Məhkəmə qərarları › İş №2(057)-891/2024

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-891/2024

01.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-891/2024 01.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Məmmədli Ənnağı Əbdül oğlu, Ərizəçi Maraqlı şəxsnə qarşı “atalıq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “atalıq faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X3 ilə faktiki nikahlarından anadan olmuş 08 iyul 2020-ci il təvəllüdlü X2 atasının X1 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər Ərizəçi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə hesab edir ki, xüsusi icraat qaydasında verilən ərizənin geri qaytarılması barədə mübahisələri tənzimləyən mülki-prosessual hüquq norması olmadığından həmin mübahisəyə iddia ərizəsinin qaytarılması barədə hüquq normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Həmin Məcəllənin) 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İşdən görünür ki, ərizəçi tərəfindən dövlət rüsumu ödənilməmişdir. Belə ki, ərizəyə məhkəmə xərcləri üçün ödənilmiş dövlət rüsumunun ödənilməsini təsdiq edən xx.xx.2023-cü il tarixli qəbz əlavə edilsə də, “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsində rüsumdan artıq istifadə olunduğu göstərilmişdir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, ərizə MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən, ərizənin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Odur ki, ərizə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı “atalıq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi qərardadın təsviri hissəsində göstərilən çatışmazlıq aradan qaldırıldıqdan sonra məhkəməyə ikinci dəfə müraciət etmək hüququnun olması izah olunsun. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar