Məhkəmə qərarları › İş №2(057)-993/2023

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-993/2023

05.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-993/2023 05.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Məmmədli Ənnağı Əbdül oğlu, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı, tək anadan doğulmağı faktının müəyyən edilməsi və doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.2024-cü il, doğum yerinin Salyan şəhəri, adının Ərizəçi,ata adının X3, ana adının xx.xx.1968-ci ildə Masallı çəhərində anadan olmuş X2, valideyinlərinin milliyətinin Azərbaycanlı yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi öz ərizəsini onunla əsaslandırır ki, mən Ərizəçi xx.xx.2004-cü ildə Salyan şəhərində, anadan olmuşam. Lakin doğumum tibb müəssisəsindən kənarda, ev şəraitində baş verdiyi üçün doğumum barədə tibbi şəhadətnamə verilməmiş və bu səbəbdən doğum faktının dövlət qeydiyyatına alınması təmin edilməmişdir. Göstərilənlərə əsasən, tək anadan (nikahdan kənar) doğulmağı faktının müəyyən edilməsi və doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.2024-cü il, doğum yerinin Salyan şəhəri, adının Ərizəçi, ata adının X3, ana adının xx.xx.1968-ci ildə Masallı şəhərində anadan olmuş X2, valideyinlərinin milliyətinin Azərbaycanlı yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beləliklə hesab edirəm ki, ərizənin forma və məzmununa riayət olunmamış, ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamaq mümkün olmadığından, həmin şəxsin kimliyi müəyyən edilmədiyi üçün ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Ərizənin məzmunundan görünür ki, ərizə Ərizəçi adından tərtib olunsa da əslində ad, soyad və ata adı qeydiyyata alınmamış, yəni xəyalidi. Həmçinin ərizə imzalansa da imzalayan şəxsin adı, soyadı göstərilməmiş, imzalanma tarixi qeyd olunmamışdır. Ərizəçi anası X1 vətəndaş Namiq Sakit oğlu adlı şəxslə qeyri-rəsmi nikahda olduğunu və onların faktiki nikah münasibətindən doğulduğunu, atasının onları tərk edib getdiyini, hazırda onun harda yaşamasını bilmədiyini qeyd etsə də bu barədə heç bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə ərizəçinin diqqətinə catdırmağı zəruri hesab edir ki, xx.xx.1968-ci ildə Masallı şəhərində anadan olmuş X2 müvafiq sübutları topladıqdan sonra ərizə ilə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1.-ci maddəsinə əsasən hakim iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, ərizə MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən, ərizənin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Odur ki, ərizəsi geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra məhkəməyə ikinci dəfə müraciət etmək hüququnun olması izah olunsun. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar