Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-93/2024 11.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “özgənin qanunsuz istifadə etdiyi torpaq sahəsinin geri alınması və ziyan” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “özgənin qanunsuz istifadə etdiyi torpaq sahəsinin geri alınması və ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022ci il tarixindən icarəsində olan və xx.xx.2037-ci il tarixinədək icarəsinə verilmiş, Salyan rayonu, Sarvan kəndində yerləşən 6.92 ha torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsinin verdiyi xx.xx.2023-ci il tarixli **********10 reyestr nömrəli ********** qeydiyyat nömrəli torpaq sahəsinin Cavabdeh qanunsuz və vicdansız istifadəsindən alınıb ona verilməsi, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və torpağın zəbt olunması ilə ona dəymiş ziyanın qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixindən icarəsində olan və xx.xx.2037-ci il tarixinədək icarəsinə verilmiş, Salyan rayonu, Sarvan kəndində yerləşən 6.92 ha torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin verdiyi xx.xx.2023-ci il tarixli **********10 reyestr nömrəli ********** qeydiyyat nömrəli torpaq sahəsi vardır. Torpaq sahəsinin planı və ölçüsündən də, görünür ki, cavabdeh həmin torpaq sahəsini zəbt etmişdir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsinin də, aid olduğu torpaq sahəsi Salyan Rayon İcra Hakimiyyəti başçısının vermiş olduğu xx.xx.2022-ci il tarixli sərəncamı ilə uzunmüddətli icarəyə verilmişdir. Salyan rayonu Sarvan kənd İcra Ərazi Dairəsi üzrə Nümayəndəliyində Salyan rayonu Sarvan kənd İcra Ərazi Dairəsi üzrə nümayəndəsinin, Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi şöbəsinin torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarət sektorunun məsləhətçisi, müfəttiş X4, onun İddiaçı, DƏDKR Publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi idarəsinin mühəndisi X6, Publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsinin mühəndisi X1 imzaladığı aktdan da görünür ki, həqiqətən də, Salyan rayonu, Sarvan kəndində onun icarəsində torpaq sahəsi vardır. xx.xx.2023-cü il tarixli, 78 nömrəli cavab məktubundan göründüyü kimi həmin torpaq sahəsi icarəsindədir və örüş təyinatlıdır. Yəni əkinçilik məqsədi üçün ayrılmamışdır. Mübahisəli torpaq sahəsinin Salyan rayon İcra Hakimiyyətinin verdiyi və Salyan RİH başçısının təsdiqlədiyi və Əmlakı Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsinin verdiyi plandan da, həmin mübahisə predmeti olan torpaq sahəsi onun icarəsindədir. Cavabdeh artıq 1 ildir ki, onun icarəsində olmasına baxmayaraq həmin torpaq sahəsini zəbt etmişdir. 2022-ci ildə arpa əkmiş, 2023-cü ilin may ayında biçdirmişdir. 2023-cü ildə artıq pambıq əkmişdir. Cavabdeh onun olmayan və qanunsuz olaraq istifadə etdiyi xx.xx.2022-ci il tarixindən icarəsində olan və xx.xx.2037-ci il tarixinədək onun icarəsinə verilmiş, Salyan rayonu, Sarvan kəndində yerləşən 6.92 ha torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin verdiyi xx.xx.2023-ci il tarixli, **********10 reyestr nömrəli ********** qeydiyyat nömrəli torpaq sahəsindən 5000 (beş min) manat qazanc əldə etmişdir. Bu məbləğ onun həmin torpaq sahəsindən götürəcəyi xeyirdir. Belə olduqda ona ziyan dəymişdir və həmin ziyan da, cavabdeh tərəfindən ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, Salyan RİH başçısı torpağını cavabdehin istifadəsində olan torpaq sahəsi ilə dəyişməsi barədə tapşırıq vermişdir. Buna səbəb onun istifadəsində olan torpaq sahəsinin cavabdehin yaşayış yerinə yaxın olması, cavabdehin istifadə etdiyi torpaq sahəsinin də onun yaşayış yerinə yaxın olması olmuşdur. Onlar təkliflə razılaşmış, torpaq sahəsi 2022-ci ildə İcra Hakimiyyəti tərəfindən ona 15 il müddətinə icarəyə verilsə də cavabdeh torpaq sahəsindən istifadə etməyə davam etməkdədir. Odur ki, verilmiş iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, mübahisəli torpaq sahəsinin sənədi yoxdur. Torpaq sahəsi ona verilmişdir. Hər iki torpaq sahəsini özü əkib-becərir. O, torpaq sahəsini əkib-becərməyə davam edəcəkdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ƏMDX “Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri” publik hüquqi şəxsi tərəfindən verilmiş **********10 reyestr nömrəli çıxarışdan görünür ki, Salyan rayonu, Sarvan kəndində yerləşən ümumi sahəsi 6.92 ha olan torpaq sahəsi xx.xx.2022-ci il tarixindən xx.xx.2037-ci il tarixinədək, 15 il müddətə İddiaçı icarəsinə verilmişdir. İş materiallarında olan Salyan RİH Başıçısının 74-s saylı xx.xx.2022-ci il tarixli Sərəncamından çıxarışdan görünür ki, Salyan rayonu, Sarvan kənd sakini İddiaçı heyvandarlığın inkişafı məqsədilə Salyan rayonu inzibati ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 10 №-li qış otlaq sahəsindən 38,6 hektar örüş sahəsi icarəyə ayrılmış, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icarəmüddətində torpaqlardan təyinatı üzrə istifadə edilməsi, icarəyə verilən torpaq sahəsininmühafizəsi, keyfiyyətinin və münbitliyinin qorunması, bərpası və yaxşılaşdırılması üçün tədbirlərin görülməsi, torpaqlardan istifadə zamanı ekoloii tarazlığın gözlənilməsi və ətraf mühitin mühafizəsinin təmin edilməsi İddiaçı tapşırılmışdır. İş materiallarında olan 27 may 2022-ci il tarixli, 05 nömrəli “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, Salyan RİH Başıçısı tərəfindən İddiaçı icarəsinə Salyan RİH Başıçısının 74-s saylı xx.xx.2022-ci il tarixli Sərəncamı əsasında 38,60 ha torpaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/2570 saylı rəyindən görünür ki, Salyan Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli 74-s saylı sərəncamı uzunmüddətli icarə müqaviləsi əsasında, Salyan rayonu Sarvan kəndində yerləşən Reyestr nömrəsi **********10 olan Çıxarışa əsasən İddiaçı icarəsində olan 6.92 ha torpaq sahəsinin naturada ölçüləri GPS aləti vastəsilə müəyyənləşdirilmişdir. Salyan Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli 74-s saylı sərəncamı ilə uzunmüddətli icarə müqaviləsi əsasında, Salyan rayonu, Sarvan kəndində yerləşən Reyestr nömrəsi **********10 olan Çıxarışa əsasən İddiaçı icarəsində olan 6.92 ha torpaq sahəsi faktiki olaraq bütövlükdə Cavabdeh tərəfindən istifadə olunur. Belə olan halda məhkəmə ekspert rəyinə uyğun olaraq qeyd edir ki, hazırda iddiaçının iddiası qismən təmin edilməlidir. Məhkəmə məhkəmə tikinti-texniki ekspertizasının 3-16-16/2-10/2570 nömrəli xx.xx.2024-cü il tarixli rəyini sübut olaraq qəbul edir. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçı özünə aid olan torpaq sahəsindən cavabdehin çıxarılmasını tələb edir. Belə ki, həmin ekspert rəyi ilə Salyan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022ci il tarixli 74-s saylı sərəncamı ilə uzunmüddətli icarə müqaviləsi əsasında, Salyan rayonu Sarvan kəndində yerləşən Reyestr nömrəsi **********10 olan Çıxarışa əsasən İddiaçı icarəsində olan 6.92 ha torpaq sahəsi faktiki olaraq bütövlükdə Cavabdeh tərəfindən istifadə olunması təsdiqini tapmışdır. Həmçinin cavabdeh özü də məhkəmə iclasında iddiaçının iddia ərizəsində göstərdiyi torpaq sahəsinin onun istifadəsində olduğunu bildirmişdir. Bütün bunlara görə iddia Cavabdeh qanunsuz istifadəsindən alınmaqla cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmalıdır. Məhkəmə tərəfindən iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Salyan rayonu Sarvan kəndində yerləşən 6.92 ha torpaq sahəsi Salyan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli 74-s saylı sərəncamı və 27 may 2022-ci il tarixli 05 nömrəli “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləsi əsasında 15 il müddətə İddiaçı icarəsinə verilmiş, sonuncu icarə hüququnu Reyestr nömrəsi **********10 olan Çıxarış almaqla rəsmiləşdirmişdir. Cavabdeh iddiaçının icarəsində olan torpaq sahəsindən qanunsuz olaraq istifadə etməklə iddiaçının icarə hüququnu pozmuşdur. Ona görə də iddia torpaq tələbinə dair hissədə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticəçıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 158.4cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Torpaq sahəsinin mülkiyyətçisi olmayan şəxs ona mənsub olan sahəyə sahiblik və ondan istifadə hüquqlarını qanunda və ya mülkiyyətçi ilə müqavilədə müəyyənləşdirilmiş şərtlər və hədlər daxilində həyata keçirir. İstifadəsinə torpaq sahəsi verilmiş şəxs bu sahəni yalnız onun mülkiyyətçisinin razılığı ilə icarəyə və ya əvəzsiz istifadəyə verə bilər. Mülki Məcəllənin 164.1, 165.1 və 165.2-ci maddələrinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra - Torpaq Məcəlləsi) 51-ci maddəsinin 1-ci hissəsinə görə torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. 4-cü hissəyə görə icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Torpaq Məcəlləsinin 55-ci maddəyə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin “İnsan Hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından “mülkiyyət” və “əmlak” anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından “mülkiyyət” və “əmlak” anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İddianın ziyanın ödənilməsi ilə bağlı hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, hər bir tələb onu təsdiq edən sübutla müəyyən edilir. İddiaçının göstərdiyi dəlillər ona maddi ziyan vurulmasını təkzib etməsə də, konkret olaraq tələb edilən məbləğin nədə ifadə olunması və həmin məbləğin məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində yaranmasını təsdiq edən heç bir sübut işə əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki qanunvericilin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Hazırki iş üzrə tələb edilən zərərə görə cavabdehin təqsirliliyini təsdiq edən heç bir sübut işə əlavə edilməmiş və iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Ona görə də, iddia həmin hissədə rədd olunmalıdır. MPM-in 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinəəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. MPM-in 106.1-ci maddəsinəəsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İddia ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul vəsaiti Cavabdeh alınıb İddiaçı verilməlidir. İş üzrə məhkəmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul Cavabdeh alınaraq X2 Xəzinədarlığı Agentliyinin 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ 41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən, MPM-in 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Salyan rayonu, Sarvan kəndində yerləşən İddiaçı icarəsində olan 6.92 hektar torpaq sahəsi Cavabdeh qanunsuz istifadəsindən alınmaqla cavabdehin qanunsuz hərəkətlərinə son qoyulsun. İddia ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul vəsaiti Cavabdeh alınıb İddiaçı verilsin. İş üzrə məhkəmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul Cavabdeh alınaraq X2 Xəzinədarlığı Agentliyinin 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ 41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-93/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-93/2024
11.12.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver