Məhkəmə qərarları › İş №2(058)-1235/2023

Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-1235/2023

24.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-1235/2023 24.08.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızı, Ərizəçi daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq, müəyyənetdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmənin icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, ərizə və ona əlavə olunmuş sənədlərdən görünür ki, ərizəçi daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınmasına dair ərizə verməklə ona məxsus olan əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,04958 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun müəyyən olunmasını xahiş etmişdir. Lakin ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçiyə məxsus olan əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmaqla ərizəçinin istifadəsinə verilmişdir. Ərizəçi sadəcə onun tərəfindən 30 ildən artıqdır ki, fasiləsiz sahiblik etdiyini əsas gətirməklə belə bir ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 yanvar 2002-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə əldəetmə müddəti özgə əmlakından faktiki olaraq hüquqi əsas olmadan istifadə edilməsi hallarında tətbiq edilir. Bununla belə, daşınmaz əmlaka hüquqi əsaslarla (uzunmüddətli icarə müqaviləsi və s.) faktiki sahiblik edən şəxs barəsində əldəetmə müddəti tətbiq oluna bilməz. Həmçinin, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin təhlilindən görünür ki, həmin Məcəllənin 179-cu maddəsinin müddəalarının hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən əvvəlki müddətlərə şamil edilməmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin daşınmaz əmlaka mülkiyyət hüququnu əldəetmə müddətini müəyyənləşdirən 179-cu maddəsinin hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərinə tətbiq olunmalıdır. Məhkəmə ərizəçinin nəzərinə çatdırır ki, ona məxsus olan müəssisənin yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətində olduğundan ərizəçinin həmin torpağa dair hər hansı hüququnun tanınmasına dair bələdiyyəyə müraciət etmək, müraciəti səlahiyyətli orqan tərəfindən müsbət həll olunmadığı təqdirdə isə İnzibati Prosessual Məcəlləsinin tələblərinə əməl etməklə vəzifəli şəxsin hərəkət və yaxud hərəkətsizliyindən müvafiq inzibati məhkəməyə şikayət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2-ci və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Beləliklə məhkəmənin qənaətinə görə ki, ərizəçinin hazırkı tələbi məhkəmənin səlahiyyətinə aid deyil və ərizə yolverilməz əsaslarla məhkəməyə verilmişdir. Buna görə də ərizənin məhkəmənin icraatına qəbul olunmasından imtina olunmalı və ödənilmiş dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Ərizəçi daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar