Məhkəmə qərarları › İş №2(057)-995/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-995/2024

20.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-995/2024 20.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi Məhkəmə iclas katibi Asif Xanoğlan oğlu Zamanovun katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi “atalıq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi rayon məhkəməsinə verdiyi iddia ərizəsində 1900-cı ildə Salyan rayonunun Noxudlu kəndində anadan olmuş X2, onun yəni xx xxxxxx 1952-ci ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olmuş Ərizəçi atası olması faktının müəyyən edilməsi, doğum haqqında akt qeydinin ata bəndində atanın adının “Kazım”, soyadının “Novruzov”, ata adının “Məmməd”, doğum yerinin “Salyan rayonu Noxudlu kəndi” milliyətinin “azərbaycanlı”, ana bəndində ananın adı akt qeydində olduğu kimi “Tavad”, soyadının isə “Novruzova”, ata adının olduğu kimi “Musa”, doğum yerinin “Salyan rayonu Noxudlu kəndi” milliyətinin “azərbaycanlı” yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi bildirmişdir ki, xx xxxxxx 1952-ci il tarixdə doğulmuş, X4 atası, X7 isə anası olmuşdur. Atası 2004-cü, anası isə 1976-cı il tarixdə vəfat etmişlər. Doğum akt qeydində atasının adı qeyd olunmamışdır. Valideynlərinin rəsmi nikahları 16 iyun 1960-cı ildə qeydə alınmışdır. Ailədə üç uşaq olmuşlar. X1 1947-ci ildə anadan olmuş, 2019-cu il tarixdə vəfat etmişdir. Bacısı Ağaşova (Novruzova) Fatma Kazım qızı 1950-ci ildə anadan olmuş, hal-hazırda Noxudlu kəndində yaşayır. Ev və torpaq sahəsi atasının adına olmuş, həmin mülklərin sənədləşdirilməsinin vacib olduğundan ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Məhkəmədə elan olunmuş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1952-ci il tarixdə Sabirabad rayonu Çölbeşdəli kəndində anadan olmuş doğum akt qeydində ata qrafası boş göstərilmiş, ana qrafasında isə X5 qeyd edilmişdir. Evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X9 arasında nikah 16 iyun 1960-cı il tarixdə Salyan rayon Arbatan kənd İƏN-li tərəfindən 39 nömrəli akt qeydi əsasında rəsmiləşdirilmişdir. Sabirabad rayon Qeydiyyat Şöbəsinin rəisi Elnur Ağayev tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, X6 xx.xx.1950-ci il tarixdə Sabirabad rayonu Çölbeşdəli kəndində anadan olmuş, bu barədə Sabirabad rayonu Çölbeşdəli kənd İƏN-də xx.xx.1950-ci il tarixdə 31№-li doğum haqqında akt qeydində ata qrafası boş göstərilmiş, ana qrafasında isə X7 qeyd edilmişdir. Sabirabad rayon Qeydiyyat Şöbəsinin rəisi Elnur Ağayev tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, X4 xx.xx.2004-cü il tarixdə ölmüş, bu barədə ölüm haqqında xx.xx.2004-cü il tarixli 21 №-li akt qeydi tərtib olunmuşdur. Sabirabad rayon Qeydiyyat Şöbəsinin rəisi Elnur Ağayev tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, X7 xx.xx.1976-cı il tarixdə ölmüş, bu barədə ölüm haqqında xx.xx.1976-cı il tarixli 33 №-li akt qeydi tərtib olunmuşdur. Sabirabad rayon Qeydiyyat Şöbəsinin rəisi Elnur Ağayev tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, X8 xx.xx.2019-cu il tarixdə ölmüş, bu barədə ölüm haqqında xx.xx.2019-cı il tarixli 101 №-li akt qeydi tərtib olunmuşdur. Salyan rayon Aşağı Noxudlu kənd İƏN-si Ş.Sadıqov tərəfindən verilmiş xx.xx.2024cü il tarixli arayışdan görünür ki, X4 xx.xx.2004-cü il tarixdə vəfat etmiş, mərhumun X8, Ərizəçi və Ağaşova (Novruzova) Fatma Kazım qızı adında ailə üzvləri vardır. Salyan rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli 2(057)-670/2024 saylı qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, ərizəçi X3 01 yanvar 1951-ci il tarixdə Salyan rayonu, Noxudlu kəndində anadan olması, miliyyəti azərbaycanlı, atasının X4 milliyyəti azərbaycanlı, anasının X7 - milliyyəti azərbaycanlı olması faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Mcəlləsinin 44.1-ci maddəsində qeyd olunmuşdur ki, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. 44.2. Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. 44.3. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. 44.4. Ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur. 44.5. Atalığın müəyyən olunması haqqında birgə ərizə verməyin uşağın doğulmasından sonra qeyri-mümkünlüyü və ya çətinliyi güman olunduğu hallarda gələcək uşağın öz aralarında nikahda olmayan valideynləri bu ərizəni müvafiq icra hakimiyyəti orqanına ananın hamiləliyi dövründə vermək hüququna malikdirlər. Uşağın valideynləri haqqında qeyd uşaq doğulduqdan sonra aparılır. 44.6. Yetkinlik yaşına çatmış şəxs barədə atalığın müəyyən olunmasına yalnız onun razılığı ilə, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir. 45.1. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. 45.2. Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 1900-cı ildə Salyan rayonunun Noxudlu kəndində anadan olmuş X4 xx xxxxxx 1952ci ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olmuş Ərizəçi atası olması faktının müəyyən edilsin, doğum akt qeydində ata qrafasında atanın adı X4, doğum yeri “Salyan rayonu Noxudlu kəndi”, milliyəti “azərbaycanlı”, ana qrafasında ananın adı X7, doğum yeri “Salyan rayonu Noxudlu kəndi”, milliyəti “azərbaycanlı” qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar