Məhkəmə qərarları › İş №2(058)-124/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-124/2023

02.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-124/2023 02.02.2023 SAMUX RAYON MƏKƏMƏSİ X8 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizə ilə məhkəməyə müraciət edərək, o, Ərizəçi xx xxxxx 1971-ci il tarixdə Ermənistanın Ararat rayonunda anadan olması, doğumunun bərpa edilməsi, atasının X6, anası X2 olması, milliyyətinin Azərbaycanlı kimi qeyd edilməsi, yeni doğum haqqında akt qeydinin açılması və doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, o, xx.xx.1971-ci il tarixdə Ermənistanın Ararat rayonunda anadan olmuş və 1988-ci ildən Ermənistandan qaçqın düşəndən hal-hazıradək ailə üzvləri ilə birlikdə Samux rayon Qədili kəndində məskunlaşmışdır. Ermənistandan qaçqın düşərkən doğum haqqında şəhadətnaməsi orada qalmış və bu səbəbdən də şəxsiyyət vəsiqəsi ala bilməmişdir. Bununla da o, hüquqlarından istifadə edə bilməmişdir. Məhkəmədən ərizəsinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin iştirakı təmin edilməmişdir. Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış məktubda, məhkəmənin hazırlıq, baxış və digər iclaslarının onların nümayəndəsinin iştirakı olmadan baxılması və müvafiq qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Həsənov Vəkil Əli oğlu ifadəsində bildirdi ki, Ərizəçi onun doğma qardaşıdır. Ərizəçi xx.xx.1971-ci il tarixdə Ermənistanın Ararat rayonunda anadan olmuşdur. Onlar 1988-ci ildə Ermənistandan qaçqın düşərkən Ərizəçi məxsus bütün sənədlərlə birlikdə doğumu haqqında şəhadətnaməsi də Ermənistanda qalmışdır. Onların X3, anası X1r. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, Ərizəçi onun doğma qardaşıdır. Ərizəçi xx.xx.1971-ci il tarixdə Ermənistanın Ararat rayonunda anadan olmuşdur. Onlar 1988-ci ildə Ermənistandan qaçqın düşərkən Ərizəçi məxsus bütün sənədlərlə birlikdə doğumu haqqında şəhadətnaməsi də Ermənistanda qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, Ərizəçi onun əmisi oğludur. Ərizəçi xx.xx.1971-ci il tarixdə Ermənistanın Ararat rayonunda anadan olmuşdur. Ərizəçi X3, anası X1r. Samux rayon İcra Hakimiyyəti Başçısının Seyidlər kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 133 saylı arayışdan görünür ki, arayışda şəkli əks olunmuş - Ərizəçi xx.xx.1971-ci il tarixdə Ermənistanda doğulmuş və 1990-cı ildən halhazıradək Samux rayon Qədili kəndində yaşayır. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli 05/Q-15 nömrəli məktubda, onun həqiqətən xx xxxxx 1971-ci il tarixdə Ermənistan Respublikası Ararat rayonunda doğulması və Ərizəçi olması faktı məhkəmə qaydasında müəyyən olunmalı olduğundan, bu barədə məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. xx.xx.2022-ci il tarixdə Samux rayonu Seyidlər kəndində tərtib olunmuş Aktdan görünür ki, Ərizəçi1988-ci ildən hal-hazıradək Ermənistandan qaçqın kimi ailə üzvləri ilə birlikdə Samux rayonu, Qədili kəndində yaşayır, özünün və valideynlərinin deməsinə görə xx xxxxx 1971-ci il tarixdə anadan olmuş, Ermənistandan qaçqın düşərkən ona aid bütün sənədlər Ermənistanda yaşadığı evdə qalmışdır. xx.xx.2005-ci il tarixdə Samux rayonu Seyidli kənd icra nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X6 01 oktyabr 2004-cü il tarixdə vəfat etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bəzi hallarda doğumun qeyd edilmə faktı şübhə yarada bilər. Arxivlərin məhv və ya əlçatmaz olması səbəbindən onu bərpa etmək mümkün deyldirsə həmin faktlar məhkəmə tərəfindən müəyyən edilə bilər. Bu işlər o halda qaldırılır ki, vətəndaşlıq aktlarını dövlət qeydiyyatına alan orqan zəruri sənədin dublikatını üzrlü səbəblərə (məsələn, arxivin məhv olması üzündən) görə verə bilmir. Azərbaycan Respubliksı Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respubliksı Ailə Məcəlləsinin 162.2.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın 13 və 14-cü bəndlərinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi xx xxxxx 1971-ci il tarixdə Ermənistanın Ararat rayonunda anadan olmuşdur. X3, anası X1r. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Ərizəçi doğum akt qeydi bərpa olunmalı, Ərizəçi xx xxxxx 1971-ci il tarixdə Ermənistanın Ararat rayonunda anadan olması faktı müəyyən edilməklə onun adına yeni doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında X6, - ana qrafasında X2 - milliyəti - azərbaycanlı yazılmalı və yeni doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi doğum haqqında akt qeydi Maraqlı şəxsndə bərpa edilsin. Ərizəçi xx xxxxx 1971-ci il tarixdə Ermənistanın Ararat rayonunda anadan olması faktı müəyyən edilsin, ata qrafasında X6, ana qrafasında X2, milliyəti - azərbaycanlı kimi yazılmış doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat ərizəçiyə aid edilsin. Qətnamədən bir ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar