Məhkəmə qərarları › İş №2(058)-1154/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1154/2023

19.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1154/2023 19.12.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X18 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, Ərizəçi Cəfərova (Quliyeva) Şəlalə Yaşar qızının maraqlı şəxslər Maraqlı şəxs1, X6, Maraqlı şəxs3, Quliyeva (Abbasova) Kəmalə Yaşar qızına və Maraqlı şəxs5 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Cəfərova (Quliyeva) Şəlalə Yaşar qızı maraqlı şəxslər Maraqlı şəxs1, X6, Maraqlı şəxs3, Quliyeva (Abbasova) Kəmalə Yaşar qızına və Maraqlı şəxs5 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X2 miras qalmış ünvan 1 ünvanda yerləşən əmlak üzərində vəsiyyət və qanun üzrə vərəsəlik hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ona miras qalmışdır. Həmin evdə qeydiyyatdadır və həmin ünvanda anadan olaraq yaşamış, lakin maraqlı şəxslər ona həmin əmlak üzərində vərəsəlik hüququnu həyata keçirməyinə imkan vermirlər. Atası X9 vəfat etmişdir. Qeyd olunan ev mərhum atası X4 adına qeydə alınmışdır. Mərhum atası X9 tərəfindən ona vəsiyyətnamə verilmişdir. Maraqlı şəxslər tərəfindən miras əmlak üzərində vərəsəlik hüququnun tanınması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Maraqlı şəxslər Maraqlı şəxs5 və Maraqlı şəxs3 mirası qəbul etməmələrinə baxmayaraq, ona miras əmlak üzərində olan hüquqlarını həyata keçirməyinə imkan vermirlər. Hazırda vərəsəlik hüququ üzrə mülkiyyət hüququnun pozulmasının qarşısını almaq üçün məhkəmə hüquq müdafiə vasitəsindən istifadə etmək məcburiyyətindədir. Ərizəçinin nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclasında ərizəyə uyğun izahat verdi. Məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq maraqlı şəxslər Maraqlı şəxs1, X8, Maraqlı şəxs3, Quliyeva (Abbasova) Kəmalə Yaşar qızı və Maraqlı şəxs5 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Gəncə X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 23020 nömrəi qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanda yerləşən yaşayış evi mülkiyyət hüququ əsasında 19.02.04-cü il tarixdə X4 adına qeydə alınmışdır. İş materiallarında olan Gəncə şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 32 nömrəli arayışdan görünür ki, Ərizəçi həqiqətən mərhum atası X7 məxsus ünvan 1 ünvanda qeydiyyatsız yaşayır. Mərhum X9 xx.xx.2014-cü ildə ölmüşdür və ölən günədək Sədi küçəsi, ev 31, mənzil 11 nömrəli ünvanda yaşamışdır. Mərhumun ölümündən sonra sağ qalan ailə üzvləri 1945-ci il təvəllüdlü arvadı Maraqlı şəxs1, 1970-ci il təvəllüdlü qızı Abbasova (Quliyeva) Kəmalə Yaşar qızından, 1971-ci il təvəllüdlü qızı Cəfərova (Quliyeva) Şəlalə Yaşar qızından, 1968-ci il təvəllüdlü oğlu X1 və 1975-ci il təvəllüdlü qızı Maraqlı şəxs3 ibarətdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli vəsiyyətnamədən görünür ki, ünvan 1 ünvanda yaşayan X9 ona məxsus olan Gəngə şəhəri, Sədi küçəsi, ev 31, mənzil 11-də olan evini Samux rayonu, Nəbiağalı qəsəbəsində yaşayan Ərizəçi vəsiyyət etmiş, başqa vərəsələri vərəsəlik hüququndan məhrum etmişdir. İş materiallarında olan Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, əri X4 xx.xx.2014-cü il tarixdə ölümündən sonra miras qalmış Gəncə şəhəri, Sədi küçəsi, ev 31, mənzil 11-də yerləşən mənzildən ona çatası 1/2 hissəyə dair mülkiyyət hüquqlarını rəsmiləşdirmək və mülkiyyət hüququ haqqında şəhadətnamə almaq istəmir. Gələcəkdə bu barədə hər hansı bir mübahisə yaranarsa bütün məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, əri X9 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Ölümündən sonra ona məxsus olan Gəncə şəhəri, Sədi küçəsi, ev 31, mənzil 11-də yerləşən miras əmlakdan Maraqlı şəxs1 çatası məcburi miras payını qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmiş və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəməmişdir. İş materiallarında olan Maraqlı şəxs4 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, atası X9 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Ölümündən sonra ona məxsus Gəncə şəhəri, Sədi küçəsi, ev 31, mənzil 11-də yerləşən miras əmlakdan Maraqlı şəxs4 çatası məcburi miras payını qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmiş və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəməmişdir. İş materiallarında olan X3 xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, atası X9 xx.xx.2014cü il tarixdə vəfat etmişdir. Ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus bütün miras əmlakdan X6 çatası miras payını (və ya məcburi miras payını) qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmiş və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəməmişdir. İş materiallarında olan Maraqlı şəxs3 ərizəsindən görünür ki, atası xx.xx.2014-cü ildə vəfat etmiş X4 ölümündən sonra vərəsəlik işinin açılmasında xəbərdardır, mirasın qəbul edilməsi müddətini ötürmüşdür, mirasın qəbulu müddətinin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. Miras əmlakının faktiki idarəçiliyini qəbul etməmiş, xx.xx.1971-ci il təvəllüdlü Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etmir. İş materiallarında olan Samux rayonu, Səfərəliyev qəsəbəsi VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə Cəfərova (Quliyeva) Şəlalə Yaşar qızının nikahları xx.xx.1992-ci il tarixdə bağlanmışdır. Məhkəmə hazırkı mübahisənin həlli zamanı miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq ediməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə qoyulduğuna görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçməlidir. Məhkəmə, hesab edir ki, miras qoyanın birinci növbəli vərəsələri qanunla müəyyən edilmiş qaydada və müddətdə mirası qəbul etmək üçün subyektiv vərəsəlik hüququna malikdir. Ona görə də mərhum X2 miras qalmış əmlaklar onun vərəsələrinə vəsiyyət üzrə vərəsəlik qaydasında keçməlidir. Məhkəmə iddianın miras əmlaka vərəsəliyin müəyyən edilməsi, vəsiyyət və qanun üzrə vərəsəlik hüququnun tanınması hissəsinə, vərəsələrin dairəsinin müəyyən edilməsi baxımından qiymət verərək hesab edir ki, mərhum X2 qalmış miras iş üzrə ərizəçi tərəfindən notariat ofisinə rəsmi ərizə verməklə qəbul edilmiş, həmçinin qanun üzrə mirası qəbul etmiş vərəsələr mirasın qəbulundan imtina etməklə qanunda nəzərdə tutulmuş qaydalara və şərtlərə uyğun olaraq mirasdan imtina etmişlər. Azərbaycan Respublikasının MM-nin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası MM-nin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ünvan 1 ünvanda yerləşən miras mənzil xx.xx.2014-cü il tarixdə vəfat etmiş X4 adınadır. Mərhum X4 vəfatından sonra miras qalmış Gəncə şəhəri, Sədi küçəsi, ev 31, mənzil 11 ünvanda yerləşən mənzil mərhumun qızı Ərizəçi tərəfindən faktiki olaraq qəbul edilmiş və X9 ünvan 1 ünvanda yerləşən miras mənzili Ərizəçi vəsiyyət etmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.2014-cü il tarixdə vəfat etmiş mərhum atası X4 vərəsəsi tanınmalı, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X2 miras qalmış ünvan 1 mənzilin üzərində Ərizəçi vərəsəlik hüququ tanınmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2014-cü il tarixdə vəfat etmiş X4 vəsiyyət və qanun üzrə vərəsəsi tanınsın. xx.xx.2014-cü il tarixdə vəfat etmiş X2 miras qalmış ünvan 1 ünvanda yerləşən miras mənzilə Ərizəçi vərəsəlik hüququ tanınsın. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar