Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-888/2023 18.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X24 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi” barədə ərizəsinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1966-cı il tarixdə Salyan rayonu, Kərimbəyli kəndində X8 və X2 birgə nikahlarından doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1966-cı il tarixdə Salyan rayonu, Kərimbəyli kəndində X8 ilə X2 birgə nikahlarından doğulmuşdur. Valideyinlərinin səhlənkarlıqları nəticəsində doğumun müvafiq icra hakimiyyəti orqanında qeydə alınmamışdır. Ailə həyatı quranadək Salyan rayonu, Kərimbəyli kəndində yaşayıb. Onun doğumunun qeydə alınması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 13 mart 2023-cü il tarixli məktubu ilə müraciətə cavab olaraq bildirilmişdir ki, ”Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarına əsasən yetkinlik yaşına çatmış şəxsin doğumu məhkəmə qətnaməsi əsasında dövlət qeydiyyatına alınmalıdır. Onun doğum faktının müəyyən edilməsindən ötrü məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Odur ki, xx xxxxxx 1966-cı il tarixdə Salyan rayonu, Kərimbəyli kəndində X8 və X2 birgə nikahlarından doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizənin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, xx xxxxxx 1966-cı il tarixdə Salyan rayonu, Kərimbəyli kəndində X8 ilə X2 birgə nikahlarından doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hazırda ərizəsini dəqiqləşdirərək onun 15 sentyabr 1966-cı il tarixdə Salyan rayonu, Kərimbəyli kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsinə uyğun izahat verərək, onun 2-3 yaşı olanda anası rəhmətə gedib. Onu əvvəldən nənəsi saxlayıb. Atası sonradan ailə qurub və onun ögey bacısı var. Ona atasından heç bir əmlak qalmayıb. Atası ikinci arvadının qardaşı qızını övladlığa götürmüşdür. Onun adı Mehrin idi. O ailə quranda atası ona heç bir əmlak cehiz verməyib və onun əmlakından heç bir pay istəmir. Beş aydır həyat yoldaşı rəhmətə getmişdir. Ona bildirmişlər ki, pensiya yaşı çatanda ona doğum haqqında şəhadətnamə lazım olacaq ona görə də, məhkəməyə müraciət etmişdir. Ərizəçi iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirir ki, o, xx xxxxxx 1966-cı il tarixdə Salyan rayonu, Kərimbəyli kəndində X8 və X2 birgə nikahlarından doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi. Hazırda ərizəsini dəqiqləşdirərək 15 sentyabr 1966-cı il tarixdə Salyan rayonu, Kərimbəyli kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanladığı 13 mart 2023-cü il tarixli məktubundan görünür ki, Qeydiyyat Şöbəsinin arxivində mövcud olan müvafiq illərə dair ilkin və bərpa akt qeydi kitablarında isə tələb etdiyi doğum barədə akt qeydi aşkar edilməmişdir. İşə əlavə olunmuş SSRİ Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş profilaktik peyvəndlər kartasında olan məlumatlardan görünür ki, Kərimbəyli tibb məntəqəsində X16 15 sentyabr 1966-cı il tarixdə doğulmuşdur. İşə əlavə olunmuş Biləsuvar (Puşkin) rayon Səmədabad kənd XDS tərəfindən verilmiş xx.xx.1986-cı il tarixli X14 Şəhadətnamənin surətindən görünür ki, X3 ilə X16 04 sentyabr 1986-cı il tarixdə nikaha daxil olmuşlar, nikah bağlandıqdan sonra ərə Baxşiyev, arvada Baxşiyeva soy adı verilmişdir. İşə əlavə olunmuş X7 surətindən görünür ki, X9 xx.xx.1989-cu il tarixdə Salyan rayonu, Qarabağlı kəndində doğulmuşdur. X1, anası X10r. İşə əlavə olunmuş X7 surətindən görünür ki, X11 xx.xx.1991-ci il tarixdə Salyan rayonu, Qarabağlı kəndində doğulmuşdur. X1, anası X10r. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərmişdir ki, o, Salyan rayonunun, Kərimbəyli kəndində 1940-cı ildə anadan olmuşdur, hazırda orada yaşayır. Şəlaləni tanıyır. O, anadan olanda onun anasının yanında olub. Şəlalənin anası rəhmətə getmişdir və onu nənəsi saxlamışdır. Atası Vaqif də rəhmətə gedibdir. Məhkəmə iclasında şahid qismində dindirilən X19 ifadəsində göstərmişdir ki, o, Salyan rayonunun Kərimbəyli kəndində 1938-ci ildə anadan olmuşdur, hazırda orada yaşayır. Şəlalə onun qonşusudur. Şəlalənin toyunda iştirak etmişdir. Cəlilabada az müddət ailəsi ilə yaşasa da sonradan doğulduğu kəndə köçmüşdür. Uşaqları Salyanda anadan olmuşdur. Onun atası və anasının yas mərasimində iştirak etmişdir. Şəlaləni iki yaşından nənəsi saxlayıb və onun uşaqları ilə bir yerdə oynamışlar. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi X8 və X2 birgə nikahlarından doğulmuşdur. X5madığından Maraqlı şəxsnə müraciət etmiş, oradan da imtina məktubu verilmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, xx xxxxxx 1966-cı il tarixdə Salyan rayonu, Kərimbəyli kəndində X8 ilə X2 birgə nikahlarından doğulmuşdur. X5madığından Maraqlı şəxsnə müraciət etmiş, oradan da imtina məktubu verilmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ərizəçi doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, 15 sentyabr 1966-cı il tarixdə Salyan rayonu, Kərimbəyli kəndində X8 ilə X2 birgə nigahlarından doğulması faktının müəyyən edilməsi digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də, təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməklə 15 sentyabr 1966-cı il tarixdə Salyan rayonu, Kərimbəyli kəndində doğulması, atasının X8, anasının X12 olması faktı müəyyən edilsin. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin Ərizəçi 15 sentyabr 1966-cı il tarixdə Salyan rayonu, Kərimbəyli kəndində doğulması, atasının X8-milliyyətinin Azərbaycanlı, anasının X12-milliyyətinin Azərbaycanlı kimi qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-888/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-888/2023
18.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver