Məhkəmə qərarları › İş №2(058)-138/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-138/2023

06.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-138/2023 06.04.2023 SAMUX RAYON MƏKƏMƏSİ X21 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Fiqrət oğlunun katibliyi, İddiaçı və onun vəkili - X1, Müstəqil tələbləri irəli sürməyən 3-cü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh X9 qarşı “vərəsə tanınma və mülkiyyətə verilmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X9 qarşı “vərəsə tanınma və mülkiyyətə verilmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birinci növbəli vərəsə kimi tanınma və mərhum oğlu X4 payına düşən mülkə (həyatyanı torpaq sahəsinə və evə) vərəsə kimi mülkiyyət hüququnun tanınması və mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini ona əsaslandırmışdır ki, o, Samux rayon Qarayeri qəsəbəsində yaşayır. Mərhum oğlu X4 adına mülk vardır və oğlu X10 2012-ci ildə vəfat etmişdir. Cavabdeh onu və onun digər ailə üzvlərini həmin mülkə buraxmır, onlarla daima mübahisə yaradır. Ona görə də məhkəmədə birnci növbəli vərəsə kimi tanınmasına və mərhum oğlu X4 payına düşən mülkə (həyatyanı torpaq sahəsinə və evə) vərəsə kimi mülkiyyət hüququnun tanınması və mülkiyyətinə verilməsinə dair məhkəmədə iddia qaldırmış və məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianın izahatına uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən 0.59 ha və 0.11 ha pay torpaq sahələrindən istifadə edir, həmin torpaq sahələrini faktiki olaraq idarə edir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının vəkili X2 məhkəmə iclasında iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X11 məhkəmə iclasında bildirdi ki, iddia tələbinə dair heç bir etirazı yoxdur, hal-hazırda Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən 0.59 ha və 0.11 ha pay torpaq sahələrindən anası istifadə edir və anasının idarəçiliyindədir. İddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmədi. Cavabdeh X13 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxlımasını mümkün hesab etdi. Məhkəmə iddiaçının və müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X3 izahatını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. xx.xx.1969-cu il tarixdə Xanlar rayonu, Qarayeri qəsəbə soveti tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə, X12 nikahları 11 mart 1969-cu il tarixdə 1932 nömrəli akt qeydi ilə bağlanmışdır. xx.xx.2012-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 04 iyun 2012-ci il tarixdə vəfat etmişdir. xx.xx.2013-cü il tarixdə Moskva şəhərinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şöbəsi tərəfidən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X6 nikahları xx.xx.2009-ci il tarixdə 2920 nömrəli akt qeydi ilə bağlanmışdır. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-33/2-1882/2023 nömrəli məktubdan görünür ki, Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən evə dair 2006-cı il tarixli texniki pasport X4 adına işlənmişdir. Qeyd edilən fərdi yaşayış evi dövlət reyestrində qeydiyyatdan keçməmiş, 3 saylı ərazi idarəsinin arxiv materiallarında heç bir hüquq müəyyənedici sənəd aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi ********** çıxarışdan görünür ki, Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən 0.59 ha torpaq sahəsinin 1/4 hissəsi X7, 1/4 hissəsi X4, 1/4 hissəsi İddiaçı, 1/4 hissəsi X5 paylı mülkiyyətinə verilməsinə dair mülkiyyət hüquqları xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reystrində 183 nömrəli reyster kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən reyestr nömrəsi **********92, qeydiyyat nömrəsi ********** çıxarışdan görünür ki, Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən 0.11 ha torpaq sahəsinin 1/4 hissəsi İddiaçı, 1/4 hissəsi X3, 1/4 hissəsi X5, 1/4 hissəsi X4 paylı mülkiyyətinə verilməsinə dair mülkiyyət hüquqları xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reystrində 182 nömrəli reyster kitabının 39 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının MM-nin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası MM-nin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası MM-nin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanunun 21.1ci maddəsinə əsasən, məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. Məhkəmə iddia tələbinin “evə dair vərəsə tanınma” hissəsinə qiymət verərək, hesab edir ki, qeyd edilən fərdi yaşayış evi dövlət reyestrində qeydiyyatdan keçmədiyindən həmin evə dair vərəsəlik hüququnun tanınması mümkünsüzdür. Məhkəmə hesab edir ki, İddiaçı və cavabdeh X13 xx.xx.2012-ci il tarixdə vəfat etmiş X4 qanun üzrə vərəsələri tanınmalı, Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən xx.xx.2023-cu il tarixli çıxarış əsasında qeydə alınmış 0.59 ha və xx.xx.2023-cü il tarixli çıxarış əsasında qeydə alınmış 0.11 ha torpaq sahəsində İddiaçı payı 3/8 hissədə, X3 payı 2/8 hissədə, X5 paylı 2/8 hissədə və X6 payı 1/8 hissədə müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. İddiaçı və cavabdeh X13 xx.xx.2012-ci il tarixdə vəfat etmiş X4 qanun üzrə vərəsələri tanınsınlar. Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cu il tarixli çıxarış əsasında qeydə alınmış 0.59 ha və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin reyestr nömrəsi **********92, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli çıxarış əsasında qeydə alınmış 0.11 ha torpaq sahəsində İddiaçı payı 3/8 hissədə, X3 payı 2/8 hissədə, X5 paylı 2/8 hissədə və X6 payı 1/8 hissədə müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar