Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-99/2025 06.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə (bundan sonra MMC) qarşı “torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən geri alınması və mülkiyyət hüquqlarının pozulmasının aradan qaldırılması” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə Cavabdeh MMC-yə qarşı iddia tələbi irəli sürərək – iddiaçının icarəsinə verilmiş Salyan rayonu, Qızılağac kəndində yerləşən 1.3 ha torpaq sahəsinin “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********28 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən) Cavabdeh MMC-nin qeyri-qanuni sahibliyindən götürülməsi, həmin torpaq sahəsinin tamamilə boşaldılaraq iddiaçıya təhvil verilməsi və torpaq sahəsindən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılaraq torpaq sahəsinə müdaxilənin cavabdeh və digər şəxslərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********23 saylı, xx.xx.2018-ci il tarixli çıxarışa əsasən Salyan rayonu Qızılağac kəndində yerləşən 1.3 ha ehtiyat fondu torpaq sahəsinin Salyan rayonu, Qızılağac Bələdiyyəsinə tam mülkiyyət hüququ ilə məxsus olması rəsmiləşdirilmişdir. Salyan rayonu Qızılağac bələdiyyəsinin 18 avqust 2018-ci il tarixli iclas protokolundan çıxarışdan görünür ki, Qızılağac bələdiyyəsinin ehtiyat fondu kateqoriyasına aid torpaq sahəsindən və mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reysetrində xx.xx.2018-ci il tarixli, **********28 nömrəli çıxarışla (qeydiyyat nömrəsi **********) nömrəli çıxarışla qeydə alınmış 1.30 ha olan torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə İddiaçı 18 il müddətinə icarəyə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 006123 saylı şəhadətnamədən görünür ki, İddiaçı 26 iyul 2018-ci il tarixdə keçirilmiş Salyan rayonu Qızılağac kəndində yerləşən 1.3 ha ehtiyat fondu torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı hərracın qalibi olmuşdur. Salyan rayonu, 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş icarə müqaviləsindən görünür ki, Salyan rayonu, Qızılağac Bələdiyyəsinə məxsus (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********23 saylı, xx.xx.2018-ci İl tarixli çıxarışa əsasən ) Salyan rayonu Qızılağac kəndində yerləşən 1.3 ha ehtiyat fondu torpaq sahəsi İddiaçı xx.xx.2033-cü il tarixə qədər icarəyə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********28 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Salyan rayonu Qızılağac kəndində yerləşən 1.3 ha ehtiyat fondu torpaq sahəsinin xx.xx.2018-ci il tarixdən xx.xx.2033-cü il tarixə qədər İddiaçı icarəsinə verilməsi yüklülüyü rəsmiləşdirilmişdir. Odur ki, iddianın təmin olunmasını və Salyan rayonu, Qızılağac kəndində yerləşən 1.3 ha torpaq sahəsinin “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********28 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən) Cavabdeh MMC-nin qeyri-qanuni sahibliyindən götürülsün, həmin torpaq sahəsi tamamilə boşaldılaraq iddiaçıya təhvil verilsin və torpaq sahəsindən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılaraq torpaq sahəsinə müdaxilənin cavabdeh və digər şəxslərə qadağan edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********23 saylı, xx.xx.2018-ci il tarixli çıxarışa əsasən Salyan rayonu Qızılağac kəndində yerləşən 1.3 ha ehtiyat fondu torpaq sahəsinin Salyan rayonu, Qızılağac Bələdiyyəsinə tam mülkiyyət hüququ ilə ona məxsus olması rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********28 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Salyan rayonu Qızılağac kəndində yerləşən 1.3 ha ehtiyat fondu torpaq sahəsinin xx.xx.2018-ci il tarixdən xx.xx.2033-cü il tarixə qədər onun icarəsinə verilməsi yüklülüyü rəsmiləşdirilmişdir. Lakin Cavabdeh MMC qanunsuz müdaxilələr edərək torpaqdan istifadə edir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə da nümayəndəsi olduğu şəxsin dediklərini bir daha təsdiq edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.6-cı maddəsinə əsasən, işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və ona əlavə olunmuş iş materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********28 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Salyan rayonu Qızılağac kəndində yerləşən 1.3 ha ehtiyat fondu torpaq sahəsinin xx.xx.2018-ci il tarixdən xx.xx.2033-cü il tarixə qədər İddiaçı icarəsinə verilməsi yüklülüyü rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 006123 saylı şəhadətnamədən görünür ki, İddiaçı 26 iyul 2018-ci il tarixdə keçirilmiş Salyan rayonu Qızılağac kəndində yerləşən 1.3 ha ehtiyat fondu torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı hərracın qalibi olmuşdur. Salyan rayonu Qızılağac bələdiyyəsinin 18 avqust 2018-ci il tarixli iclas protokolundan çıxarışdan görünür ki, Qızılağac bələdiyyəsinin ehtiyat fondu kateqoriyasına aid torpaq sahəsindən və mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reysetrində xx.xx.2018-ci il tarixli, **********28 nömrəli çıxarışla (qeydiyyat nömrəsi **********) nömrəli çıxarışla qeydə alınmış 1.30 ha olan torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə İddiaçı 18 il müddətinə icarəyə verilməsi qərara alınmışdır. Salyan rayonu, 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş icarə müqaviləsindən görünür ki, Salyan rayonu, Qızılağac Bələdiyyəsinə məxsus (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********23 saylı, xx.xx.2018-ci İl tarixli çıxarışa əsasən ) Salyan rayonu Qızılağac kəndində yerləşən 1.3 ha ehtiyat fondu torpaq sahəsi İddiaçı xx.xx.2033-cü il tarixə qədər icarəyə verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 fevral 2025-ci il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin 17.01.25 tarixli 3-21-3-38/2-181/2025 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən müəyyən edilmişdir ki, Elektron kadastr baza məlumatlarına əsasən Reyestr nömrəsi **********28, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən Salyan rayonu, Qızılağac kəndində yerləşən İddiaçı icarə hüququ əsasında 15 il müddətinə icarəsinə ayrılan kənd təsərrufatı təyinatlı 1.3 ha torpaq sahəsinin sərhədləri ərazidə GPS aləti vasitəsilə müəyyən edilərək, İddiaçı icarə hüququ əsasında 15 il müddətinə icarəsinə ayrılan kənd təsərrüfatı təyinatlı 1.3 ha torpaq sahəsinin hal-hazırda "Aztəsərrüfat MMC-nin istifadəsində olan torpaq sahəsi olduğu müəyyən edilmişdir. Həmin rəyə əlavə olunmuş rəyin tərtib edilməsi üçün ekspertiza məlumatından görünür ki, ekspertiza xərci 100,00 manat təşkil edir. Məhkəmə tərəfindən iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********23 saylı, xx.xx.2018-ci il tarixli çıxarışa əsasən Salyan rayonu Qızılağac kəndində yerləşən 1.3 ha ehtiyat fondu torpaq sahəsinin Salyan rayonu, Qızılağac Bələdiyyəsinə tam mülkiyyət hüququ ilə məxsus olması rəsmiləşdirilmişdir. İddiaçı 26 iyul 2018-ci il tarixdə keçirilmiş Salyan rayonu Qızılağac kəndində yerləşən 1.3 ha ehtiyat fondu torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı hərracın qalibi olmuş və həmin torpaq sahəsi icarə müqaviləsi ilə İddiaçı xx.xx.2033cü il tarixə qədər icarəyə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Həmin Məcəllənin 706.2-ci maddəsinə əsasən, torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Həmin Məcəllənin 719.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin 1-ci hissəsinə əsasən, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. 4-cü hissəyə görə icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111-ci maddəsinin 3-cü bəndinə əsasən, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin “İnsan Hüquqlarının və X1 haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından “mülkiyyət” və “əmlak” anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından “mülkiyyət” və “əmlak” anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə, yuxarıda sadalanan qanunvericilik normalarına əsasən, məhkəmə belə hesab edir ki, Salyan rayonu Qızılağac kəndində yerləşən və Salyan rayonu, Qızılağac Bələdiyyəsinə tam mülkiyyət hüququ ilə məxsus olan 1.3 ha ehtiyat fondu torpaq sahəsi xx.xx.2018-ci il tarixdən xx.xx.2033-cü il tarixə qədər olan müddət ərzində icarəsində olması - qanuni sahiblik və istifadə hüququnun olması müəyyən olunur. Buna baxmayaraq Cavabdeh MMC tərəfindən həmin torpaq sahəsi qanunsuz olaraq zəbt edilmiş və həmin torpaq sahəsindən İddiaçı istifadəsinə maneçilik törədilərək onlar tərəfindən həmin torpaq sahəsi istifadə edilmişdir. İddia tələbinin torpaq sahəsinə müdaxilənin cavabdehlə birlikdə digər şəxslərə də qadağan edilməsi hissəsinə münasibətdə isə məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, prosessual qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar və iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Hazırki halda isə iddia tələbində “digər şəxslər” qeyd edilməklə cavabdehlərin dairəsi konkret müəyyən edilməmiş, bu halda qeyri-müəyyən şəxslərə münasibətdə iddia tələbinin təmin edilməsi mümkün deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Salyan rayonu, Qızılağac kəndində yerləşən 1.3 ha torpaq sahəsi Cavabdeh MMC-nin qeyri-qanuni sahibliyindən götürülməli, həmin torpaq sahəsi tamamilə boşaldılaraq iddiaçıya təhvil verilməli və torpaq sahəsindən istifadəyə yönəlmiş maneələr aradan qaldırılaraq torpaq sahəsinə müdaxilə cavabdehə qadağan edilməlidir. Yuxarıdakılara əsasən, MPM-in 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Salyan rayonu, Qızılağac kəndində yerləşən 1.3 ha torpaq sahəsi Cavabdeh MMCnin qeyri-qanuni sahibliyindən götürülsün, həmin torpaq sahəsi tamamilə boşaldılaraq iddiaçıya təhvil verilsin və torpaq sahəsindən istifadəyə yönəlmiş maneələr aradan qaldırılaraq torpaq sahəsinə müdaxilə cavabdehə qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-99/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-99/2025
06.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver