Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-877/2025 19.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Ərizəçi Səmədov Taləddı̇ n Məmməd oğlunun iştirakı ilə Ərizəçi Səmədov Taləddı̇ n Məmməd oğlunun maraqlı şəxs Salyan Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı qohumluq münasibətlərinin müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Səmədov Taləddı̇ n Məmməd oğlu Salyan Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisini maraqlı şəxs qismində cəlb etdiyi qohumluq münasibətlərinin müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1947-ci il təvəllüdlü X16, xx.xx.1948-ci il təvəllüdlü X10, xx.xx.1960-cı il təvəllüdlü X6 və xx.xx.1962ci il təvəllüdlü X2 onun qardaşları olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X8 xx.xx.1990-cı ildə, anası X23 xx.xx.2005-ci ildə, qardaşı xx.xx.1947-ci il təvəllüdlü X31 (Məmməd) oğlu xx.xx.2015-ci ildə vəfat etmişdir. Qardaşı X27 (Məmməd) oğlu xx.xx.1948-ci ildə anadan olmuşdur. X1 xx.xx.1957ci ildə anadan olmuşdur. Qardaşı X21 (Məmməd) oğlu xx.xx.1960-cı ildə anadan olmuşdur. Qardaşı X15 (Məmməd) oğlu xx.xx.1962-ci ildə anadan olmuşdur. Bacısı Məmmədova (Səmədova) Kamalə Məmməd qızı xx.xx.1965-ci ildə anadan olmuşdur. Özü xx.xx.1956-cı ildə anadan olmuşdur. Ölüm haqqında şəhadətnamədə atasının adı X26 olaraq qeyd olunmuşdur. 7 nəfər vərəsədən 6 nəfəri sağdır. ünvan 1 ünvanda X8na məxsus ********** qeydiyyat nömrəli **********30-10301 reystr nömrəli Çıxarışa əsasən 0.0755 ha torpaq sahəsində 110.5 kvm fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evini Salyan Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisində miras əmlak kimi qəbul edərkən vərəsəlik işinin görülməsi üçün qohumluq münasibətlərini sübut edən sənədlərə və mərhum X17 övladlarının ata adlarında uyğunsuzluq olduğu müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixdə 182g nömrəli məktubla Salyan Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisi tərəfindən imtina məktubu verilmişdir. Salyan Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisində ona rəsmi qaydada imtina məktubu verərək bildirilmiş ki, bu uyğunsuzluq səbəbindən vərəsəlik şəhadətnaməsinin verilməsindəm imtina edilmişdir. X3r. Özünün və xx.xx.1957-ci il təvəllüdlü X1nun ata adı eynidir. Mərhum qardaşı xx.xx.1947-ci il təvəllüdlü X31 (Məmməd) oğlu ata adı fərqlidir. xx.xx.1948-ci il təvəllüdlü qardaşı X27 (Məmməd) oğlu, xx.xx.1960-cı il təvəllüdlü qardaşı X21 (Məmməd) oğlu və xx.xx.1962-ci il təvəllüdlü qardaşı X15 (Məmməd) oğlu ata adları fərqlidir. xx.xx.1965-ci il təvəllüdlü bacısı Məmmədova (Səmədova) Kəmalə Məmməd qızı, X9 ilə xx.xx.1985-ci ildə nikaha girmişlər. Bacısının ata adı eynidir. Faktiki olaraq 6 nəfər vərəsə mərhum ataları X26 və mərhum anaları X11 övladlarıdır və bacı qardaşdırlar. Təqdim olunmuş doğum haqqında şəhadətnamələrdən də görünür ki, anaları X13r və sadəcə ata adlarında aşağıdakı kimi uyğunsuzluq vardır. Odur ki, ata adlarında uyğunsuzluq olan xx.xx.1947-ci il təvəllüdlü X16, xx.xx.1948-ci il təvəllüdlü X10, xx.xx.1960-cı il təvəllüdlü X6 və xx.xx.1962-ci il təvəllüdlü X2 onun qardaşı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi Səmədov Taləddı̇ n Məmməd oğlu ərizədə qeyd olunanları bir daha təsdiq edərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ona görə də məhkəmə işə həmin təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialı tərəfindən 07 oktyabr 2024cü il tarixdə Salyan “Asan Xidmət” Mərkəzinə ünvanlanmış arxiv arayışından görünür ki, Salyan rayon Qeydiyyat şöbəsinin arxiv sənədlərində, o cümlədən 1944-1945-ci illərə aid evlənmə aktı qeydlərində X26 ilə Əzizova (Səmədova) Ceyran Kərim qızının 10 noyabr 1945-ci il tarixli 72 nömrəli aktında nigahlarının bağlanması qeyd edilmişdir. DƏDK və RPHŞ 13 saylı Şirvan ərazi idarəsi tərəfindən hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən ********** qeydiyyat nömrəli **********30- 10301 reystr nömrəli Çıxarışa əsasən 0.0755 ha torpaq sahəsində 110.5 kvm fərdi yaşayış evi mərhum X14 mülkiyyətindədir. Salyan RİHB Salyan şəhəri üzrə nümayəndəliyi tərəfindən Səmədlı̇ Taləddı̇ n Məmməd oğluna verilmiş 21 yanvar 2025-ci il tarixli arayışdan görünür ki, X26 xx.xx.1990ci il tarixdə, anası X23 03 yanvar 2005-ci il tarixdə vəfat etmişlər. Mərhumların daimi yaşayış yeri ünvan 4 ünvan olmuş, ölənədək oğlu Səmədov Taləddı̇ n Məmməd oğlu ilə birlikdə yaşamışdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.1990-cı il tarixdə ölmüşdür. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2015-ci il tarixdə ölmüşdür. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 04 sentyabr 1962-ci il tarixdə doğulmuşdur. X8 və anası X23 qeyd olunmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Səmədov Taləddı̇ n Məmməd oğlu xx xxxxxx 1956-cı il tarixdə doğulmuşdur. X8 və anası X23 qeyd olunmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 04 yanvar 1960-cı il tarixdə doğulmuşdur. X4 və anası X23 qeyd olunmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 16 dekabr 1957-ci il tarixdə doğulmuşdur. X8 və anası X23 qeyd olunmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 20 oktyabr 1948-ci il tarixdə doğulmuşdur. X4 və anası X23 qeyd olunmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.1965-ci il tarixdə doğulmuşdur. X8 və anası X23 qeyd olunmuşdur. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 03 yanvar 2005-ci il tarixdə ölmüşdür. Salyan Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixdə 182g nömrəli məktubdan görünür ki, ofisində miras əmlak kimi qəbul edərkən vərəsəlik işinin görülməsi üçün qohumluq münasibətlərini sübut edən sənədlərə və mərhum X17 övladlarının ata adlarında uyğunsuzluq olduğundan məhkəməyə müraciət olunmağı tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialı tərəfindən 05 may 2025-ci il tarixli arxiv arayışından görünür ki, Salyan rayon Qeydiyyat şöbəsinin arxiv sənədlərində, o cümlədən 25 yanvar 1947-ci il tarixli, 34 nömrəli doğum aktı qeydində Səmədov Rəcəbin doğum tarixi 17 yanvar 1947-ci il X4 və anası X23 qeyd olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, ərizəçinin X8 xx.xx.1990-cı ildə, anası X23 xx.xx.2005-ci ildə anadan olmuşdur. Qardaşı xx.xx.1947-ci il təvəllüdlü X31 (Məmməd) oğlu xx.xx.2015-ci ildə vəfat etmişdir. xx.xx.1947-ci il təvəllüdlü qardaşı X31 (Məmməd) oğlu, xx.xx.1948-ci il təvəllüdlü qardaşı X27 (Məmməd) oğlu, xx.xx.1960-cı il təvəllüdlü qardaşı X21 (Məmməd) oğlu və xx.xx.1962-ci il təvəllüdlü qardaşı X15 (Məmməd) oğlunun ata adları fərqlidir. Ərizəçi fərdi yaşayış evini Salyan Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisində miras əmlak kimi qəbul edərkən vərəsəlik işinin görülməsi üçün qohumluq münasibətlərini sübut edən sənədlərə və mərhum X17 övladlarının ata adlarında uyğunsuzluq olduğu müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixdə 182g nömrəli məktubla Salyan Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisi tərəfindən imtina məktubu verilmişdir. Təqdim olunmuş doğum haqqında şəhadətnamələrdən də görünür ki, anaları X13r və sadəcə ata adlarında uyğunsuzluq vardır. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məjəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələbinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1947-ci il təvəllüdlü X16, xx.xx.1948-ci il təvəllüdlü X10, xx.xx.1960-cı il təvəllüdlü X6 və xx.xx.1962-ci il təvəllüdlü X2 ərizəçi Səmədov Taləddı̇ n Məmməd oğlunun qardaşları olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-877/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-877/2025
19.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver