Məhkəmə qərarları › İş №2(058)-1214/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1214/2023

31.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1214/2023 31.10.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X24 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, Samux rayonu, Əhmədbəyli kəndində xx.xx.2001-ci il tarixdə Turxan adlı oğlunun ev şəraitində anadan olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Samux rayonu, Əhmədbəyli kəndində anadan olmuşdur. 2000-ci ildə Firdovsi adında bir nəfərlə qeyri-rəsmi ailə qurmuş, birgə yaşadıqları müddətdə, yəni 17 dekabr 2001-ci ildə ev şəratində 1 (bir) oğlu olmuşdur. Bir müddət birlikdə yaşadıqdan sonra onlar ayrılmışlar. Hazırda həmin uşaqla birlikdə o, Samux rayonu, Əhmədbəyli kəndində yaşayır. O, həmin uşağa hazıradək heç bir sənəd almamış, belə ki, uşaq ev şəraitində doğulduğu üçün uşağa xəstəxana tərəfindən doğum haqqında şəhadətnamə verilməmiş və bu səbəbdən uşaq sənədsiz qalmışdır. 17 dekabr 2001-ci il təvəllüdlü oğlu 2007-ci ildə Gəncə şəhər 21 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olunmuş, xx.xx.2011-ci ilədək həmin məktəbdə oxumuş, lakin sənədi olmadığına görə həmin tarixdə məktəbdən çıxarılmışdır. Hazırda uşağın 21 yaşı tamam olmuş, heç bir sənədi yoxdur, hərbi xidmətə getməlidir, lakin doğum haqqında şəhadətnaməsi, həmçinin şəxsiyyət vəsiqəsi olmadığına görə heç bir dövlət orqanına müraciət edə bilmir. Bununla bağlı o, Samux rayonu Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ərizəsi Qeydiyyat şöbəsi tərəfindən təmin edilməmiş, ona hüquqları izah olunmaqla, məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Onun 17 dekabr 2001-ci il təvəllüdlü oğlu ev şəraitində doğulduğu üçün uşağa doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilməmiş, ona görə də məcbur olub məhkəməyə müraciət emişdir. Ərizəçi məhkəmə iclasında ərizəyə uyğun izahat verdi və məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs nümayəndəsi ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, o, Gəncə şəhər X10 ginekoloq-həkim işləyir. 2001-ci il tarixdə Ərizəçi müayinədən keçmək üçün onun evinə gəlmiş, müayinə zamanı müəyyən olmuşdur ki, ərizəçi artıq doğuşa hazır vəziyyətdədir. O, məcbur qalaraq ərizəçinin doğuşunu ev şəraitində etmişdir. Sonra o, ərizəçiyə təkidlə bildirmişdir ki, uşağın doğumu ilə bağlı xəstəxanaya müraciət edərək müvafiq sənədləri alsın, lakin ərizəçi onun dediklərinə məhəl qoymamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirdi ki, Ərizəçi onun doğma qızıdır. Ərizəçi iki dəfə ailə həyatı qurmuş, birinci ərinin adı Elşən olmuş, Elşəndən Elşanə adlı qızı doğulmuşdur. Sonradan Firdovsi adlı şəxslə qeyri-rəsmi yaşamış, Firdovsidən 17 dekabr 2001-ci il tarixdə Turxan adlı oğlu doğulmuşdur. Həmin vaxt Turxan ev şəraitində doğulmuş, qanunu bilmədikləri üçün Turxana doğum haqqında şəhadətnamə almamışlar. Bir daha təsdiq edir ki, 17 dekabr 2001-ci il tarixdə doğulmuş X4 atası Firdovsi, anası Ərizəçidır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, Ərizəçi onun doğma anasıdır. Anası Ərizəçi ilk dəfə onun atası ilə ailə həyatı qurmuş, sonradan ayrılmışlar, anası Firdovsi adlı şəxslə qeyri-rəsmi yaşamış, Firdovsidən onun ögey qardaşı X9 17 dekabr 2001-ci il tarixdə doğulmuşdur. Əlavə olaraq onu da qeyd etdi ki, o, ailə həyatı qurduqdan sonra soyadı dəyişərək “Ağakişiyeva” olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, Ərizəçi onun yaxın qonşusudur. Onların ailəvi münasibətləri vardır. Ərizəçinin qeyri-rəsmi yaşadığı şəxsdən 17 dekabr 2001-ci il tarixdə Turxan adlı uşağı anadan olmuşdur. Əlavə olaraq bildirdi ki, uşaq vaxtı Turxanı Rəfael adlı həkimin yanına aparmış, uşağa kirvə duraraq Turxanı sünnət etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçinin iki uşağı vardır - qızı Elşanə və oğlu Turxan. Turxan 2001-ci il tarixdə doğulmuşdur. O, həqiqətən təsdiq edir ki, 2001-ci il tarixdə doğulmuş Turxan ərizəçinin qeyri-rəsmi yaşadığı şəxsdən doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində şahid X7 ilə eyni məzmunlu ifadə verərək, X3 ifadəsini təsdiq etdi. Məhkəmə ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X5 İdarəsi 21 nömrəli tam orta məktəb tərəfindən verilmiş 25 aprel 2023-cü il tarixli arayışdan görünür ki, X9 həqiqətən 2007-ci tədris ilində Gəncə şəhər 21 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olmuş, dərsə davam etmədiyi üçün adı xx.xx.2011-ci il tarixli məktəbin 03 nömrəli protokoluna əsasən şagird siyahısından çıxarılmışdır. Samux rayon İHB-nın Əhmədbəyli kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 aprel 2023-cü il tarixli aktdan görünür ki, Samux rayonu, Əhmədbəyli kənd sakini Ərizəçi xx.xx.2001-ci il tarixdə ev şəraitində bir oğlan cinsli uşağı doğulmuşdur. Hazırda həmin uşaq anası ilə Samux rayonu, Əhmədbəyli kəndində yaşayır. Maraqlı şəxs tərəfindən verilmiş 27 aprel 2023-cü il tarixli məktubdan görünür ki, Ərizəçi Maraqlı şəxsnə müraciət etmiş, ərizəsinə baxılmış, məlum olmuşdur ki, Ərizəçi övladı 17 dekabr 2001-ci il tarixdə ev şəraitində doğulmuş, bununla bağlı hər hansı tibb müəssisəsinə müraciət edərək, doğum haqqında tibbi şəhadətnamə almamışdır. Ərizəçi yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Samux Rayon Azərbaycan Respublikası İcra Hakimiyyətinin başçısının Əhmədbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 may 2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2001-ci ildə anadan olmuş oğlan övladı X1 rayonu, Əhmədbəyli kəndində yaşayır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bəzi hallarda doğumun qeyd edilmə faktı şübhə yarada bilər. Arxivlərin məhv və ya əlçatmaz olması səbəbindən onu bərpa etmək mümkün deyldirsə həmin faktlar məhkəmə tərəfindən müəyyən edilə bilər. Bu işlər o halda qaldırılır ki, vətəndaşlıq aktlarını dövlət qeydiyyatına alan orqan zəruri sənədin dublikatını üzrlü səbəblərə (məsələn, arxivin məhv olması üzündən) görə verə bilmir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsində göstərilir ki, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideyinlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, uşağın valideyinlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 48-ci maddəsində göstərilir ki, bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideyinlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Həmin Məcəllənin 46.3-cü maddəsində göstərilir ki, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideyinlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Məhkəmə sonda işin müəyyən olunmuş hallarını və onlara tətbiq edilməli olan qanunvericilik müddəalarını rəhbər tutaraq hesab edir ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına aiddir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur və bu səbəblərdən də ərizə təmin edilərək, Turxan Abbasovun xx.xx.2001-ci il tarixdə Samux rayonu, Əhmədbəyli kəndində doğulması faktı müəyyən edilməli və akt qeydi açılmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi tərəfindən Samux rayonunda xx.xx.2001-ci il tarixdə Turxan Abbasov doğulmuşdur. Ərizəçi qeyri-rəsmi münasibətdə olduğu şəxs atalığı müəyyən etməkdən ötrü müvafiq qeydiyyat orqanına gedib ərizə yazmadığı üçün xx.xx.2001-ci tarixdə doğulmuş Turxana doğum haqqında şəhadətnamə alına bilməmişdir. Məhkəmə hesab edir ki, Turxan Abbasovun doğum faktı müəyyən olunmalı, Turxan Abbasovun xx.xx.2001-ci il tarixdə Samux rayonunda doğulması faktı müəyyən edilməklə, onun adına yeni doğum haqqında şəhadətnamə verilməli, doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi tərəfindən doğulmuş – Turxan Abbasovun xx.xx.2001-ci il tarixdə Samux rayonu, Əhmədbəyli kəndində doğulması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar