Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-87/2024 24.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Yarıyeva Kəmalə Elxan qızının katibliyi, Cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdehlər X5 və Cavabdeh2 qarşı “mülkiyyətə qarşı maneçilik hərəkətlərinə son qoyulması, mülkiyyətdə olan torpaq sahəsindən çıxarılma barədə” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər X5 və Cavabdeh2 qarşı “mülkiyyətə qarşı maneçilik hərəkətlərinə son qoyulması, mülkiyyətdə olan torpaq sahəsindən çıxarılma barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu X3, qızı X4, yoldaşı X1 və qızı İbadova Səxavət qızının birgə mülkiyyətlərində olan Salyan rayonu, Birinci Varlı kəndində yerləşən torpaq sahəsinin 0.0098 ha hissəsinin cavabdehlər X5 və Cavabdeh2 qanunsuz və vicdansız istifadəsindən alınaraq ona verilməsi və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması, xəndəyin qazılmasına şərait yaradılması və onlara məxsus torpaq sahəsindən su kanalının və hasarın çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə, həmçinin “AZEMİS” sistemi vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 izahatında bildirmişdir ki, 2 il Şamaxıda olmuşdur. İddiaçı onların həyətlərinə icazəsiz daxil olaraq qazmışlar. Nərgiz İbadova onun həyat yoldaşıdır, səhhəti ilə bağlı olaraq məhkəmə iclasında iştirak edə bilmir. İddiaçı tərəfindən bir dəfə də məhkəməyə verilmişdir. Maddi imkanı yoxdur ki, yoldaşı ona etibarnamə versin, 4 uşağı var. İddiaçının məhkəmədə iştirak etməsini istədiyini, onun üzünə sözlərini demək istədiyini, iddiaçının məhkəmə iclasına gəlmədiyi üçün iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. MPM-in 260.6-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işin araşdırılması və mahiyyəti üzrə düzgün həll edilməsi mümkün deyildir. Ona görə də, İddiaçı cavabdehlər X5 və Cavabdeh2 qarşı “mülkiyyətə qarşı maneçilik hərəkətlərinə son qoyulması, mülkiyyətdə olan torpaq sahəsindən çıxarılma barədə” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər X5 və Cavabdeh2 qarşı “mülkiyyətə qarşı maneçilik hərəkətlərinə son qoyulması, mülkiyyətdə olan torpaq sahəsindən çıxarılma barədə” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-87/2024
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-87/2024
24.09.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver