Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-944/2023 02.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X3 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “diplomun etibarsız hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “diplomun etibarsız hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri X1 xidməti Kolleci tərəfindən 1997-ci il tarixdə Cavabdeh adına verilmiş AZ seriyalı 012602 nömrəli diplom etibarsız hesab edilsin və Salyan rayon Yuxarı Xalac-2 kənd tam orta məktəbi ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iş üzrə səlahiyyətli nümayəndəsi X2 məhkəməyə teleqram ünvanlayaraq, Cavabdeh sertifkasiyada iştirakının təmin edilməsini nəzərə alaraq iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə təqdim edərək İddiaçı ona qarşı iddia ərizəsinin geri qaytarılmasına etiraz etmədiyini göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı Cavabdeh qarşı “diplomun etibarsız hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1, 260.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “diplomun etibarsız hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-944/2023
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-944/2023
02.08.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver