Məhkəmə qərarları › İş №2(058)-13/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-13/2023

01.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-13/2023 01.11.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçılar X18, X19, X14, iddiaçı (eyni zamanda İddiaçı nümayəndəsi) X21, cavabdehlər X2 və X3 iştirakları ilə, İddiaçılar İddiaçı, X6, X7, X11 və X4 cavabdehlər X1, X8 və X9 qarşı “torpaqdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı, X18, X19, X21 və X14 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onlara məxsus torpaq sahəsinin cavabdehlər X5, X15 və X16 tərəfindən zəbt edilmiş 0.88 ha hissəsindən cavabdehlərin çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdır ki, onların ailə üzvlərinə Samux Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 04 saylı qərarı ilə kənd təssərüfatlı məhsulları istehsalı üçün 2.58 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN 124 KOD 50705018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Lakin cavabdehlər onlara məxsus torpaq sahəsinin 0.88 ha hissəsini zəbt etmişdirlər. Cavabdehlər könüllü olaraq onlara məxsus torpaq sahəsindən çıxmadıqlarından məhkəməyə müraciət olunması zərurəti yaranmışdır. Odur ki, iddia tələbinin təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçı, həmçinin İddiaçı nümayəndəsi S.Tağıyev iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, həmçinin bildirdi ki, ekspert rəyi ilə razıdır, tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı X18 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, həmçinin bildirdi ki, ekspert rəyi ilə razıdır, tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı X19 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, həmçinin bildirdi ki, ekspert rəyi ilə razıdır, tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı X14 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, həmçinin bildirdi ki, ekspert rəyi ilə razıdır, tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh X15 iddia tələbini qəbul etməyərək həmçinin bildirdi ki, iş üzrə verilmiş ekspert rəyi ilə razı deyil, tələbin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X16 iddia tələbini qəbul etməyərək həmçinin bildirdi ki, ekspert rəyi ilə razı deyil, tələbin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarındakı sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan JN 124 KOD 50705018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 04 saylı qərarı ilə 2.58 hektar pay torpaq sahəsi İddiaçı, X6, X7, X11 və X14 və digər ailə üzvünün mülkiyyətinə verilmişdir. İş materiallarında olan Samux Rayon İcra Hakimiyyəti Başçısının Qaraağaclı qəsəbə inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X5 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2380 nömrəli məhkəmə mühəndistexniki ekspertizası rəyindən görünür ki, Dövlət Aktına əsasən İddiaçı və ailə üzvlərinin ümumi mülkiyyətində olan 2.58 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin 0.48 ha hissəsinin X5 tərəfindən, 0.27 ha hissəsinin X15 tərəfindən, 0.09 ha hissəsinin X16 tərəfindən faktiki istifadədə olduğu müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsi iddiaçılara məxsusdur, həmin torpaq sahəsinin müəyyən hissəsi hazırda cavabdehlərin faktiki istifadəsindədir və cavabdehlər iddiaçıların sahibliyində olan torpaqdan heç bir hüquqi əsas olmadan istifadə edirlər. Hazırda iddiaçılar onlara məxsus olan həmin torpaq sahəsindən cavabdehlərin çıxarılmasını tələb edirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçıların tələbi mülkiyyət hüququnun müdafiəsi mahiyyətini daşıyır. Belə ki, mübahisəli torpaq sahəsi mülkiyyət hüququ ilə iddiaçılara məxsusdur. Hazırda cavabdehlərin həmin torpaq sahəsindən əsassız istifadə etməsi onların mülkiyyət hüququnu pozur və onlar, mülkiyyətlərində olan əmlaka digər şəxslər, yəni cavabdehlər tərəfindən edilən müdaxiləyə son qoyulmasını tələb etməkdə haqlıdırlar. Məhkəmə iddia tələbinin cavabdeh X1 aid hissəsinə münasibət bildirərək qeyd edir ki, İ.Qurbanov öldüyündən və hazırki mübahisə prosessual hüquq varisliyinə yol vermədiyindən Samux Rayon Məhkəməsinin 2(058)13/2023 saylı, 01 noyabr 2023-cü il tarixli qərardadı ilə cavabdeh X1 aid hissədə iş üzrə icraata xitam verilmişdir. Belə olan halda iddia qismən təmin olunmalı, cavabdehlər X15 və X16 iddiaçılara məxsus torpaq sahəsinin zəbt olunmuş hissəsindən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X15, JN 124 KOD 50705018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçılar İddiaçı, X12, X13, X17 və X10 məxsus olan kənd təssərüfatı təyinatlı torpağın istifadə etdiyi 0.27 ha hissəsindən, cavabdeh X16 JN 124 KOD 50705018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçılar İddiaçı, X12, X13, X17 və X10 məxsus olan kənd təssərüfatı təyinatlı torpağın istifadə etdiyi 0.09 ha hissəsindən çıxarılsınlar. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar