Məhkəmə qərarları › İş №2(058)-105/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-105/2023

30.01.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-105/2023 30.01.2023 SAMUX RAYON MƏKƏMƏSİ X4 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Samux rayon Əhmədbəyli kənd orta məktəbinə və Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair işə Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Samux rayon Əhmədbəyli kənd orta məktəbinə və Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 01 dekabr 2020-ci il tarixdən ödənilməmiş əmək haqqının, vurulmuş mənəvi və maddi zərərə görə isə 10000 manat alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, o,Samux Rayon Məhkəməsində Samux rayon E.İsgəndərov adına Əhmədbəyli tam orta məktəbə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddia qaldırmış və Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. O, Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən narazı qaldığı üçün apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Samux Rayon Məhkəməsinin 21.04. 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və o, işinə bərpa edilmişdir. Cavabdeh onu qanunsuz olaraq işdən çıxartdığı üçün onun işgüzar nüfuzuna xələl gətirməklə, ona maddi və mənəvi ziyan vurmuş, ona qarşı oln bu hərəkətlərin nəticəsində o, mənəvi və maddi iztirablar keşirmiş əsəbləri korlanmışdır. Bundan əlavə o, məhkəmələrdə vaxtını keçirmiş, bir neçə müddət işləməmiş, qanunsuz olaraq əmək haqqından məhrum edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədənn iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 nümayəndəsi X2 məhkəmə iclasında qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Samux rayon Əhmədbəyli kənd orta məktəbi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Samux rayon Əhmədbəyli kənd orta məktəbinin nümayəndəsibnin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. Məhkəmə iddiaçının və Cavabdeh2 nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(104)-1503/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Samux Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 2(058)-362 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh Samux rayon E.İsgəndərov adına Əhmədbəyli tam orta məktəbə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası təmin edilmiş, Samux rayon E.İsgəndərov adına Əhmədbəyli tam orta məktəbin direktoru E.Abbasovanın 01 dekabr 2020-ci il tarixi 47 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinə riyaziyyat-informatika müəllimi vəzifəsinə işə bərpa olunması qət edilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh2 Samux rayon Sektoru E.İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbin direktoru Etibar Abbasov tərəfindən Samux rayon İcra və Probasiya şöbəsinə ünvanladığı məktubda, ünvan 2əllimi İddiaçı xx.xx.2022-ci il tarixli 42/2 nömrəli məmrlə məktəbin müəllim kontingentinə daxil edildiyi bildirilmişdir. xx.xx.2022-ci il tarixli 47/2 nömrəli əmrdən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh2 Samux rayon Əhmədbəyli kənd orta məktəbin direktoru Etibar Abbasov, riyaziyyat informatika müəllimi İddiaçı barəsində olan xx.xx.2020-ci il tarixli 47 nömrəli əmrinin ləğv edilməsi və xx.xx.2022-ci il tarixdən əvvəlki işinə bərpa edilməsi barədə əmr imzalamışdır. xx.xx.2022-ci il tarixli əmək müqaqviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən Samux rayon Əhmədbəyli kənd orta məktəbində müddətsiz olaraq riyaziyyat müəllimi vəzifəsinə işə başlamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və onun tələblərinə görə tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Belə ki, qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Bununla da, məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilən zamanı cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş imperativ normaların tələbləri pozulmuşdur. Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iddia tələbinin, “cavabdehdən vurulmuş mənəvi və maddi zərərə görə 10000 (on min) manat alınıb ona verilməsi” hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbinin həmin hissədə təmin olunmamalıdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı 01 dekabr 2020-ci il tarixdən 28 sentyabr 2022-ci il tarixədək hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı 01 dekabr 2020-ci il tarixdən 28 sentyabr 2022-ci il tarixədək hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar