Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1273/2023 17.11.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxs Samux rayon Qeiydiyyat şöbəsinin nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi qohumuluq faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi xx.xx.2002-ci ildə vəfat etmiş X17 ilə qohumluq münasibətində (onun xalası olması) olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslanıdrılmışdır ki, onun mərhum xalası X17 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. X17 onun mərhum anası ilə ana bir, ata ayrı bacı olublar. Mərhum xalası M.Əliyeva nikahda olmamış, övladı olmamışdır. 1978-ci ildən xalasına o baxmışdır, ölümündən sonra isə o, xalasının dəfn və hüzün mərasiminin xərclərini çəkmişdir. Mərhum xalası M.Əliyevanın adına JN 0046(********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən pay torpaq sahəsi mövcuddur. M.Əliyevanın doğum haqqında şəhadətnaməsi yoxdur, buna görə də o, qeydiyyat şöbəsinə müraciət etmiş, həmin orqan ona M.Əliyevaya məxsus doğum haqqında şəhadətnamənin qeydiyyat şöbəsinin arxivində də mövcud olmadığı bildirilmişdir. Ona görə də X7 onun xalası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Samux rayon Qeiydiyyat şöbəsinin nümayəndəsi X6 izahat verərək bildirdiki, qeydiyyat şöbəsinin arxivində Vəliyeva (Rüstəmova) Gülzar Əsgər qızına və X9 məxsus doğum haqqında akt qeydi aşkar olunmamışdır. Ərizənin təmin olunmasına etirazı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 bildirdi ki, Ərizəçi onun qonşusudur. Mərhum X1 Qəməndər Mansur oğlunun xalası olub. X3 evli olmayıb, onun ailəsi və övladları olmadığından ona Qəmədər Vəliyev baxmışdır. M.Əliyeva təxminən 2002-ci ildə vəfat edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirdi ki, ərizəçi onun qonşusudur. O, Ərizəçi və X11 1970-ci ildən tanıyır. M.Əliyeva Ərizəçi xalası olub. Mələk xanım evli olmayıb, ailəsi və uşaqları olmadığından o, Qəməndərlə birlikdə yaşayıb. İş materiallarında olan AZ № 056547 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2002-ci il tarixdə Ziyadlı kəndində ölmüşdür. İş materiallarında olan Samux rayon Qeiydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X9 dair Samux rayon Qeiydiyyat şöbəsinin arxivində doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Samux rayon Qeiydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Vəliyeva (Rüstəmova) Gülzar Əsgər qızına dair Samux rayon Qeiydiyyat şöbəsinin arxivində doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş İ-ИЕ № 179240 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1956-cı il tarixdə doğulmuş Ərizəçi atası X18, anası X8r. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, aktı təsdiq edənlər X3nın ailə qurmadığını, nikahda olmadığını, övladının olmadığını və ona ölən günədək bacısı oğlu Ərizəçi Mənsur oğlunun baxdığını qeyd etmişlər. İş materiallarına əlavə olunmuş Samux rayonu Ziyadlı kənd icra nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi Samux rayonu Ziyadlı kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Saxux rayon İcra Hakimiyyəti Başçısının Ziyadlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ziyadlı kənd sakini olmuş X3nın valideynləri X19 və X4 1930-cu ildə vəfat ediblər. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin müəyyən ediməsini istədiyi faktın təsdiq edilməsi ərizəçiyə vərəsəlik üzrə hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı başqa qaydada alması qeyri-mümkündür. Belə ki, iş materiallarından göründüyü kimi, qeydiyyat şöbəsinin arxivində X9 və Vəliyeva (Rüstəmova) Gülzar Əsgər qızına məxsus doğum haqqında akt qeydləri aşkar olunmamışdır. Eyni zamanda iş materiallarındakı digər sənədlərlə və şahid ifadələri ilə müəyyən olunur ki, X17 ilə ərizəçinin anası Vəliyeva (Rüstəmova) Gülzar Əsgər qızı bacı olmuş, M.Əliyeva heç vaxt rəsmi və ya faktiki nikahda olmamış və övladı olmamış, onun valideynləri X19 və X5 1930-cu ildə vəfat etmişlər. Yəni, M.Əliyevanın birinci növbə vərəsələrindən heç kəs yoxdur. Ərizəçi isə onun ikinci növbə vərəsələri sırasından bacısı, mərhum G.Vəliyevanın (Rüstəmovanın) oğludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1 maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinə dair hüquqi əhəmiyyəti olan faktları müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli Plenumunun Qərarının 2-ci bəndində göstərilir ki, Məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündün sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə sonda işin müəyyən olunmuş hallarını və onlara tətbiq edilməli olan qanunvericilik müddəalarını rəhbər tutaraq hesab edir ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran qohumluq faktının müəyyən olunmasına aiddir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur və bu səbəblərdən də məhkəmə ərizənin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən etmişdir. Buna görə də qeyd olunanlara əsasən xx.xx.2002-ci ildə ölmüş X7 Ərizəçi anası xx.xx.2010-cu ildə ölmüş Vəliyeva (Rüstəmova) Gülzar Əsgər qızının bacısı olması faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.2002-ci ildə vəfat etmiş X7 xx.xx.2010-cu ildə ölmüş Vəliyeva (Rüstəmova) Gülzar Əsgər qızının bacısı olması faktı müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-1273/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1273/2023
17.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver