Məhkəmə qərarları › İş №2(058)-141/2023

Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-141/2023

11.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-141/2023 11.01.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X2 Əhməd oğlunun sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, İddiaçı Elham oğlunun, iddiaçı tərəfdən 3-cü şəxs Samux rayon icra Hakimiyyətinin cavabdehlər Cavabdeh və X1 qarşı “özbaşına zəbt edilmiş, əkilmiş icarə torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Elham oğlu, iddiaçı tərəfdən 3-cü şəxs Samux rayon icra Hakimiyyətinin cavabdehlər Cavabdeh və X1 qarşı “özbaşına zəbt edilmiş, əkilmiş icarə torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişldir. İşin məhkəmə iclası 11 yanvar 2023-cü il tarixə saat 16:30-a təyin edilmişdir. İddiaçı Elham oğlu məhkəməyə teleqram göndərərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170,170.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı Elham oğlunun, iddiaçı tərəfdən 3-cü şəxs Samux rayon icra Hakimiyyətinin cavabdehlər Cavabdeh və X1 qarşı “özbaşına zəbt edilmiş, əkilmiş icarə torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi İddiaçı Elham oğluna qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar