Məhkəmə qərarları › İş №2(058)-112/2024

Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-112/2024

06.03.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-112/2024 06.03.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Tərifə Kərimova Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, Cavabdeh2 iştrakı ilə, İddiaçı “paylı mülkiyyətdəki torpaq payının kordinatlarının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı “paylı mülkiyyətdəki torpaq payının kordinatlarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi qeyri-dəqiq olduğundan məhkəmə tərəfindən iddiaçıya işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırması təklif olunaraq hazırlıq iclası təxirə salınmışdır. Lakin İddiaçı həmin nöqsanları aradan qaldırmamış, tələbin qeyri-dəqiq göstərildiyi eyni iddia ərizəsini yenidən məhkəməyə göndərmişdir. Belə olan halda məhkəmə heasb edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda., məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 259.0.11, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən, məhkəmə qəraraaldı: İddiaçı “paylı mülkiyyətdəki torpaq payının kordinatlarının müəyyən edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar