Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-1100/2023 21.07.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X1 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “qohumluq münasibətində olma faktına” dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən kecirib, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı “qohumluq münasibətində olma faktına” dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirilərkən müəyyən edildi ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, ərizənin məzmunundan və ərizəçinin xahişindən aydın olur ki, o, qohumluq münasibətində olma faktını müəyyən etmək istəməklə, məhkəmənin xüsusi icraat qaydasında baxmalı olduğu ərizə ilə müraciət etmək istəmiş, lakin xüsusi icraat qaydasında baxılmalı olan ərizələr üçün qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmuna əməl etməmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi ilə bağlı işlərlə bağlı isə qeyd olunmalıdır ki, qeyd olunan Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309-cu və 310-cu maddələrinə görə isə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Ərizədən göründüyü kimi, ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini istəsə də, bununla bağlı məhkəməyə təqdim etdiyi ərizə xüsusi icraat qaydasında baxılmalı olan ərizənin forma və məzmununa uyğun tərtib edilməmiş, faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu ərizədə göstərilməmiş, həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsinə dair sübutlar (müvafiq maraqlı şəxsin imtinası və s) ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, QƏRARAALDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “qohumluq münasibətində olma faktına” məzmunlu ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-1100/2023
Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-1100/2023
21.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver