Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-129/2023 13.09.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X33 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı X11, Cavabdeh vəkili X4 iştirakı ilə, İddiaçı X11 cavabdehlər Cavabdeh, X23, X12, X17, X13, X2, X24 və X14 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X25 cavabdehlər Cavabdeh, X23, X12, X17, X13, X2, X24 və X14 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh Sərhəddin qızından, X18 və X5 Samux şəhər bələdiyyəsinə məxsus olan torpaq sahələrindən cavabdehlərin çıxarılması, cavabdehlər tərəfindən zəbt olunmuş həmin torpaq sahəsinə gediş-gəliş yolunun açılması və cavabdehlərin mülkiyyətində olan 250 ha torpaq sahəsini isitifadə etdiyi müddətdə 2655.35 manat məbləğində torpaq vergisinin cavabdehlərdən alınıb Samux şəhər Bələdiyyəsinin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər Samux şəhəri ərazisində vətəndaşlardan torpaq sahəsi almışlar və həmin torpaq sahəsini becərərkən Bələdiyyəyə məxsus olan yolları zəbt edərək, öz torpaq sahələrinə qatmışlar. Bu isə hal-hazırda vətəndaşların haqlı narazılığına səbəb olmuş və həmin yollar ümumilikdə 8 ha təşkil edir. Bundan başqa ərazilərin alt hissəsində olan örüş sahəsinin 11 hektarını 18 ildir zəbt edərək özlərininki kimi istifadə edirlər. Cavavbdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq zəbt etdikləri torpaq sahəsindən çıxmaqdan imtina etmişlər. Bu hal şəhər əhalisinin kütləvi narazılığına səbəb olmuşdur. Cavabdehlər tərəfindən bələdiyyə mülkiyyətinə 100000 manatdan çox ziyan vurulmuşdur. Bundan başqa əhalidən aldıqları 250 hektar torpaq sahələrinə görə torpaq vergisini də ödəməkdən imtina etmişlər, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər qəti olaraq torpaq vergisini ödəməkdən imtina etmişlər. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı X25 xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh, X21, X8, X15, X9, X1, X19, X10 Samux şəhər bələdiyyəsinə məxsus olan zəbt olunmuş 14 hektar örüş sahəsindən və 8 hektar gediş-gəliş yolu olan torpaq sahəsindən və X6 4.69 hektar torpaq sahəsindən cavabdehlərin çıxarılması, Samux Şəhər X3 4.69 hektar torpaq sahəsinə hər il təsərrüfat ilinə 1 hektarı 500 manatdan olmaqla 4.69 hektar torpaq sahəsinin 1 ili 2.345 manat olmaqla 18 ilinə 42.210 manat məbləğində pulun, 14 hektar örüş sahəsinə hər il təsərrüfat ilinə 1 hektarı 500 manatdan olmaqla, 14 hektar torpaq sahəsinin 1 ili 7000 manat olmaqla 18 ilinə 126.000 manat məbləğində pulun, ekspertiza xərci hesabına ödənilmiş 315 manat məbləğində pulun cavabdehlərdən alınıb Samux Şəhər Bələdiyyəsinin hesabına ödənilməsini, cavabdehlər tərəfindən zəbt edilmiş 8 ha gediş-gəliş yolu cavabdehlərin hesabına açılmaqla ümumi istifadədə olan gediş-gəliş yolunun əvvəlki vəziyyətinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X25 xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, mübahisəli torpaq sahələrini cavabdehlərdən ancaq Cavabdeh və X26 zəbt etmişlər, digər cavabdehlərin torpaq zəbtinə əhəmiyyəti yoxdur, hazırda iddia tələbinin dəymiş ziyan tələbinə dair hissəsində baxılmasını istəmir. Odur ki, iddianın ancaq ekspert rəyinə uyğun olaraq cavabdehlərin bələdiyyə mülkiyyətində olna zəbt etdikləri torpaq sahələrindən çıxarılmaları hissəsində baxılmasını və iddia tələbinin həmin hissələrdə baxılıb təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı X25 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması və cavabdehlər Cavabdeh və X21 Samux şəhər bələdiyyəsinə məxsus olan torpaq sahələrindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh vəkili X20 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlərə məlumat verilmiş, lakin cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan məhkəmə işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçını və cavabdehlərin vəkilini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********65 nömrəli mütəxəssis rəyindən görünür ki, ekspertiza baxışında cavabdehlərin iştirak etməməsi səbəbindən araşdırma aparılarkən iddiaçının naturada mübahisələndirdiyi torpaq sahəsinə əsaslanılmış, aparılmış araşdırma nəticəsində bələdiyyə mülkiyyətində olan 0.55 ha, 1.66 ha, 1.10 ha və 1.38 ha olmaqla, ümumilikdə 4.69 ha bələdiyyənin ehtiyat fond torpağı, 14.0 ha örüş sahəsi və sahələr arası gediş-gəliş yolu olan 8.52 ha torpaq sahəsi, iddiaçının mübahisələndirərək cavabdehlərin faktiki istifadəsində olduğunu iddia etdiyi ərazidə yerləşir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/238 nömrəli rəyindən görünür ki, araşdırma nəticəsində bələdiyyə mülkiyyətində olan 0.55 ha, 1.66 ha, 1.10 ha və 1.38 ha olmaqla, ümumilikdə 4.69 ha bələdiyyənin ehtiyat fond torpağı, 14.0 ha örüş sahəsi və sahələr arası gediş-gəliş yolu olan 8.52 ha torpaq sahəsi, iddiaçının mübahisələndirərək cavabdehlərin faktiki istifadəsində olduğunu iddia etdiyi ərazidə yerləşir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Samux şəhər bələdiyyəsinin mülkiyyətində olan 0.55 ha, 1.66 ha, 1.10 ha və 1.38 ha olmaqla, ümumilikdə 4.69 ha bələdiyyənin ehtiyat fond torpağı, 14.0 ha örüş sahəsi və sahələr arası gediş-gəliş yolu olan 8.52 ha torpaq sahəsi, faktiki olaraq cavabdehlər tərəfindən gedişgəliş yolu kimi istifadə olunur. Bu, məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində öz əksini tapmışdır. Qeyd edilən hala dair çizgilər rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. Beləliklə bütün bu sübutların məcmuyuna qiymət verən və qanunun yuxarıda göstərilən tələbini əldə rəhbər tutan məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh və X7 şəhər bələdiyyəsinə məxsus 0.55 ha, 1.66 ha, 1.10 ha və 1.38 ha olmaqla, ümumilikdə 4.69 ha bələdiyyənin ehtiyat fond torpağı, 14.0 ha örüş sahəsi və sahələr arası gediş-gəliş yolu olan 8.52 ha torpaq sahəsindən çıxarılmalıdırlar. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat cavabdehlər Cavabdeh və X18 müştərək qaydada tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:- **********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE********************, SFİFT BİK: CTREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595 - ə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və X7 şəhər bələdiyyəsinə məxsus 0.55 ha, 1.66 ha, 1.10 ha və 1.38 ha olmaqla, ümumilikdə 4.69 ha Samux şəhər bələdiyyəsinin ehtiyat fond torpağı, 14.0 ha örüş sahəsi və sahələr arası gediş-gəliş yolu olan 8.52 ha torpaq sahəsindən çıxarılsınlar. (mütəxəssis rəyinə əlavə edilmiş sxem) İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat cavabdehlər Cavabdeh və X18 müştərək qaydada tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:- **********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE********************, SFİFT BİK: CTREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595 - ə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-129/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-129/2023
13.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver