Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-935/2023 16.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X18 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən ona məxsus əşya və əmlakla birlikdə çıxarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı Cavabdeh qarşı “mənzildən ona məxsus əşya və əmlakla birlikdə çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus, Salyan şəhəri, X22 küçəsi, 170 M3, mənzil 1 ünvanda yerləşən mənzildən, cavabdehə məxsus əşya va əmlakla birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli, AN-İ № ******* saylı "daşınmaz əmlakın alqı-satqı müqaviləsinə" əsasən, o, X7, ona məxsus, Salyan şəhəri, X22 prospekti, ev 30, mənzil 25, yeni qaydalarda: Salyan şəhəri, X22 küçəsi, 170 M3, mənzil 1 ünvanda yerləşən, ümumi sahəsi 52,1kv metr olan 2 otaqlı mənzili 28000 (iyirmi səkkiz min) manata almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən ona verilmiş, xx.xx.2023cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən sözügedən mənzil onun xüsusi mülkiyyətindədir. X11 ilə alqı-satqı prosesində o, bildirmiş ki, mənzili, xx.xx.2021-ci il tarixdə Cavabdeh alıb və alqı-satqı prosesində Cavabdeh müvəqqəti bu mənzildə qalmaq üçün ondan xahiş edib, istənilən vaxt Cavabdeh mənzildən çıxmağa hazırdır. Həmin vaxt Cavabdeh ilə telefonda əlaqə saxlayıb mənzili aldığını bildirmişdir və bu səbəbdən onun mənzildən çıxmasını xahiş etmişdir. Cavabdeh tələbinə etiraz etməmiş və yaxın günlərdə mənzili boşaldacağını demişdir. Lakin həmin vaxtdan keçən üç ay ərzində dəfələrlə mənzilə getsə də, mənzilin qapısının bağlı olduğunu görürmüş. Sonda məcbur qalıb, xx.xx.2023-cü il tarixdə yazılı şəkildə məktubla Cavabdeh müraciət edib, mənzili boşaltmasını xahiş etmişdir. Lakin məktubu xx.xx.2023-cü il tarixdə Salyan rayon PŞ-i tərəfindən ünvanına qaytarılmış və Cavabdeh guya həmin ünvanda yaşamadığı, çatdırılmamanın səbəbi olaraq Salyan rayon PŞ-i tərəfindən qeyd edilmişdir. Nəticədə o, qanunsuz olaraq mülkiyyətindən məhrum edilmişdir! Cavabdeh ona məxsus, Salyan şəhəri, X22 küçəsi 170 M3, mənzil 1 ünvanda yerləşən mənzilindən, cavabdehə məxsus əşya va əmlakla birlikdə çıxarılması, ödədiyi 50 (əlli) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, bu evin almasında çox peşmandır, evi alanda cavabdehin 2 aya evdən köçüb gedəcəyini demiş o da ona inandığı üçün mənzili almışdır. Ancaq sonradan aldadıldığını bilmişdir. X4 aldığını və sonuncunun evi Rəsmiyyədən aldığını, onun 1-2 aya çıxacağını bildirdiyini, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, Salyan şəhəri, X22 küçəsi 170 M3, 1 ünvanda yerləşən mənzil onun xüsusi mülkiyyətində olmuşdur. Evini heç vaxt satmaq fikirində olmamışdır. X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 016175 nömrəli müqaviləyə əsasən o, 3 (üç) ay müddətinə 10% dərəcəsi ilə 26.000 (iyirmi altı min) manat pulu Əliqulu Hümbətovdan borc olaraq almışdır. Həmin pula təminat olaraq evi girov qoymuşdur. Sonradan borcunu ödəyə bilmədiyi üçün Əliqulu Hümbətov onu məhkəməyə verərək mənzildən çıxmasını tələb etmişdir. Salyan Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir. Həmin etirazda göstərmişdir ki, həmin mahiyyəti üzrə eyni əsaslar və predmetlə əlaqədar "20" iyul 2022-ci il tarixli, 2(057)- 1336/2022 saylı qanuni qüvvəsini almış Salyan Rayon Məhkəməsinin qətnaməsi mövcud olan halda, iddiaçı qanunsuz olaraq eyni predmet üzrə qanunsuz və əsassız məhkəməyə iddia ərizəsini təqdim etmişdir. Belə ki, iddiaçı cavabdehə iki dəfəyə müxtəlif məbləğlərdə kredit vermiş, həmin kreditin təminatı kimi iddiaçının özünün nəzərdə tutduğu kimi onun mülkiyyətində olan yaşayış evini alqı-satqı müqaviləsi bağlamaqla qanunsuz olaraq onun evini almışdır. Lakin qanuni qüvvəsini almış qətnamə üzrə müəyyən olunmuşdur ki, o, heç də evi satmaq fikrində olmamışdır, kreditə pul götürdüyü üçün bunun müqabilində evi alqısatqı müqaviləsi ilə iddiaçının adına rəsmiləşdirmişdir. Göründüyü kimi, onun heç də evi satmaq fikri olmamış, aralarında bağlanmış əqd onların iradə ifadələrinə uyğun olmamışdır. Onlar arasında bağlanmış əqd etibarsız əqd olduğundan məhkəmə iddianın təmin olunmaması barədə qərar qəbul olunmasını əsaslı və qanuni hesab etməlidir. Daha sonra, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Salyan şəhəri, X.R.Ulutürk prospekti, ev 30, mənzil 25, yeni qaydalarla: ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 52.1 kv.m olan 2 otaqlı mənzilə dair İddiaçı ilə X10 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ N ******* saylı “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”-nin etibarsız hesab edilərək və İddiaçı adına Azərbaycan Respublikası ƏMDX DƏDK və Reyestri PHŞ tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154 və 155-ci maddələrinə əsasən, qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmiş, məhkəmənin hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və mülki iş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə xx.xx.2023-cü il tarixdə məlumat verilmişdir. Cavabdeh iddia ərizəsinə etiraz tərtib edərək xx.xx.2023-cü il tarixdə məhkəmənin dəftərxanasına təqdim etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixə təyin olunmuş hazırlıq iclasında iştirak etməmişdir. Qarşılıqlı iddia ərizəsini xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında təqdim etmişdir. Bundan başqa qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş sənədlərin siyahısında dövlət rüsumunun ödənilməsi haqqında qəbzin əsli yazılsa da sənəd ərizəyə əlavə olunmamışdır. Bu səbəbdən məhkəmə qarşılıqlı iddia ərizəsini icraata qəbul etməmişdir. Qərardaddan şikayət verilməmişdir. Məhkəmə iddiaçını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Salyan Rayon Məhkəməsinin 2(057)-1336/2022 saylı, 20 iyul 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X8 Cavabdeh qarşı ona məxsus Salyan şəhəri, X.R.Ulutürk küçəsində yerləşən 30 nömrəli ev, 25 nömrəli mənzildən çıxarılmaqla sonuncuya məxsus əşyaların və ya əmlakların evdən çıxarılması barədə iddia tələbi əsassız olduğundan rədd edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüqiqi şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, ********** saylı qeydiyyat nömrəli, **********34-05101-093030 reyestr nömrəli çıxarışdan və Salyan şəhəri, X22 prospekti, bina 30, mənzil 25, yeni qaydalarla AZ 5201, Salyan şəhəri, X22 küçəsi, 170, M3, m1 ünvanında yerləşən mənzilin texniki pasportundan görünür ki, mənzil İddiaçı mülkiyyətindədir. Salyan rayon 2 saylı notariat ofisində 26 avqust 2021-ci il tarixdə bağlanmış AN-İ №0950907 nömrəli Daşınmaz Əmlakın Alqı-Satqısı Müqaviləsindən görünür ki, Cavabdeh Salyan şəhəri, X22 prospekti, bina 30, mənzil 25 ünvanında yerləşən 52.1 kv/m olan mənzili 26000 (iyirmi altı min) manat müqabilində alıcı X8 mülkiyyətinə vermişdir. Salyan rayon 2 saylı notariat ofisində 22 dekabr 2022-ci il tarixdə bağlanmış AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqısı Müqaviləsindən görünür ki, X5 şəhəri, X22 prospekti, bina 30, mənzil 25, yeni qaydalarla AZ 5201, Salyan şəhəri, X22 küçəsi, 170, M3, mənzil 1 ünvanında yerləşən 52.1 kv/m olan mənzili 28000 (iyirmi səkkiz min) manat müqabilində alıcı İddiaçı mülkiyyətinə vermişdir. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış məktubdan görünür ki, iddiaçı, “Salyan şəhəri, X22 küçəsi 170.M3.M1 ünvanda yerləşən mənzil, xx.xx.2022-ci il tarixli, AN-H №1101290 saylı, alqı-satqı müqavilasinə əsasən iddiaçı tərəfindən satın alınmışdır. Bu barədə ona, ƏMDX-i DƏDK və R-i PHŞ tərəfindən, xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. X2 bildirdiyinə görə bu mənzildə cavabdehə aid əşya və əmlak vardır. Bir-neçə dəfə iddiaçı mənzilə gedib cavabdehlə şəxsən görüşmək istəsə də, cavabdeh mənzildə olmamışdır. Odur ki, qeyd olunanları nəzərə almaqla, iddiaçı bu müraciətini rəsmi qaydada aldıqdan sonra, 10 (on) gün müddət ərzində sözũ gedən mənzildə olan cavabdehə aid olan əşya və əmlakı çıxararaq, mənzili boşaltmağını məhkəməyə qədər pretenziya əsasında cavabdehdən xahiş etmişdir, əks təqdirdə məhkəməyə müraciət etmək məcburiyyətində qalacağını bildirmiş, qeyd edilən mövzuda cavabdehə müraciət etmişdir”. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh mülkiyyətində olan Salyan şəhəri, X22 prospekti, bina 30, mənzil 25, yeni qaydalarla AZ 5201, Salyan şəhəri, X22 küçəsi, 170, M3, m1 ünvanında yerləşən 52.1 kv/m olan mənzili 26000 (iyirmi altı min) manata X3, bununla bağlı tərəflər arasında Salyan rayon 2 saylı notariat ofisində 26 avqust 2021-ci il tarixli AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. 22 dekabr 2022-ci il tarixdə X11 mülkiyyətində olan Salyan şəhəri, X22 prospekti, bina 30, mənzil 25, yeni qaydalarla AZ 5201, Salyan şəhəri, X22 küçəsi, 170, M3, mənzil 1 ünvanında yerləşən 52.1 kv/m olan mənzili 28000 (iyirmi səkkiz min) manata İddiaçı mülkiyyətinə vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmiş, əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh isə iddianı qəbul etməmiş, mənzil satmadığını, aldığı borca təminat olaraq girov qismində alqı-satqı etdiyini, borcunu qaytardıqdan sonra ev ona geri qaytarılmalı olduğunu bildirib, iddianın təmin edilməməsini xahiş etmişdir. Göründüyü kimi, tərəflər arasında daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmamışdır. Mənzilə dair ilk alqı-satqı müqaviləsi 26 avqust 2021-ci il tarixdə Cavabdeh ilə X11 arasında, daha sonra isə X11 ilə İddiaçı arasında 22 dekabr 2022-ci il tarixdə bağlanmışdır. Hər iki alqı-satqı müqaviləsi mübahisələndirilməmiş və hazırda qüvvədədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, mübahisənin predmeti olan mənzilin öncəki sahibi olan Cavabdeh Salyan rayon 2 saylı notariat ofisində 26 avqust 2021-ci il tarixdə bağlanmış AN-İ №0950907 nömrəli Daşınmaz Əmlakın Alqı-Satqısı Müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdən həmin mənzildən qeydiyyatdan çıxmağı öz üzərinə öhdəlik kimi götürmüşdür. Hal-hazırda da, cavabdeh başqa bir ünvanda qeydiyyatda olmağına baxmayaraq hələ də, mübahisə predmeti olan evdə faktiki olaraq yaşayır. Belə olduğu halda iddiaçının Azərbaycan Respublikasının Mülki Məcəlləsinin əmlak və əmlakın sahibi haqqında olan normaları əsasında yaranmış hüquqlarını pozur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən, istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 161-ci maddəsinə əsasən, əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. Eləcə də “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Deməli, əmlakın tamhüquqlu mülkiyyətçisi olan iddiaçı mülkiyyətində olan mənzildən qanunsuz istifadə edən cavabdehin bu mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır. Buna baxmayaraq, iş üzrə cavabdeh mənzildən çıxmamaqla bağlı mövqeyini onunla əsaslandırır ki, mənzili satmamış, aldığı borca təminat olaraq mənzili girov qoymuşdur. Borcunu qaytardıqdan sonra mənzil ona geri qaytarılmalıdı. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli qətnaməsindən görünür ki, məhkəmə müəyyən etmişdir ki, Cavabdeh X9 məxsus “Lombard Respublika” adında Lombard evi var. Cavabdeh həmin Lombard evindən 3 ay müddətinə 26.000 manat pul götürmüşdür. Cavabdeh mülkiyyətində olan Salyan şəhəri, X22 prospekti, ev 30, 25 nömrəli mənzili 26 avqust 2021-ci il tarixdə X1. Həqiqətən də əvvəlki mülkiyyətçi ilə cavabdehin arasında alqı-satqı müqaviləsi ilə yanaşı borc müqaviləsi (kredit müqaviləsi) bağlanılmışdır. Lakin borc müqaviləsinin bağlanılması və ya borc müqaviləsi ilə bağlı mübahisənin olması hələ o demək deyil ki, mülkiyyətçi mülkiyyəti üzərində sərəncam verməsin. Nəzərə alınmalıdır ki, əvvəlki mülkiyyəçilər arasında bağlanılmış alqı-satqı, nə də kredit müqaviləsində bununla bağlı şərt nəzərə tutulmamışdır. Halbuki, bağlanmış müqavilələrdə bu şərti nəzərdə tuta bilərdilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Belə olan halda hazırki alqı-satqı müqavilə üzrə mülkiyyətçi, alıcı - ilkin mülkiyyətçidən mənzildən çıxmasını tələb etmək hüququ var. Göründüyü kimi, Cavabdeh İddiaçı mülkiyyətində olan mənzildən çıxmamaqla mənzilin mülkiyyətçisinin mənzil üzərində sahiblik və istifadə hüquqlarını pozmaqla onun mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Cavabdehin başqa şəxslə başqa şərtlərlə bağladığı hər hansı bir müqavilə bağlaması mənzildən çıxmaması üçün hüquqi əsası ola bilməz. Belə olan halda mənzilin mülkiyyətçisi olan iddiaçı onun mənzil üzərində mülkiyyət hüquqlarını məhdudlaşdıran cavabdehin mənzildən çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Odur ki, iddia əsaslıdır və təmin edilməlidir. Son olaraq o da qeyd edilməlidir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı məxsus, Salyan şəhəri, X22 küçəsi 170 M3, mənzil 1 ünvanda yerləşən mənzilindən, cavabdehə məxsus əşya va əmlakla birlikdə çıxarılmalı və dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manat pul Cavabdeh alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus, Salyan şəhəri, X22 küçəsi 170 M3, mənzil 1 ünvanda yerləşən mənzildən, cavabdehə məxsus əşya va əmlakla birlikdə çıxarılsın. Ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-935/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-935/2023
16.08.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver