Məhkəmə qərarları › İş №2(057)-895/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-895/2025

14.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-895/2025 14.02.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi ilə İddiaçı cavabdehlər Salyan “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Notariat Ofisinin notariusu X3, Cavabdeh2, Cavabdeh3 və İsmayılova (Axundova) Sevgül Məmmədyar qızına qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdehlər Salyan “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Notariat Ofisinin notariusu X3, Cavabdeh2, Cavabdeh3 və İsmayılova (Axundova) Sevgül Məmmədyar qızına qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anaları X1 xüsusi mülkiyyətində olan Salyan şəhəri, Ə.Zeynalov küçəsi, ev 46, yeni qaydalarla ünvan 1 ünvanda qeydiyyat nömrəsi ********** olan xx.xx.2022-ci ildə qeydiyyata alınmış **********01-10301 reyestr nömrəsi olan 130.5 kvm xüsusi mülkiyyət, 0.04128 ha olan torpaq sahəyə onun payına düşən hissəyə mirası qəbul etməsi müəyyən edilməklə qanun üzrə vərəsəlik haqqındaŞəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb qeyd olunmalıdır. MPM-in 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddia ərizəsini qəbul etməkdən imtina edir. MPM-in 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə müəyyən etmişdir ki, Salyan Rayon Məhkəməsinin icraatında eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olmasına baxmayaraq, iddiaçı yenidən məhkəməyə müraciət etmişdir. Belə ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və İsmayılova (Axundova) Sevgül Məmmədyar qızına qarşı “mülkiyyət hüquqlarından məhrum etməklə, həmin əmlaka tam hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 2(057)-1883/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi mövcuddur. Qeyd olunanlara əsasən hesab edirəm ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan İddiaçı cavabdehlər Salyan “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinin notariusu X3, Cavabdeh2, Cavabdeh3 və İsmayılova (Axundova) Sevgül Məmmədyar qızına qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. MPM-in 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılırsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də, məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Salyan Rayonu üzrə Maliyyə Şöbəsi tərəfindən İddiaçı qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq, MPM-in 114, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ M: İddiaçı cavabdehlər Salyan “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinin notariusu X3, Cavabdeh2, Cavabdeh3 və İsmayılova (Axundova) Sevgül Məmmədyar qızına qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina olunsun. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Salyan Rayonu üzrə Maliyyə Şöbəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar