Məhkəmə qərarları › İş №2(058)-1134/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1134/2025

12.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1134/2025 12.03.2026 SAMUX RAYON MƏHKƏMƏSİ X15 Əhməd oğlunun sədrliyi, Əhmədli İnal Söhrab oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi-Vəkil, Maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyəti olan faktın müəyyən olunması” barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyəti olan faktın müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1974-cü ildə Ermənistan Respublikası, Abovyan rayonu, Zar kəndində doğulmuş Həsənova (İbrahimova) Çavraş Əlixan qızının doğumunun həmin rayonun VVAQ şöbəsində qeydə alınması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, iddiaçı Ərizəçi xx.xx.1974-cü il tarixdə Ermənistan Respublikası, Abovyan rayonu, Zar kəndində anadan olmuşdur, qızlıq soyadı İbrahimova olmuşdur. X2 ilə anası İbrahimova (Dadayeva) Xanımzər Teymur qızının birgə nikahdan dörd övladı doğulmuşdur. Ərizəçi 1974-cü ildə doğulduğu vaxtda ona yaşadıqları Abovyan rayon VVAQ orqanı tərəfindən erməni dilində doğum haqqında şəhadətnamə verilməklə, doğum qeydiyyatı aparılmışdır. 1980-ci ilin ortalarından onun valideynləri yaşayış yerini dəyişərək Azərbaycana köçmüşlər, Xanlar (hazırda Samux) rayonu, Seyidlər kəndinə yerləşmişlər. 1990-cı ildə Ərizəçi 16 yaşına çatması ilə əlaqədar həmin doğum şəhadətnaməsi əsasında Sovet pasportu verilmişdir. Həmin pasportun verilməsinə əsas olaraq onun doğum şəhadətnaməsi əsasında qeydiyyat aparılmışdır. O, xx.xx.1992ci ildə Samux rayonu, Seyidlər kənd sakini X14 ilə rəsmi nikaha girərək ailə həyatı qurmuş, Həsənova soyadını götürmüş və həmin vaxtdan hal-hazıradək həmin kənddə yaşayır. Onun doğum şəhadətnaməsi naməlum şəraitdə itmişdir. O, doğum haqqında şəhadətnamənin bərpası ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, cavabında ona Maraqlı şəxsndən imtina məktubu verilmiş, məhkəməyə müraciət etməsi izah edilmişdir. Ona görə də, onun doğumunun qeydə alınması faktının məhkəmə qaydasında müəyyən edilməsinə ehtiyac yaranmışdır. O, doğum şəhadətnaməsini itirmiş, doğumu barədə ilkin qeydiyyat sənədi Ermənistan Respublikasında saxlanıldığı üçün həmin sənədin dublikatını ala bilmir və bərpa etdirə bilmir, həmin şəhadətnamə isə ona vərəsəlik və digər hüquq münasibətlərinin qaydaya salınması üçün zəruridir. Ona görə, qeyd edilən qanun normalarının tələbinə əsasən həmin fakt, yəni onun doğumunun qeydə alınması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verdi və məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi-Vəkil ərizəyə uyğun izahat verdi və məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X4 ərizənin təmin olunmasına etiraz etmədi. Məhkəmə ərizəçinin, onun nümayəndəsinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirdi ki, ərizəçi onun qohumudur. O, həyat yoldaşı ilə Ermənistanda Çavraşgilə qonaq gedib-gəlmişdir, həmin vaxt Çavraşın və digərlərinin doğum şəhadətnaməsi olmuşdur, lakin Samux rayonuna gəldikdən sonra Çavraşın doğum şəhadətnaməsi itmişdir. Çavraşın atasının adı Əlixan olmuş, anasının adı isə Xanım olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş; Ərizəçi məxsus AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü il tarixdə Ermənistan Respublikasında doğulmuşdur. Vİ-ЖГ 274009 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə Həsənova (İbrahimova) Çavraş Əlixan qızının nikahları xx.xx.1992-ci il tarixdə 12 nömrəli akt qeydi ilə bağlanmışdır. 3-3446 qediyyat nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1972-ci il tarixdə Ermənistan Respublikası, Abovyan rayonu, Zar kəndində anadan olmuşdur. X3, anası-X5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 339-341-ci maddələrində təsbit olunmuşdur ki, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.2-ci maddəsinə əsasən itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Beləliklə, məhkəmə ərizəçinin, onun nümayəndəsinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, şahid ifadəsini və təqdim edilmiş sənədləri ətraflı, tam və obyektiv araşdıraraq, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək müəyyən etdi ki, Ərizəçi xx.xx.1974-cü il tarixdə Ermənistan Respublikasında anadan olmuşdur. Ərizəçi Ermənistan Respublikasından Azərbaycan Respublikasına gəlmiş və həmin vaxtdan da Samux rayonunda yaşayır. Ona görə də ərizəçi qeyd olunan sənədi məhkəmədən kənar qaydada başqa cür əldə edə bilməmiş və həmin sənədin müvafiq qeydiyyat orqanında dublikatının (təkrar) alınması və ya bərpası mümkün olmamışdır. Məhkəmə sonda işin müəyyən olunmuş hallarını və onlara tətbiq edilməli olan qanunvericilik müddəalarını rəhbər tutaraq hesab edir ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına aiddir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur və bu səbəblərdən də məhkəmə ərizəçinin xx.xx.1974-cü il tarixdə Ermənistan Respublikasında doğulması barədə doğum akt qeydinin bərpa edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 305-306, 307-311, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1974-cü il tarixdə Ermənistan Respublikasında doğulması barədə doğum haqqında akt qeydi bərpa edilsin. Doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar