Məhkəmə qərarları › İş №2(058)-1234/2023

Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-1234/2023

24.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-1234/2023 24.08.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızı, Ərizəçi “doğum faktının müəyyən olunması” barədə ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək atası X2 xx.xx.1935-ci ildə doğulması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizəyə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iş materialları məhkəmə tərəfindən nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, ərizəçinin atası X3 məxsus olmuş pasport mövcuddur. Həmin pasportda X2 20 iyun 1935-ci il tarixdə Samux rayonunda doğulduğu qeyd olunmuşdur. Həmçinin iş materiallarından onun ölüm haqqında şəhadətnaməsinin də olduğu müəyyən edilir. X1 doğulması faktı müəyyəndir və onun doğulması faktının yenidən məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Ona görə də ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, məhkəmə ərizənin icraata qəbul olunmasından imtina edilməli olması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehlərə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi “doğum faktının müəyyən olunması” barədə ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar