.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver