Məhkəmə qərarları › İş №2(058)-1036/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1036/2023

06.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1036/2023 06.11.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X19 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi (vəkil) X9 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 maraqlı şəxslər Gəncə "Asan Xidmət" mərkəzinin notariat kontoruna, Gəncə şəhər 2 saylı notariat ofisinə və Maraqlı şəxs2nə qarşı “alqı-satqı müqavilələrin və çıxarışların qismən ləğv edilməsi, torpaq sahəsi üzərində onun və ailə üzvlərinin mülkiyyət hüququnun tanınması və torpaq sahəsinin mülkiyyətinə və sahibliyinə qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 maraqlı şəxslər Gəncə "Asan Xidmət" mərkəzinin notariat kontoruna, Gəncə şəhər 2 saylı notariat ofisinə və Maraqlı şəxs2nə qarşı “alqı-satqı müqavilələrin və çıxarışların qismən ləğv edilməsi, torpaq sahəsi üzərində onun və ailə üzvlərinin mülkiyyət hüququnun tanınması və torpaq sahəsinin mülkiyyətinə və sahibliyinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Maraqlı şəxs3ndə Notariat Kontorunun xx.xx.2016-cı il tarixli 4Ə-1731 reyestr nömrəli, 4Ə-1730 reyestr nömrəli və 1732 reyestr nömrəli, Gəncə 2 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 4Ə-824 reyestr nömrəli alqı-satqı müqavilələrinin və 2.0686 ha torpaq sahəsinə dair Cavabdeh2 verilmiş xx.xx.2016-cı il tarixli **********57 reyestr nömrəli çıxarışın, Gəncə şəhər 2 saylı notariat ofisinin xx.xx.2022-ci tarixli 4Ə-824 reyestr nömrəli alqı-satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 verilmiş xx.xx.2022-ci il tarixli **********57 reyestr nömrəli çıxarışın qismən 0.3144 ha torpaq sahəsi hissəsində ləğv edilməsi və 0.3144 ha torpaq sahəsi üzərində onun və ailə üzvlərinin mülkiyyət hüququ tanınmaqla mülkiyyətlərinə və sahibliklərinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona və onun 7 nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə Samux rayon Aqrar İslahat Komissiyasının 10 fevral 1999-cu il tarixli 03 nömrəli qərarı ilə 2.35 ha pay torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə dair onlara JN 293 (KOD ********) nömrəli “Torpağa Mülkiyyət hüququna dair” dövlət aktı verilmişdir. Dövlət Aktı üç konturdan (293Z-0.1149 ha, 293C-0.3144 ha, 293-1.9181 ha) ibarət olmuşdur. Cavabdehlərdən Cavabdeh2 2016-cı ildə onların torpaq sahəsi ilə qonşu olan, cəmi 2.0686 ha torpaq sahələrini başqa şəxslərdən satın almış və Gəncə Maraqlı şəxs3ndə Notariat Kontorunun xx.xx.2016-cı il tarixli 4Ə-1731 reyestr nömrəli, 4Ə-1730 reyestr nömrəli və 1732 reyestr nömrəli alqı-satqı müqavilələri bağlanmışdır. Həmin vaxt Cavabdeh2 DƏDKR publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin işçiləri ilə əlaqəyə girərək onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin 293C kontorunda yerləşən 0.3144 ha torpaq sahəsində döngə nöqtələrinin üstünə vuraraq alqı-satqı ilə aldığı torpaq sahəsi kimi göstərərək həmin alqı-satqı predmeti olan torpaq sahələrini almış və bundan sonra həmin torpaq sahəsinə dair 30 iyul 2016-cı il tarixli **********57 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı” haqqında çıxarış almışdır. Bundan sonra Cavabdeh2 həmin torpaq sahəsini Gəncə şəhər 2 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli 4Ə-824 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən digər Cavabdeh1 satmış, Cavabdeh1 həmin torpaq sahəsinə dair xx.xx.2022-ci tarixli **********57 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı” haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hüquqdan sui-istifadə edərək onun və ailə üzvlərinin mülkiyyətində olan, onlara verilən torpaq sahəsinin 293C kontorunda yerləşən 0.3144 ha torpaq sahəsinin üstünə aldıqları torpaq sahələrinin döngə nöqtələrini qanunsuz vurduraraq faktiki olaraq onun və ailə üzvlərinin mülkiyyətində olan 0.3144 ha torpaq sahəsini qanunsuz olaraq mülkiyyətlərinə keçirməklə onları mülkiyyətlərindən məhrum etmişlər. Hazırda 1999-cu ildən onların mülkiyyətinə verilmiş 0.3144 ha toraq sahəsi Cavabdeh1 mülkiyyətinə keçmiş, 2.0686 ha torpaq sahəsinin içərisində yerləşməklə, cavabdeh tərəfindən istifadə edilməklə, faktiki olaraq onlar 0.3144 ha torpaq üzərində istifadə, sahiblik və sərəncam hüququndan məhrum olmuşlar. İş üzrə cavabdehlər mülki hüquqdan sui-istifadə etmək yolu ilə onun və ailə üzvlərinin 1999-cu ildən qanuni yolla mülkiyyətlərinə verilmiş 0.3144 ha torpaq sahəsini qanunsuz yolla özgəninkiləşdirib qanunsuz sahiblik etdiklərinə görə qeyd olunan alqı-satqı müqavilələri və çıxarışlar qismən 0.3144 ha torpaq sahəsi hissəsində ləğv edilməklə, 0.3144 ha torpaq sahəsi üzərində onun və ailə üzvlərinin mülkiyyət hüquqları tanınmaqla, onların mülkiyyətlərinə qaytarılmalıdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2, maraqlı şəxslər Gəncə "Asan Xidmət" mərkəzinin notariat kontorunun, Gəncə şəhər 2 saylı notariat ofisinin və Maraqlı şəxs2 nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Maraqlı şəxs 1 saylı Gəncə Regional Maraqlı şəxs3ndə notariat ofisinin notariusu xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş və məhkəmə tərəfindən qanuna uyğun çıxarılacaq hər hansı bir qərara heç bir etirazı olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 və maraqlı şəxslər Gəncə "Asan Xidmət" mərkəzinin notariat kontorunun, Gəncə şəhər 2 saylı notariat ofisinin və Maraqlı şəxs2 nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Maraqlı şəxs2 tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı ünvanlanmış məktubdan görünür ki, Samux rayonu, Ziyadlı kəndində yerləşən torpaq sahəsinə dair JN-293 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının arxiv sənədlərinin surətinin verilməsi barədə 13 iyun 2023-cü il tarixli, **********, 3-21-3-33/1-Z-0019-8/2023 nömrəli müraciətə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmış, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsi tərəfindən Samux rayonu, Ziyadlı kəndində yerləşən 2.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN-293, KOD 50707028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı İddiaçı və onun digər altı nəfər ailə üzvlərinin adlarına işlənilmişdir. Samux rayonu, Ziyadlı kəndində yerləşən yuxarıda qeyd edilən Dövlət aktında göstərilən torpaq sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 14 iyul 2022-ci il tarixli, **********, ********** və ********** qeydiyyat nömrəli ərizələrinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Aparılan araşdırma zamanı torpaq sahələrinə dair təqdim edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-293 nömrəli dövlət aktında qeyd edilən hüquq sahiblərindən birinin xarici ölkə vətəndaşı olduğu, həmçinin, torpaq sahələrinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizələrin icrası mümkün olmamış, bu barədə **********99 nömrəli bildiriş verilmişdir. xx.xx.1999-cu il tarixli JN-260 KOD 50707028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Samux rayonu, Ziyadlı kənd sakinləri X10 və X5 Samux rayonu Aqrar İslahat Komissiyasının 10 fevral 1999-cu il tarixli 03 nömrəli qərarı ilə 1.24 hektar torpaq sahəsi verilmişdir. xx.xx.2016-cı il tarixli çıxarışın surətindən görünür ki, Samux rayonu, Ziyadlı kəndində yerləşən 0.1796 ha torpaq sahəsi ümumi birgə pay üzrə X10 və X5 məxsus olmuşdur. xx.xx.2016-cı il tarixli 4Ə-1732 reyestr nömrəli torpaq sahəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, X13 və X1 rayonu, Ziyadlı kəndində yerləşən ümumi sahəsi 0.1796 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara məxsus hissəsindən 0.1796 ha hissəsini Cavabdeh2 400 (dörd yüz) manata satmışlar. xx.xx.1999-cu il tarixli JN-0326 KOD 50707028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Samux rayonu, Ziyadlı kənd sakinləri X11 və X6 Samux rayonu Aqrar İslahat Komissiyasının 10 fevral 1999-cu il tarixli 03 nömrəli qərarı ilə 2.32 hektar torpaq sahəsi verilmişdir. xx.xx.2016-cı il tarixli çıxarışın surətindən görünür ki, Samux rayonu, Ziyadlı kəndində yerləşən 1.0227 ha torpaq sahəsi ümumi birgə pay üzrə X11 və X6 məxsus olmuşdur. xx.xx.2016-cı il tarixli 4Ə-1731 reyestr nömrəli torpaq sahəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, X15 və X2 rayonu, Ziyadlı kəndində yerləşən ümumi sahəsi 1.0227 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara məxsus hissəsindən 1.0227 ha hissəsini Cavabdeh2 3500 (üç min beş yüz) manata satmışlar. xx.xx.2016-cı il tarixli çıxarışın surətindən görünür ki, Samux rayonu, Ziyadlı kəndində yerləşən 0.8663 ha torpaq sahəsi ümumi birgə pay üzrə X11 və X6 məxsus olmuşdur. xx.xx.2016-cı il tarixli 4Ə-1730 reyestr nömrəli- torpaq sahəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, X15 və X2 rayonu, Ziyadlı kəndində yerləşən ümumi sahəsi 0.8663 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara məxsus hissəsindən 0.8663 ha hissəsini Cavabdeh2 2500 (iki min beş yüz) manata satmışlar. xx.xx.2016-cı il tarixli çıxarışın surətindən görünür ki, Samux rayonu, Ziyadlı kəndində yerləşən 2.0686 ha torpaq sahəsi Cavabdeh2 məxsus olmuşdur. xx.xx.2022-ci il tarixli 4Ə-824 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Samux rayonu, Ziyadlı kəndində yerləşən ümumi sahəsi 2.0686 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 2.0686 ha hissəsini Cavabdeh1 4000 (dörd min) manata satmışdır. xx.xx.2022 il tarixli çıxarışın surətindən görünür ki, Samux rayonu, Ziyadlı kəndində yerləşən 2.0686 ha torpaq sahəsi Cavabdeh1 məxsusdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.1999-cu il tarixli JN-260 KOD 50707028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə, Samux rayonu, Ziyadlı kənd sakinləri X10 və X5 Samux rayonu Aqrar İslahat Komissiyasının 10 fevral 1999-cu il tarixli 03 nömrəli qərarı ilə 1.24 hektar torpaq sahəsi verilmişdir. Samux rayonu, Ziyadlı kəndində yerləşən 0.1796 ha torpaq sahəsi ümumi birgə mülkiyyət kimi X13 və X3 hüquqlarının qeyd alınmasına dair xx.xx.2016-cı il tarixli çıxarış verilmişdir. Bundan sonra xx.xx.2016-cı il tarixli 4Ə-1732 reyestr nömrəli torpaq sahəsinin alqı-satqı müqaviləsi ilə, X13 və X1 rayonu, Ziyadlı kəndində yerləşən ümumi sahəsi 0.1796 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara məxsus hissəsindən 0.1796 ha hissəsini Cavabdeh2 400 (dörd yüz) manata satmışlar. Daha sonra müəyyən edilmişdir ki, xx.xx.1999-cu il tarixli JN-0326 KOD 50707028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə, Samux rayonu, Ziyadlı kənd sakinləri X11 və X6 Samux rayonu Aqrar İslahat Komissiyasının 10 fevral 1999-cu il tarixli 03 nömrəli qərarı ilə 2.32 hektar torpaq sahəsi verilmişdir. Samux rayonu, Ziyadlı kəndində yerləşən 1.0227 ha torpaq sahəsi ümumi birgə mülkiyyət kimi X11 və X4 adına hüquqlarının qeyd alınmasına dair xx.xx.2016-cı il tarixli çıxarış verilmişdir. Bundan sonra xx.xx.2016-cı il tarixli 4Ə-1731 reyestr nömrəli torpaq sahəsinin alqı-satqı müqaviləsi ilə, X15 və X2 rayonu, Ziyadlı kəndində yerləşən ümumi sahəsi 1.0227 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara məxsus hissəsindən 1.0227 ha hissəsini Cavabdeh2 3500 (üç min beş yüz) manata satmışlar. Daha sonra müəyyən edilmişdir ki, xx.xx.2016-cı il tarixli 4Ə-1730 reyestr nömrəli torpaq sahəsinin alqı-satqı müqaviləsi ilə, X15 və X2 rayonu, Ziyadlı kəndində yerləşən ümumi sahəsi 0.8663 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara məxsus hissəsindən 0.8663 ha hissəsini Cavabdeh2 2500 (iki min beş yüz) manata satmışlar. Bundan sonra xx.xx.2022-ci il tarixli 4Ə-824 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi iə, Cavabdeh2 Samux rayonu, Ziyadlı kəndində yerləşən ümumi sahəsi 2.0686 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 2.0686 ha hissəsini Cavabdeh1 4000 (dörd min) manata satmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iddiaçı tərəfin yuxarıda qeyd edilən alqı-satqı müqavilələrini mübahisələndirmək hüququ olmamışdır. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki qanunvericilik daşınmaz əmlak üzərində mülkiyyət hüququ əldə etmənin yollarından biri kimi, mülki hüquq münasibətləri subyektlərinin belə əmlakla bağlı müxtəlif əqdlər, o cümlədən alqı-satqı müqavilələri bağlama imkanlarını nəzərdə tutur. Belə münasibətlərin və ondan doğan nəticələrin qanuniliyini, sabitliyi və davamlılığını təmin etməkdən ötrü qanunverici adı çəkilən əqdlə bağlı bir sıra şərtlər də irəli sürür. Bu şərtlərin məcmu halında mahiyyəti ondan ibarətdir ki, daşınmaz əmlak üzərində qanuni əsaslarla yaranmış mülkiyyət hüququnu Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyatdan keçirmiş mülkiyyətçi onu öz iradəsi daxilində digər şəxslərə sərbəst surətdə bağladığı alqı-satqı müqaviləsi ilə sata bilər. Daşınmaz əmlakın alqı-satqı müqaviləsi elə bir zəruri vasitədir ki, onun köməyilə əmtəəpul dövriyyəsi sferasında yaranan ictimai münasibətlərin geniş dairəsi qaydaya salınır, tənzimlənir və bu yolla həmin ictimai münasibətlərdəki sabitlik və dayanıqlılıq təmin edilir. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz İddiaçı alqı satqı müqaviləsinin tərəfi deyil. Ümumi qaydaya görə müqaviləni mübahisələndirmək hüququ müqavilə tərəflərinə aid olan hüquqdur. “Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir”. “Müqavilənin digər tərəfinə” ifadəsinin işlədilməsi ona işarə edir ki, müqaviləni mübahisələndirmək hüququ müqavilənin tərəflərinə aiddir. Belə ki, “müqavilənin digər tərəfinə” ifadəsi müqavilənin əks tərəfinə nəzərən işlədilən ifadədir. Yəni müqavilənin mübahisə edilməsi üçün müqavilənin bir tərəfi müqavilənin digər tərəfinə iradə ifadəsini bildirməlidir. Əgər müqaviləni mübahisələndirmək hüququ müqavilənin tərəfi olmayan şəxslərə də aid olsaydı, bu halda qanunverici “müqavilənin digər tərəfinə” deyil, “müqavilənin tərəflərinə” ifadəsini işlədərdi. Yəni müqaviləni mübahisələndirmək niyyətində olan istənilən şəxs müqavilənin tərəflərinə iradə ifadəsini bildirməlidir. Ona görə də hesab olunur ki, qanunverici “müqavilənin digər tərəfinə” ifadəsini işlətməklə müqaviləni mübahisələndirmək hüququ olan subyektlərin dairəsini müəyyən edib. Bu qaydanın məntiqi ondan ibarətdir ki, müqavilə yalnız müqavilə tərəfi olan şəxslər üçün vəzifə (məcburi davranış qaydası) yaradır, müqavilə tərəfi olmayan şəxslər üçün isə müqavilənin vəzifə yaratması mümkün deyil, müqavilə onlar üçün yalnız hüquq (mümkün davranış qaydası) yarada bilər: məsələn, üçüncü şəxsin xeyrinə müqavilə (Mülki Məcəllə, maddə 403). Hüquq isə mümkün davranış qaydası olduğundan üçüncü şəxs həmin hüquqdan istifadə etməyə bilər və ya ondan imtina edə bilər. Ona görə də müqavilə tərəfi olmayan şəxsin müqaviləni mübahisələndirməsi yersizdir. Mülki Məcllənin 324.1-ci maddəsinə görə bütün əqdlər nəticə yaratmağa yönəlir, həmin nəticə isə ümumilikdə 3 yerə bölünür. - hüquq münasibəti əmələ gəlir; - hüquq münasibəti dəyişir; - hüquq münasibəti xitam olunur. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna 3 element daxildir: - münasibətin subyekti; - münasibətin obyekti; - münasibətin məzmunu. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna daxil olan 3 elementdən hər hansı birinin şəxsə aidiyyəti yoxdursa, həmin şəxs əqdi mübahisələndirmək hüququna malik olmur. Əks yanaşma ona səbəb ola bilər ki, ölkədə istənilən şəxs istənilən əqdi mübahisələndirə bilər. Beləliklə, əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququnun olduğunu müəyyən edən meyar əqdin əmələ gətirdiyi, dəyişdiyi və ya xitam etdiyi hüquq münasibətinin strukturuna daxil olan 3 elementdən heç olmasa birinin həmin şəxsə aid olmasıdır. Hazırkı işdə mübahisələndirilən müqavilə hüquq münasibətinin əmələ gəlməsinə yönəlmişdir. Belə ki, müqavilənin nəticəsi olaraq torpağı alanla satan arasında öhdəlik hüquq münasibəti əmələ gəlmişdir. Əmələ gələn münasibətinin strukturuna daxil olan 3 elementdən heç birinin iddiaçıya aidiyyəti yoxdur. Məhkəmə bunu aşağıda göstərilənlərlə izah edir: Birincisi, iddiaçı öhdəlik münasibətinin subyekti (alan və ya satan) deyil. İkincisi, iddiaçının, öhdəlik münasibətinin obyektinə (torpağa) aid olan hər hansı hüququ, vəzifəsi və ya qanuni mənafeyi yoxdur. Mövcud olmayan hüququn müdafiəsi tələb edə bilməz, hüququn müdafəsi üçün ya o, mövcud olmalı, ya da gözlənilən olmalıdır. Üçüncüsü, öhdəlik münasibətinin məzmununun (subyektiv hüquqların və hüquqi vəzifələrin) iddiaçıya hər hansı aidiyyəti yoxdur. Göründüyü kimi iddiaçının adı keçən müqavilələr üzrə tərəf olmadığından onu mübahisələndirmək hüququ olmamışdır. Bundan başqa məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir; Mübahisə predmeti olan xx.xx.1999-cu il tarixli JN-260 KOD 50707028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə, Samux rayonu, Ziyadlı kənd sakinləri X10 və X5 Samux rayonu Aqrar İslahat Komissiyasının 10 fevral 1999-cu il tarixli 03 nömrəli qərarı ilə 1.24 hektar torpaq sahəsi verilmişdir. Eyni zamanda xx.xx.1999-cu il tarixli JN-0326 KOD 50707028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə, Samux rayonu, Ziyadlı kənd sakinləri X11 və X6 Samux rayonu Aqrar İslahat Komissiyasının 10 fevral 1999-cu il tarixli 03 nömrəli qərarı ilə 2.32 hektar torpaq sahəsi verilmişdir. Məhkəmənin qənaətinə görə nə qədər ki, xx.xx.1999-cu il tarixli JN-260 KOD 50707028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə xx.xx.1999-cu il tarixli JN-0326 KOD 50707028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı qüvvədədir və mübahisələndirilməmişdir, yuxarıda qeyd edilən alqı-satqı müqavilələrinin ləğv edilməsinin iddiaçı üçün heç bir hüquqi nəticəsi olmayacaqdır. Belə ki, həmin müqavilələrin əsasını “Torpağa mülkiyyət hüququna dair” dövlət aktları təşkil edir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhkəmə daşınmaz əmlak barədə reyestrin məzmununun qeyridəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirir. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak əldə etmək istəyən şəxs əvvəlki mülkiyyətçinin və s. maraqlı şəxslərin qeydə dair etirazlarının olduğunu müəyyən etdikdə həmun əmlakı əldə etməkdən çəkinə bilər. Lakin işin faktiki hallarından da göründüyü kimi mübahisəli əmlakları əldə edən şəxs, yəni iş üzrə cavabdehdə belə bir etirazın olması barədə heç bir məlumat olmamış, həmin əmlaklarla bağlı dövlət reyestrini aparan orqanda etiraz, yüklülük və s. barədə heç bir rəsmi məlumat olmamışdır. Həmin torpaq sahələrini əldə edən şəxs (cavabdeh) də məhz daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək reyestr qeydiyyatını mötəbər sübut kimi qəbul etmişdir. Məhkəmə iddia tələbinin daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun tanınması barədə hissəsi ilə bağlı məhkəmə vurğulayır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 8.0 və 8.0..3-cü maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Cavabdeh2 verilmiş xx.xx.2016-cı il tarixli **********57 reyestr nömrəli çıxarışın və Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixli **********57 reyestr nömrəli çıxarış alqı-satqı müqaviləsi əsasında verildiyindən iddia tələbi həmin hissədə də təmin edilə bilməz. Beləliklə məhkəmə Mülki Məcəllənin ümumi yanaşmasını da nəzərə alaraq işin müəyyən edilmiş faktiki hallarını və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, Gəncə Maraqlı şəxs3ndə Notariat Kontorunun xx.xx.2016-cı il tarixli 4Ə-1731 reyestr nömrəli, 4Ə-1730 reyestr nömrəli və 4Ə-1732 reyestr nömrəli, Gəncə 2 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 4Ə-824 reyestr nömrəli alqı-satqı müqavilələrinin ləğv edilməsi üçün əsaslar mövcud olmadığından iddia təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 maraqlı şəxslər Gəncə "Asan Xidmət" mərkəzinin notariat kontoruna, Gəncə şəhər 2 saylı notariat ofisinə və Maraqlı şəxs2nə qarşı “alqı-satqı müqavilələrin və çıxarışların qismən ləğv edilməsi, torpaq sahəsi üzərində onun və ailə üzvlərinin mülkiyyət hüququnun tanınması və torpaq sahəsinin mülkiyyətinə və sahibliyinə qaytarılmasına” dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar